__________________________________________
460
58. Bakı Dövfət Universitei (BDU) - Azərbaycanda elmi-pedaqojı kadrlar
hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919- cu ildə
yaradılmışdır. İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət
göstərmişdir. Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-
tədqiqat laboratoriyası və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın
tələbə təhsil alır. -75, 119.
59. Əli Əhmədov, Ə l i C a v a d o ğ 1 u (d.1953) - fəlsəfə elmləri namizədi.
1999-cu ildən YAP-ın icraçı katibi. 2005-ci ildən isə YAP-ın sədr müavini və
icraçı katibidir. 2000-ci ildən Milli Məclisin üzvüdür. - 75.
60. Mübariz Qurbanlı, M ü b a r i z Q ə h r ə m a n o ğ l u (d.1954) - tarix
elmləri namizədi. YAP-ın idarə heyətinin üzvü və icraçı katibinin müavinidir.
1995-ci ildən Milli Məclisin üzvüdür. -75.
61. Bahar Muradova, B a h a r Ə v ə z q ı z ı (d.1962) -filoloq. 2000-ci
ildən Milli Məclisin üzvü və Milli Məclis sədrinin müavini, həmçinin YAP
icraçı katibinin müavinidir. - 75.
62. Siyavuş Novruzov, S a y a v u ş D ü n y a m a 1ı o ğ l u (d. 1969) -
hüquq elmləri namizədi. YAP Siyasi Şura və İdarə heyətinin üzvü, YAP
icraçı katibinin müavini, 2000-ci ildən Milli Məclisin üzvüdür. - 75.
63. D ö v l ə t D u m a s ı - 1906-cı ildə Rusiyada yaradılan nümayəndəli
qanunvericilik müassisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdı.
Burada qanunlar müzakirə edilərək Dövlət Şurasına təqdim edilir və çar
tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə
fəaliyyət göstərdi. 1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən
Duma təzədən bərpa olundu. - 76, 270.
64. Mühafizəkarlar partiyası - İngiltərədə iki aparıcı partiyadan biri. 1867-
ci ildə topilər partiyası əsasında yaradılmışdır. İkinci dünya müharibəsindən
sonra 1951-64, 1970-74, 1979-97-ci illərdə hakimiyyətdə olmuşlar. - 77.
65. Leyboristlər partiyası, Böyük Britaniya Leyboristlər partiyası -
İngiltərədə iki aparıcı partiyadan biri. Əsası 1900-cü ildə qoyulmuşdur. İkinci
dünya müharibəsindən sonra 1945-51, 1964-1970, 1974-79 və 3997- ci ildən
hakimiyyətdədirlər. - 77.
__________________________________________
461
66. Demokratlar partiyası - ABŞ-ın iki əsas partiyasından biri. Əsası 1828-
ci ildə qoyulmuşdur. XIX əsrin birinci yarısında Cənub plantasiyaçılarının və
bankirlərin mənəfeyini müdafiə edirdi. 1829-41, 1845-49, 1853-61, 1885-89,
1893-97, 1913-21, 1933-53, 1961-69, 1977-81, 1993-2001-cı illərdə
hakimiyyətdə olmuşlar. - 77.
67. Respublikaçılar partiyası - ABŞ-ın iki əsas partiyasından biri. 1854-cü
ildə yaradılmışdır. 1861-85, 1889-93, 1897-1913, 1021-33, 1953- 61, 1969-
77, 1981-1993 və 2001-ci illərdə hakimiyyətdə olmuşlar. -77, 107.
68. «İzvestiya» - Rusiya Federasiyasında gündəlik, siyasi qəzet. İlk nömrəsi
1917-ci ildə cızmışdır. - 83, 87.
69. Uzaq Şərq - Şərqi Asiyada ərazi. Buraya Rusiya, Çin, Koreya (KDXR və
Koreya Respublikası) və Yaponiyanın ərazilərinin şərqi aiddir. Bəzən
Filippini də Uzaq Şərqə aid edirlər. - 85.
