__________________________________________
481
186. Si-En-En, «Keybl Nyus Netuork» - ABŞ-da peyk-kabel informasiya
televiziya kanalı. Əsası 1980-ci ildə Atlanta şəhərində qoyulmuşdur. Bütün
sutka ərzində 150-yə qədər ölkəya ingilis dilində xəbərlər yayımlayır.
Dünyanın müxtəlif regionlarında 25 nümayəndəliyi var. - 377.
187. Vera Şirye, V e r a K a r 1 o v n a (d. 1915)- Azərbaycan
Respublikasının xalq artisti. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram
Teatrının aktrisasıdır. Şiryenin yaradıcılığı üçün obrazın daxili aləmini aça
bilmək məharəti, dramatizm, eyni zamanda qrotesk və incə yumor
səciyyələnir. Şirye bədii qiraət ustası kimi də tanınmışdır. Azərbaycan
Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 382-383.
188. Süleyman Rüstəm, S ü l e y m a n Ə l i a b b a s o ğ l u Rüstəmzadə
(1906-1989) – görkəmli Azəbaycan şairi, dramaturq, ictimai xadim. Sosialist
Əməyi Qəhrəmanı, Azəbaycanın xalq şairi; SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı. Müharibə dövrü (1941-1945) yaradıcılığında Cənubi
Azərbaycanda xalqın və milli azadlıq uğrunda mübarizəsinə həsr olunmuş
xüsusi yer tutur. - 383.
189. Neft fondu - 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın
neft strategiyasından əldə edilən gəlirlərin idarə edilməsidir. - 357, 387, 389.
190. Slovakiya, Slovakiya Respublikası - Şərqi Avropada dövlət. Sahəsi 49
min km
2
, əhalisi 3.4 milyon nəfərdir. İnzibati cəhətdən 3 vilayətə bölünür.
Dövlət başçısı president, qanunverici orqanı Milli Şuradır. Paytaxtı
Bratislavadır. 1992ci ilin noyabrına qədər Çexoslovakiyanın tərkibində
olmuşdur. -401-418.
191. Rudolf Şuster (d.1934) - 1990-92-ci illərdə Slovakiyanın Kanadada
səfiri, 1994-99-cu illərdə Kosiçi şəhərinin meri, 1999-2004-cü illərdə
Slovakiya Respublikasının prezidenti olmuşdur. - 403.
192. Çexoslovakiya - 1918-ci ildən 1993-cü ilə qədər Mərkəzi Avropada
dövlət, - 402, 404, 406, 410.
193. Çexiya, Ç e x i y a R e s p u b l i k a s ı- Mərkəzi Avropada dövlət.
Sahəsi 78,9 min km
2
, əhalisi 10,3 milyon nəfərdir. İnzibati cəhətdən 7
vilayətə bölünür. Dövlət başçısı president, qanunverici orqanı ikipalatalı
(Senat və Deputatlar palatası) parlamentdir. Paytaxtı Praqadır. 1993-cü ildən
__________________________________________
482
Çexoslovakiya Federasiyasının fəaliyyəti dayandırıldıqdan sonra Çexiya
müstəqil dövlətdir. - 404, 410.
194. Polşa, P o l ş a R e s p u b l i k a s ı- Mərkəzi Avropada dövlət.
Sahəsi 312,7 min km
2
, əhalisi 38,7 milyon nəfərdir. İnzibati cəhətdən 49
voyevodalığa bölünür. Ali və yeganə qanunvericisi orqanı ikipalatalı
Seymdir. Paytaxtı Varşava şəhəridir. - 410.
195. Macarıstan, Macarıstan Respublikası - Mərkəzi Avropada dövlət.
Sahəsi 93 min km2, əhalisi 10,2 milyon nəfərdir. Dövlət başçısı prezident,
qanunverci orqanı birpalatalı - Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. - 410.
196. Çingiz Hüseynzadə, Ç i n g i z M u x t a r o ğ l u (d.l951)-şərqşünas.
Azərbaycan Atletika federasiyasının prezidenti. 1997-d ildən Azərbaycan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti. Azərbaycan Respublikasının
«Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 420-432.
197. Samaranç Xuan Antonio (d. 1920) - beynəlxalq idman hərəkatı
xadimi, ispan diplomatı və sənayeçisi. 1966-cı ildən Beynəlxalq olimpiya
komitəsinin üzvü, 1974-78-ci illərdə vitse-prezidenti, 1980-2000-ci illərdə isə
prezidenti olmuşdur.-421.
