__________________________________________
466
sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori nıüəllimlər
seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət
Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919-20-ci
tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil müəssisələrinə
göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı,
savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli
Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı yaradıldı. 1918-
ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batumneft kəməri bərpa
edildi. - 115, 119. 369.
96. Osman Sarıvəlli, O s m a n A b d u l l a o ğ l u Q u r b a n o v (1905-
1990) - Azərbaycan xalq şairi. Əsasan, lirik şerlər yazmışdır. Yaradıcılığında
Cənubi Azərbaycan haqqında yazdığı lirik şerlər xüsusi yer tutur. - 116.
97. Səməd Vurğun, S ə m ə d Y u s i f o ğ l u V ə k i 1 o v (1906-1956) -
boyük Azərbaycan şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun
yaradıcılığı XX əsr Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır.
S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın
Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın
vitse prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureatı adına layiq
görülmüşdür. – 116, 121.
98. İsmayıl Şıxlı, İ s m a y ı1 Q ə h r ə m a n o ğ 1 u (1919-1995) -
istedadlı Azərbaycan yazıçısı, ictimai xadim. Azərbaycanın xalq yazıçısı.
İsmayıl Şıxlı məşhur «Dəli Kür» romanında psixoloji baxımdan dərin
xarakterlər yaratmışdır. İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqının birinci
katibi, Azərbaycan Respublikası Ali Sovetinin deputalı olmuşdur.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. -116, 223.
99. Azərbaycan Elmlər Akademiyası - respublikanın ali elmi ocağı.
1945-ci ildə Bakıda təsis edilmişdır. 2001-ci ilin may ayından Azərbaycan
Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı
bölmələri var: fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer
elmləri; biologiya elmləri; ictimai elmlər. Burada elmin müxtəlif sahələrinə
dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarca elmi işin
nəticəsi istehsalatda tətbiq olunur. -119.
__________________________________________
467
100. Kamil Nəcəfzadə, K a m i l N ə c ə f o ğ l u (d.1929) - Azərbaycan xalq
rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı. Kino və teatr rəssamlığı,
həmçinin boyakarlıq sahasində fəaliyyət göstərir. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 119.
101. Hüseyn Cavid, H ü s e y n A b d u l i a o ğ l u R ə s i z a d ə
(1882 - 1941) - böyük Azərbaycan şairi, dramaturq. Hüseyn Cavid
Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. O, lirik
şeirlərin, lirik-epik, epik poemaların müəllifidir. Hüseyn Cavid daha çox
dramaturq kimi tanınmışdır. Onun təlsəfi və tarixi faciələri forma yeniliyi
baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli
teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmişdir. Azarbaycanın ən
dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar rejiminin
repressiya qurbanlarındandır. - 121.
102. Neft Daşları - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq
dənizdə, polad dirəklər üzərində salınmış «neft» şəhəri. Bu ərazi oradakı
daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə
əlaqədər Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji
kəşfiyyat işlərinə 1946-cı ildən başlanmışdır. Çıxarılan neft həm tankerlər,
həm də boru kəmərləri vəsitəsilə sahilə nəql edilir. - 130.
103. Kosova hadisələri - 1999-cu ildə Serbiya hakimiyyəti tərəfindən
Kosovada yaşayan dinc alban əhalisinə qarşı etnik zor tətbiq edildi. Bunun
qarşısını almaq üçün NATO hərbi qüvvələri işə qarışdı. Yuqoslaviya hərbi
qüvvələri öz qoşunlarını Kosovadan çıxarmağa məcbur edildi və NATO sülh
məramlı qüvvələri Kosovaya gətirildi. - 132.
104. Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə,
Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri
Bakı-Tbilisi-Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini»
imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri
2006-cı ildə istifadəyə verilmişdir. - 141, 156, 165, 166, 173, 178, 184, 187,
229, 231, 232, 233, 239, 240, 241, 242, 255, 261, 262, 267, 324, 328, 331,
332, 340, 341, 342, 343, 347, 349, 351, 352, 356, 358, 359, 360, 362, 367,
372, 445.
__________________________________________
468
105. Sudan, Sudan Respublikası - Şimal-Şərqi Afrikada dövlət. Sahəsi 2,5
milyon km2, əhalisı 31 milyon nəfərdir. İnzibati ərazisi 9 ştata bölünür.
Dövlət başçısı prezident, qanunverici orqanı (parlament) Ali Milli Şuradır.
Paytaxtı Xartumdur. - 148.
106. Kuba, K u b a R e s p u b l i k a s ı - Amerikada, Vest-Hinddə dövlət.
Sahəsi 110,9 min km
2
, əhalisi 11,1 milyon nəfərdir. Paytaxtı Havana
şəhəridir. Dövlətin ali orqanı bir palatalı Milli assambleyadır. Dövlətin və
hökumətin başçısı - Dövlət Şurasının sədridir. - 149.
107. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) -
Respublikada neft və qazın kəşfiyyatına çıxarılmasına və emal edilməsinə
rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz
quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə
dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər müqavilələr
bağlamışdır. - 150, 191, 365, 386, 387.
108. İsveçrə, İsveçrə Konfederasiyası - Mərkəzı Avropada dövlət. Sahəsi
41,3 min km
2
, əhalisi 7,1 milyon nəfərdir. İsveçrə federativ, 23 kantona
bölünmüş respublikadır. Dövlət başçısı prezidentdir, prezidenti parlament
Federal Şura üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ
yoxdur. Prezident həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki
palatadan ibarət Federal Məclisə məxsusdur. Paytaxtı Bern şəhəridir. - 153,
323-381.
109. Ramazan bayramı - Müsəlman abmində orucluq bitəndən sonra
keçirılən bayram. Qurani-kərim oruc tutmağı islamın vacib əməllərindən biri
hesab etmiş və insanlarda yol verılmiş xətaların oruc tutmaqla bağışlanmasını
təsbit edir. Bu bayram bır də ona görə əzizdır ki, məhz Qurani-kərim
müqaddəs Ramazan ayında nazil olmuşdur. Bu bayram bir fərdin deyil, bütün
cəmiyyətin mənəvi sevinci, bu həyəcanın hamıya çatması, bütün
müsəlmanları qəlbdən qardaş sanmaqdır. - 159, 172, 174, 176, 179, 182, 186.
373.
110. İpək yolu, Böyük İpək yolu - beynəkalq tarixi tranzit- ticarət yolu;
eramızdan əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət
göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayrı-ayrı
qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini
birləşdirmişdir.
Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik
olması səyasində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında
iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur.
Dostları ilə paylaş: |