70. Baykal-Amur magistralı (BAM) - Şərqi Sibirdə və Uzaq Şarqdə
Rusiyanın Sakit okeana dəmir yolu ila çıxışı. Ümumi uzunluğu 4300 km-dir.
-85, 91, 92.
71. Fidel Kastro, K a s t r o R u s (d.1926) - 1960-2008-ci illərdə Kuba
Respublikası Dövlət Şurası və Nazirlər Sovetinin sədri, 1965-ci ildən Kuba
KP MK-nin Birinci katibi və Kuba Silahlı qüvvələrinin baş komandanı.
1953-cü ildə Batista diktaturasına qarşı silahlı üsyana başçılıq etmişdir. -85,
149.
72. «Soyuq müharibə» - keçmiş SSRİ vs müttəfiqləri, digər tərəfdən isə
ABŞ və onun müttəfiqləri arasında olan hərbi-siyasi konfrantasiya. «Soyuq
müharibə» İkinci dünya müharibəsindən sonra yaranmış və ona 90-cı illərin
əvvəlinə qədər SSRİ-də və digər sosialist ölkələrındə siyasi və sosial
dəyişikliklər nəticəsinda son qoyulmuşdur. - 88.
73. «Literaturnaya qazeta» - Rusiya Federasiyasında ədəbi, ictimai, siyasi
qəzet. 1929-cu ildən Moskvada (fasilələrlə) nəşr edilir. - 88.
74. Şəhidlər xiyabanı. Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü
uğrunda şəhid olmuş mərd oğul və qızların uyuduğu müqəddəs ziyarətgah.
1990-cı il yanvarın 20-də Sovet ordusunun hücumu za-
__________________________________________
462
manı həlak olmuş onlarla adam «Dağüstü park»ın qərb hissəsində dəfn
edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabanı» adlanır. Xiyabanda eyni
zamanda Ermənistan işğalçılarına qarşı Azərbaycan torpaqlarının müdafiəsi
uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə
burada hündürlüyü 22 metr olan əbədi məşəl-abidə qoyulmuşdur. -88, 197,
224, 246, 254, 319.
75. Milli Bank, Azərbaycan Dövlət Milli Bankı - Azərbaycan
Respublikasının mərkəzi bankıdır. Onun əsas vəzifəsi qiymətlərin sabitliyinin
təmin edilməsi, xarici dönərli valyutalara nisbətən milli valyutanın kursunun
möhkəmləndirilməsi, həmçinin ölkə bank sisteminin sabitliyinin
qorunmasıdır. AMB valyuta tənzimlənməsi və nəzarətini həyata keçirir,
xarici dövlətlərlə hesablaşma qaydalarını müəyyən edir, xarici valyuta
ehtiyatlarını idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının ödəmə-
hesabat balansının tərtibinə rəhbərlik edir. - 90, 151, 389, 392.
76. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) - hərbi-siyasi ittifaq.
1949-cu il aprefin 4-də Vəşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika.
Niderland, Lüksemburq, Kanada. İtaliya, Portuqaliya, Norveç, Danimarka,
İslandiyanın imzaladıqları
Şimali Atlantika müqaviləsi
əsasında
yaradılmışdır. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya
Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar.
Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) sonra əvvəllər sosialist
ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul
edilnıiş, dİgər qismi isə ilkin mərhəb kimi NATO-nun «Sülh naminə
tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO Şurasının
sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. - 97, 402, 411, 418.
77. Böyük Britaniya, B ö y ü k B r it a n i y a və Ş i m a l i İ r 1 a n di ya
B i r l ə ş m i ş K r a l l ı ğ ı - Qərbi Avropada dövlət. B.Britaniya adası,
İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney,
Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min
km2, əhalisi 58,8 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq
hüququnda olan şəhərlərə bölünür. Böyük London xüsusi inzibati vahiddir.
B.Britaniya parlamentli Monarxiyadır. Paytaxtı London şəhəridir.- 99, 108,
208-212, 213-215.
Dostları ilə paylaş: |