__________________________________________
469
XX əsrin sonunda Azərbaycan Respublikasının Prezıdenti Heydər
Əlıyevin Böyük İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi
bütün dünyada, xüsusilə də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi
maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33
dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi;
TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa
ticarət dəhlizinin - Boyük İpək yolunun bərpasının və onun imkanlarından
hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. - 162. 323, 329, 330, 338,
364, 376, 404, 405.
111. Avropa Şurası (AŞ) - Avropada hökumətlərarası təşkılat. 1949- cu
ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın
əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində
çoxpartiyalılığa riayət etmək, demokratiyanı və insan hüquqlarını müdafıə
etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədənıyyətlərinin
yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın aid orqanları Nazirlər
Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və
Katiblikdır. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. - 165.
112. Gövhərqala - burada Qroznı şəhəri nəzərdə tutulur. - 167.
113. Mustafa Kamal Atatürk, Qazi Mustafa Kamal (1881-1938) -
Türkjyə dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk
prezidenti (1923-38). Birinci dünya müharibəsi zamanı Dardanel boğazının
müdafiəsində (1915) şücaət göstərmişdir.
Atatürk 1919-cu ildə «kamalçılar hərəkatına» - milli azadlıq hərəkatına
başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament - Türkiyə
Böyük Mıllət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin
sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə
marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-cı ildə Atatürkün
komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə
azad etdi.
Atatürk soy adı ona 1934-cü ildə TBMM tərəfindən verilmışdir. -174.
__________________________________________
470
114. Bülənd Ecevit (1925-2006) - Türkiyənin siyasi və dövlət xadimi.
1974, 1978-79 və 1997-2003-cü illərdə Türkiyə Respublikasının Baş naziri
olmuşdur. 1972-80-ci illərdə Respublika Xalq Partiyasının, 1978-88-ci illərdə
Türkiyə Demokrat Sol Partiyasının Baş katibi olmuşdur. -179, 184, 186, 347,
380, 381.
115. Qurban bayramı - Müsəlman dünyasında ən əziz bayramlardan
biri. Qurban bayramı zilhiccə ayının 10-cu günü başlayır. Müsəlmanlar bu
bayramı islamın əsas şərtlərindən biri - həcc mərasimlərinin yerinə
yetirilməsi və böyük Allahın bəndələrinin günahının bağışlanması günü kimi-
qeyd edirlər. - 180, 373.
116. İsmayıl Cəm - (1940-2007) - Türkiyənin siyasi və ictimai xadimi,
1997-2003-cü illərdə Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində
işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm
rolu olmuşdur. - 186, 329, 362.
117. «Turan» informasiya agentliyi - 1990-cı ildə yaradılmışdır.
Agentlik tərəfindən KİV-lər, digər hüquqi və fiziki şəxslər üçün
informasiyaların toplanması və yayılması həyata keçirilir. -188-
118. Özbəkistan, Özbəkistan Respublikası - Orta Asiyanın mərkəzində
dövlət. Sahəsi 447,4 min km
2
, əhalisı 23 206 min nəfərdir. Özbəkistanın
torkiləinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlətin
başçısı - prezident, qanunverici orqanı - Məclisdir, Paytaxtı Daşkənd
səhəridir. - 189, 330.
119. İslam Kərimov, İslam Əbduqənioğlu (d. 1938) - Özbəkistanın
siyasi və dövlət xadimi. 1989-90-cı illərdə Özbəkistan KP MK-nın birinci
katibi olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidır. -
189, 281-297.
120. Qvatemala Respublikası - Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9
min km
2
, əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə
bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanun-vericısi orqanı
birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. -190.
__________________________________________
471
121. Xoşbəxt Yusifzadə, Xoşbəxt Bağı oğlu (d.1930) - neftçi-geoloq,
geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki. 1994-2000-ci illərdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti. 2004-cü ildən isə birinci vitse-
prezidentdir. Azərbaycan Respublikasının «Şöhrət» və «İstiqlal»
ordenləri ilə təltif olunmuşdur. - 191.
122. Cənnət Səlimova, Cənnət Əlibəy qızı (d. 1940) - rejissor.
Azərbaycan Respublikasının xalq artisti. - 199.
123. Zəlimxan Yaqub, Zəlimxan Usub oğlu (d.1950) – xalq şairi.
«Könlümün səsi», «Yolun eldən başlanıb», Od aldığım ocaqlar, «Ziyarətin
qəbul olsun» və s. kitabların müəllifidir. 1996-2005-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. -201.
124. İTAR - TASS - Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə
SİTA-nın bazası əsasında yaradılmışdır. - 205.
125. Vilayət Quliyev, Vilayət Muxtar oğlu (d.1952) – filoloq, diplomat.
Filologiya elimləri doktoru. 1996-2000-ci illərdə Milli Məclisin deputatı
olmuşdur. 1999-2004-ci illərdə Azərbaycan Respublikası xarici işlər naziri
vəzifəsində çalışmışdır. Hazırda Azərbaycanın Polşa Respublikasında
fövqəladə və səlahiyyətli səfiridir. - 205.
126. «Ramko» - İngiltərənin aparıcı neft kompaniyalarından biri. 1977-ci
ildə yaradılmışdır. Dünyanın bir çox ölkələrində neftin çıxarılması, emalı və
satışı ilə məşğuldur. 1994-cü ildən «Bı-Pi» və «Şell» ilə birlikdə «Azəri-
Çıraq» yatağında kəşfiyyat işləri aparmışdı. - 208.
127. «Morzison Kaspian LTD» - Bakı nümayəndəliyi 1993-cü ildən
fəaliyyət göstərir. Şirkətin əsası 1948-ci ildə qoyulmuşdur. Xidmətlərin geniş
spektri, o cümlədən mülki və kommunal tikililərin, yolların
layihələşdirilməsi, tikilməsi və icarəsi xidmətləri göstərir. - 213-215.
128. Çili Respublikası - Gənubi Araerikanın cənub-qərbində dövlət.
Sahəsi 756,9 min km
2
, əhalisi 14,4 milyon nəfərdir. İnzibati ərazi bölgüsü 13
vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı
Milli Konqresdir. Paytaxtı Santyaqo şəhəridir. -216.
Dostları ilə paylaş: |