198. Pikasso Pablo (1881-1973) - dahi fransız rəssamı. Mənşəcə ispandır.
Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və çoxcəhətlidir. Pikassonun
müxtəlif dövrlərdə yaratdığı əsərlərdə ekspressionizm, neoklassizm, kubizm,
surrealism və s. cərəyanların yaradıcılıq prinsiplərinə əsaslanmışdır. Erkən
yaradıcılığı «mavi» və «çəhrayı» dövrlərə ayrılır. Pikasso müxtəlif
boyakarlıq əsərləri ilə yanaşı heykəltəraşlıq, keramika və qrafika əsərləri
yaratmışdır. - 421.
199. Rufino Tamoyo (1899-1991) - Meksika rəssamı. Yarımabstrakt rəsm
əsərlərində və divar naxışlarında (Parisdə - YUNESKO-nun divar naxışları)
dekorativ effektə, ekspressiyanın ritminə asanlıqla nail olurdu. - 421.
200. Lozanno –İsveçrədə şəhər. Şəhər çoxlu muzeyləri ilə məşhurdur. -421.
201. Rəfiqə Şabanova, R ə f i q ə M a h m u d q ı z ı (d.l943)-həndbolçu.
Olimpiya çempionu (1978). Əməkdar idman ustası. Azərbaycan
Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 420-432.
__________________________________________
483
202. Nazim Hüseynov, N a z i m Q a l i b o ğ 1 u (d. 1969) - Azərbaycan
cidoçusu. Azərbaycanlı ilk olimpiya çempionu (1992), 2 qat Avropa
çempionu (1992-93). Dünya çempionatının gümüş və bürünc mükafatçısı.
1992-ci ildə bütün çəkilərdə Avropanın ən güclü cüdoçusu adına layiq
görülmüşdür. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif
edilmişdir. - 420-432.
203. Əbülfəs Qarayev, Ə b ü l f ə s M ü r s ə l oğlu (d.l956)-fəlsəfə elmləri
namizədi. 1994-cü ildən 2006-cı ilədək Azərbaycan Respublikası Gənclər,
İdman və Turizm naziri, 2006-cı ildən Mədəniyyət və Turizm naziridir.
Respublika Olimpiya Komitəsinin birinci vitse prezidentidir. Gənclər, İdman
və Turizm naziri işlədiyi vəxtda respublikada idmanın və bədən tərbiyəsinin
inkişafına ciddi fikir verilmiş, çoxlu idman meydançaları və olimpiya
kompleksləri tikilmişdir. - 420-432.
204. Sidney - Cənub-Qərbi Avstraliyada şahər. Yeni -Cənub Uelsin paytaxtı.
Əsası 1788-ci ildə qoyulmuşdur. - 428, 431.
205. Zülfiyyə Hüseynova, Z ü l f i y y ə Y u s i f q ı z ı (d.1970) -
Azərbaycan cüdo və samboçusu. Azərbaycan Respublikasının «Tərəqqi»
ordeni ilə təltif edilmişdir. - 420-432.
206. Borçalı - tarixi mahal. Gürcüstan Respublikasında yerləşir.
Borçalıya erkən orta əsərlərdə türkdilli tayfalar, XVl-XVII əsrlərdə isə
kütləvi surətdə azərbaycanlılar köçmüşdü. Borçalı mahalı Azərbaycan, bəzən
də gürcü feodallarının vəssallığına çevrilsədə çox zaman müstəqilliyini
saxlaya bilmişdi. Borçalı mahalını 1736-cı ildə İran şahı Nadir Qazax mahalı
ilə birlikdə Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarının tabeliyinə
verdi.
Azərbaycanlılar yaşayan ərazilər arasında Rusiya ilk dəfa Borçalı
sultanlığını (1801) işgal etmişdir. XIX əsrin ortalarında Borçalı mahalı
qəzaya çevrildi. Qəza isə 1929-cu ildə ləğv edilib üç rayona bölündü. Borçalı
rayonu 1950-ci ildən Manueli adlanır. -431, 432.
207. Polad Bülbüloğlu (d.1945) - bəstəkar, müğənni, dövlət xadimi.
Azərbaycan Respublikasının xalq artisti. Mahnıları 1960-70-ci illərdə SSRİ
məkanında məşhur estrada müğənnilərinin ifasında səslənmişdir. 1988-
2005-ci illər Azərbaycan Respublikasının mədəniyyət
Dostları ilə paylaş: |