Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə130/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   126   127   128   129   130   131   132   133   ...   145

__________________________________________ 

448


4. Amerika 

Birləşmiş  Ştatları (ABŞ) - Şimalı Amerikada dövlət. 

Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı  və  qərbdən 

Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km

2

, əhalisi 280 



milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik  

orqanı  iki palatalı  (Nümayəndələr palatası və  Senat) ABŞ 

Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vəşinqton şəhəridir. – 6, 7, 

17, 19, 60, 77, 100, 106, 107, 142, 152, 193-197, 227-243, 253-259, 264, 

330, 332, 338, 342, 343, 344, 351, 352, 360, 370, 373, 374, 376, 377, 378, 

379, 380, 405, 414, 442, 444-446. 

 

5. Dağlıq  Qarabağ  Muxtar Vilayəti - Azərbaycan  Respublikası 

ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də  təşkil edilmişdir. Dağlıq 

Qarabağda 1988-ci ilə  qədər 170 min əhali yaşayırdı (70% erməni, 30% 

azərbaycanlı).  Ərazisi 4 min km

2

-dir. Mərkəzi Xankəndidir. 1988-ci ildə 



Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə 

bu  ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq 

Qarabağı işğal etdilər. BMT-nin 822.853, 874,884 qatnamələrinə görə erməni 

işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq 

Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. - 6-20. 56 ,60, 61, 

62, 63, 124, 133, 147, 164, 187, 206,  217, 219, 220, 221, 229, 237, 238, 250, 

256, 261, 263, 266, 275, 294, 333, 336, 337, 343, 351, 364, 378, 381, 410, 

412, 413, 439, 445. 



 

6. Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın  ən nüfuzlu 

beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir.  Əsas vəzifəsi 

beynəlxalq sülhü və  təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər 

arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il 

iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən 

imzalandı  və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə 

198 dövlət daxildir. 

BMT-nin  əsas orqanları Baş  Məclis, Təhlükəsizlik  Şurası,  İqtisadi və 

İctimai Şura, Qəyyumluq Şurası, Beyəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci 

ildən Azərbaycan Respublikası BMT-nın üzvüdür. - 6, 9, 15, 20, 21, 22, 23, 

205, 256, 364. 

 

7. Ağdam şəhəri - Azərbaycan Respublikasında şəhər. Ağdam rayonunun 

mərkəzi  1993-cü ildə erməni işğalçıları tərəfindən İşğal edilmişdir. -6, 9, 15. 

  

 




__________________________________________ 

449


8



Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 

1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə 

heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və 

sosial inkişafına kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və 

iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan 

artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının 

üzvüdür. - 6, 9, 10, 15, 20, 57, 152, 231, 239, 256, 257, 258. 

 

9. Rusiya, Rusiya Federasiyası- Avropanın şərqində, Asiyanın şimalında 

dovlət.  Ərazisi 17075,4 min km2, əhalisi 146,3 milyon nəfərdir. Rusiya 

respublika idarəetmə fopmalı demokratik federativ dövlətdir. Rusiya 

Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva 

və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir. 

Dövlət başçısı prezident qanunverici orqanı iki palatalı – Dövlət Duması 

və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. - 6, 7, 17, 19, 31-40, 60, 

76, 79, 81-103, 166, 167, 203-207, 237, 238, 260, 262, 264, 267, 279, 281-

297, 308, 324, 331, 369, 379, 380, 389, 411, 412, 414, 417, 436-449. 

 

10. Klinton 

Bill, U i 1 y a m C e f e r s o n   B 1 a y d (d.1946)- ABŞ-ın 

görkəmli siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000). 

Klinton xarici siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış 

dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərin 

yaxşılaşdırılmasına mühüm əhəmiyyət vermişdir. - 7, 19, 183, 194, 227, 230, 

231, 232, 233, 235, 240, 255, 257, 324, 328, 340, 341, 342, 351, 359, 360, 

367, 370, 372, 377, 379, 405, 444, 445. 

 

11.  Jak  Şirak (d.1932) - Fransanın görkəmli siyasi və dövlət xadimi. 

1974-76 və 1986-88-ci illərdə Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris 

şəhərinin meri, 1995-2007-ci illərdə Fransa Respublikasının prezidenti. 

«Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. - 7, 19, 183. 

 

12.  Yeltsin Boris Nikolayeviç (1931-2007) - Rusiyanın siyasi və dövlət 

xadimi, 1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. 

- 7, 19, 267, 281-297, 298. 

 

  

 



  


__________________________________________ 

450


13. Süleyman Dəmirəl (d. 1924) - Türkiyənin görkəmli siyasi, ictimai 

və dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə 

Türkiyə Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi 

fəaliyyətinin mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən, 

demokratik dəyərlərə  əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək 

əzmi təşkil etmişdir. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə 

Azərbaycanla  əlaqələrin genişlənməsi və möhkəmlənməsi Süleyman 

Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman Dəmirəli «Türkiyə həmişə 

Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, 

onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və 

göstərməkdə də davam edəcəkdir» kəlamına əbədi sadiq dövlət xadimidir. 

S.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında 

sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə 

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif edilmişdir. - 7, 157, 

166-184, 231, 241, 261, 307, 362. 

 

14. «Ümumi 

dövlət» - ATƏT-in Minsk qrupu həmsədrlarinin (ABŞ, 

Fransa, Rusiya) Azərbaycana etdiyi təklif: yəni Azərbaycan  ərazisində 

yeni bir erməni dövlətinin yaradılması. Beynəlxalq hüquqda isə “ümumi 

dövlət” adında anlayış yoxdur. Azərbaycan Dağlıq Qarabağa ancaq öz 

daxilində yüksək özünüidarəetmə statusu verə bilər. - 8. 

 

15. Xankəndi - Azərbaycan Respublikasında  şəhər. Dablıq Qarabağ 

Muxtar Vilayətinin mərkəzi. 1990-ci İldən erməni separatçıları  tərəfindən 

işğal edilmişdir. - 9. 

 

16. Artur 

Rəsizadə, Artur Tahir oğlu (d.1935) - Azərbaycanın dövlət  

xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986-92-ci illərdə Azərbaycan 

Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən 

Azərbaycan Respublikasınm Baş naziridir. Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 10, 314. 

 

17. Beynəlxalq Valyuta Fondu - BMT-nin hökumətlərarası 

İxtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə 

yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. 

Dünyanm 130-a yäxm ölkəsi fondun üzvüdür. Nizamnaməsina görə 

məqsədİbeynalxalq   valyuta   əməkdaşlığına   yardım   etmək,   ölkələr   

arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan 

  

 



 

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə