__________________________________________
475
150. Con Hovard (d.1939) - 1996-cı ildən Avstraliyanın Baş naziri.
Avstraliya liberal partiyasının liderı. - 304.
151. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan
hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata
keçirilməsinin mühüm bır vasitəsi Bakı-Supsa neft kəməridir. Kəmərin
uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir.
Supsada hər birinin tııtumu 250 min barrel olan dörd terminal tikilmişdir.
1999-cu il aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində
nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının
təntənəli rəsmi açılış mərasimi olmuşdur. - 308, 316, 331.
152. Müslüm İmanov, M ü s 1 ü m M ə ş ə d i M ü s e y i b o ğ l u (d.
1931) - 1993-2005 -ci illərdə «Azərenerji» Dövlət şirkətinin prezidenti
vəzifəsində işləmişdir. - 313.
153. Ramiz Mehdiyev, R a m i z Ə n v ə r o ğ 1 u (d.1938)-
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru,
professor.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 1978-80-ci
illərdə rayon partiya komitəsinin birinci katibi. 1980-81-ci illərdə Azərbaycan
KP MK-da elm və təhsil şöbəsinin müdiri, 1981-83-cü illərdə Azərbaycan
KP MK-da partiya təşkilat işi şobəsinin müdiri. 1983-88-d illərdə
Azərbaycan KP MK-da katibi. 1988-94-cü illərdə Azərbaycan Respublikası
MEA-nın İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri.
1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə
müdiri, 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra
Aparatının rəhbəridir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli
Məclisinin deputatı olmuşdur. Müasir siyasi problemlərə, dövlət
quruculuğuna aid bir çox kitab və Monoqrafiyaların müəllifidir. Azərbaycan
Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə
təltif edilmişdir.
Beynəlxalq Nyu-York Akademiyasının və Türk Dünyası
Araşdırmalar
Uluslararası Elmlər Akademiyasının üzvü. - 314.
154. «ANS» televiziyası - Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərən
müstəqil televiziya kanallarından biri. - 320.
155. Natiq Əliyev. N a t i q A ğ a ə l i o ğ l u (d. 1947) - 1993-2006-cı
illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olmuşdur.
__________________________________________
476
Hazırda Azərbaycan Respublikası Sənaye və Energetika naziridir.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə ləltif edilmişdir. - 321.
156. Davos iqtisadi forumu - İsveçrənin kurort şəhəri Davosda hər il
Ümumdünya iqtisadi forumu keçirilir. 1995-ci il yanvarın 26-30-da
Azərbaycan Prezidenti Heydər Əliyev başda olmaqla Azərbaycan nümayəndə
heyəti bu forumda iştirak etmişdir. -323-381, 403.
157. Məmmədov Ələkbər (d.1930) - Azərbaycan futbolçusu. SSRİ
əməkdar idman ustası. Dörd dəfə (1954, 1955, 1957, 1959) SSRİ çempionu.
«Neftçi» və Moskvanın «Dinamo» fulbol komandalarının, futbol üzrə
Avropanın ilk kubokunu alan SSRİ yığma komandasının (1958) heyətlərində
çıxış etmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif
edilmişdir.-324.
158. YUNESKO - BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan
hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-cı ildan
fəaliyyətə başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Katibliyi
Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. - 329.
159. Transxəzər nəqliyyat dəhlizi (TRASEKA) - Avropanı Asiya ilə
birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik
xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı,
bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. - 328, 330, 404, 405, 415.
160. Xərrazi Seyid Kamal (d. 1945) - İranın siyasi və dövlət xadimi,
pedaqoji elmləri doktoru, professor. 1998-2005-ci illərdə İran İslam
Respublikasının xarici işlər naziri olmuşdur. Hazırda İran İslam
Respublıkasının Ali Məsləhət Şurasının üzvü və Strateji Tədqiqatlar
Mərkəzinin rəhbəridir. - 329, 345.
161. İNOQEYT - neft və qazın Avropaya ixracı proqramı- 330, 415.
162. Bakı-Novorossiysk neft kəməri - 1994-cü ilin sentyabrında
Azərbaycan Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı
«Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı-
Novarossiysk neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə
verilmişdir. -331.
__________________________________________
477
163. «Əsrin müqaviləsi» - 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər
dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə
yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində
bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkət ilə bağlanmış
müqavilə. - 332, 342, 371.
164. ATƏT-in Lissabon Zirvə görüşü - 1996-cı il dekabrın 2-4-də
Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və
hökumət başçılarının iştirakı ilə növbəti Zirvə loplantısı keçirildi. Lissabon
Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan
Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistan-Azərbaycan
münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Rcspublikası
nümayəndə heyətinin başçısı Heydər Əliyevin qəti, prinsipial mövqeyi və
gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin
bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası
kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü 53 dövlət tərəfindən
qətiyyətlə dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan
Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. – 337, 379,
413
165. Xatəmi, M ə h ə m m ə d X a t ə m i (d.1943) - İranın siyasi, İctimai və
dövlət xadimi. 1989-92-ci illərdə İranın mədəniyyət və islam orijentasiyası
naziri, 1997-2005-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. -
345.
166. ABŞ Konqresi, Amerika Birləşmiş Ştatları Konqresi - ali qanunverici
hakimiyyət orqanı. İki palatadan - Senatdan və Nümayəndələr palatasından
ibarətdir. Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator
seçilir. Nümayandələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər
seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki
palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ
prezidenti təsdiq edir. – 352.
167. «907-ci maddə» - ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də erməni
lobbisinin təzyiqi ilə qəbul etdiyi «Rusiyanın və yeni müstəqillik qazanmış
dövlətlərin azadlığını müdafiə aktına 907-ci düzəliş nəzərdə tutulur. Düzəliş
ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını
Dostları ilə paylaş: |