Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə134/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   130   131   132   133   134   135   136   137   ...   145

__________________________________________ 

460


58. Bakı Dövfət Universitei (BDU) - Azərbaycanda elmi-pedaqojı kadrlar 

hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919- cu ildə 

yaradılmışdır.  İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət 

göstərmişdir.      Hazırda  BDU-nun 17  fakültəsi, onlarla kafedrası, elmi-

tədqiqat laboratoriyası və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın 

tələbə təhsil alır. -75, 119. 

 

59. Əli Əhmədov, Ə l i C a v a d  o ğ 1 u  (d.1953) - fəlsəfə elmləri namizədi. 

1999-cu ildən YAP-ın icraçı katibi. 2005-ci ildən isə YAP-ın sədr müavini və 

icraçı katibidir. 2000-ci ildən Milli Məclisin üzvüdür. - 75. 

 

60. Mübariz Qurbanlı, M ü b a r i z  Q ə h r ə m a n  o ğ l u (d.1954) - tarix 

elmləri namizədi. YAP-ın idarə heyətinin üzvü və icraçı katibinin müavinidir. 

1995-ci ildən Milli Məclisin üzvüdür. -75. 

 

61. Bahar Muradova, B a h a r  Ə v ə z  q ı z ı (d.1962) -filoloq. 2000-ci 

ildən Milli Məclisin üzvü və Milli Məclis sədrinin müavini, həmçinin YAP 

icraçı katibinin müavinidir. - 75. 

 

62. Siyavuş Novruzov, S a y a v u ş D ü n y a m a 1ı o ğ l u (d. 1969) - 

hüquq elmləri namizədi. YAP Siyasi Şura və  İdarə heyətinin üzvü, YAP 

icraçı katibinin müavini, 2000-ci ildən Milli Məclisin üzvüdür. - 75. 

 

63. D ö v l ə t   D u m a s ı - 1906-cı ildə Rusiyada yaradılan nümayəndəli  

qanunvericilik müassisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdı. 

Burada qanunlar müzakirə edilərək Dövlət  Şurasına təqdim edilir və çar 

tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə 

fəaliyyət göstərdi. 1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən 

Duma təzədən bərpa olundu. - 76, 270. 



 

64. Mühafizəkarlar partiyası - İngiltərədə iki aparıcı partiyadan biri. 1867-

ci ildə topilər partiyası əsasında yaradılmışdır. İkinci dünya müharibəsindən 

sonra 1951-64, 1970-74, 1979-97-ci illərdə hakimiyyətdə olmuşlar. - 77. 

 

65. Leyboristlər partiyası, Böyük Britaniya Leyboristlər partiyası - 

İngiltərədə iki aparıcı partiyadan biri. Əsası 1900-cü ildə qoyulmuşdur. İkinci 

dünya müharibəsindən sonra 1945-51, 1964-1970, 1974-79 və 3997- ci ildən 

hakimiyyətdədirlər. - 77. 

  



__________________________________________ 

461


66. Demokratlar partiyası - ABŞ-ın iki əsas partiyasından biri. Əsası 1828-

ci ildə qoyulmuşdur. XIX əsrin birinci yarısında Cənub plantasiyaçılarının və 

bankirlərin mənəfeyini müdafiə edirdi. 1829-41, 1845-49, 1853-61, 1885-89, 

1893-97, 1913-21,   1933-53, 1961-69, 1977-81, 1993-2001-cı illərdə 

hakimiyyətdə olmuşlar. - 77. 

 

67. Respublikaçılar partiyası - ABŞ-ın iki əsas partiyasından biri. 1854-cü 

ildə yaradılmışdır. 1861-85, 1889-93, 1897-1913, 1021-33, 1953- 61, 1969-

77, 1981-1993 və 2001-ci illərdə hakimiyyətdə olmuşlar. -77, 107. 

 

68. «İzvestiya» - Rusiya Federasiyasında gündəlik, siyasi qəzet. İlk nömrəsi 

1917-ci ildə cızmışdır. - 83, 87. 

 

69. Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və 

Koreya Respublikası) və Yaponiyanın  ərazilərinin  şərqi aiddir. Bəzən 

Filippini də Uzaq Şərqə aid edirlər. - 85. 

 

70. Baykal-Amur magistralı (BAM) - Şərqi Sibirdə  və Uzaq Şarqdə 

Rusiyanın Sakit okeana dəmir yolu ila çıxışı. Ümumi uzunluğu 4300 km-dir. 

-85, 91, 92. 

 

71. Fidel Kastro, K a s t r o R u s (d.1926) - 1960-2008-ci illərdə Kuba 

Respublikası Dövlət  Şurası  və Nazirlər Sovetinin sədri, 1965-ci ildən Kuba 

KP MK-nin Birinci katibi və Kuba Silahlı qüvvələrinin baş komandanı. 

1953-cü ildə Batista diktaturasına qarşı silahlı üsyana başçılıq etmişdir. -85, 

149. 

  

72. «Soyuq müharibə» - keçmiş SSRİ vs müttəfiqləri, digər tərəfdən isə 



ABŞ  və onun müttəfiqləri arasında olan hərbi-siyasi konfrantasiya. «Soyuq 

müharibə» İkinci dünya müharibəsindən sonra yaranmış və ona 90-cı illərin 

əvvəlinə  qədər SSRİ-də  və digər sosialist ölkələrındə siyasi və sosial 

dəyişikliklər nəticəsinda son qoyulmuşdur. - 88. 

 

73. «Literaturnaya qazeta» - Rusiya Federasiyasında ədəbi, ictimai, siyasi 

qəzet. 1929-cu ildən Moskvada (fasilələrlə) nəşr edilir. - 88. 

 

74. Şəhidlər xiyabanı. Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü 

uğrunda  şəhid olmuş  mərd oğul və  qızların uyuduğu müqəddəs ziyarətgah. 

1990-cı il yanvarın 20-də Sovet ordusunun hücumu za- 

  

 



  


__________________________________________ 

462


manı  həlak olmuş onlarla adam «Dağüstü park»ın qərb hissəsində  dəfn 

edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabanı» adlanır. Xiyabanda eyni 

zamanda Ermənistan işğalçılarına qarşı Azərbaycan torpaqlarının müdafiəsi 

uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə 

burada hündürlüyü 22 metr olan əbədi məşəl-abidə qoyulmuşdur. -88, 197, 

224, 246, 254, 319. 

 

75. Milli Bank, Azərbaycan Dövlət Milli Bankı - Azərbaycan 

Respublikasının mərkəzi bankıdır. Onun əsas vəzifəsi qiymətlərin sabitliyinin 

təmin edilməsi, xarici dönərli valyutalara nisbətən milli valyutanın kursunun 

möhkəmləndirilməsi, həmçinin ölkə bank sisteminin sabitliyinin 

qorunmasıdır. AMB valyuta tənzimlənməsi və  nəzarətini həyata keçirir

xarici dövlətlərlə hesablaşma qaydalarını müəyyən edir, xarici valyuta 

ehtiyatlarını idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının ödəmə-

hesabat balansının tərtibinə rəhbərlik edir. - 90, 151, 389, 392. 

 

76. NATO  (Şimali Atlantika Müqaviləsi Təşkilatı) - hərbi-siyasi ittifaq. 

1949-cu il aprefin 4-də Vəşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika. 

Niderland, Lüksemburq, Kanada. İtaliya, Portuqaliya, Norveç, Danimarka, 

İslandiyanın imzaladıqları 

Şimali Atlantika müqaviləsi 

əsasında 

yaradılmışdır. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya 

Federativ Respublikası, 1982-ci ildə  İspaniya NATO-ya qoşulmuşlar. 

Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) sonra əvvəllər sosialist 

ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul 

edilnıiş, dİgər qismi isə ilkin mərhəb kimi NATO-nun «Sülh naminə 

tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO Şurasının 

sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. - 97, 402, 411, 418. 

 

77. Böyük Britaniya, B ö y ü k  B r it a n i y a  və  Ş i m a l i  İ r 1 a n di ya 

B i r l  ə ş m i ş   K r a l l ı ğ ı   - Qərbi Avropada dövlət. B.Britaniya adası, 

İrlandiya adasının  şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, 

Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min 

km2,  əhalisi 58,8 milyon nəfərdir.  İnzibati cəhətdən qraflıqlara və qraflıq 

hüququnda olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati vahiddir. 

B.Britaniya parlamentli Monarxiyadır. Paytaxtı London şəhəridir.- 99, 108, 

208-212, 213-215. 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə