__________________________________________
472
129. 1956-ci il Macarıstan hadisələri - 1956-cı ildə Macarıstanda
kommunist rejiminə qarşı kütləvi surətda xalq hərəkatı başladı. Bu hərəkat
sovet qoşunları tərəfindən yatırıldı. - 218, 219.
130. 1968-ci il Çexoslovakiya hadisələri - 1968-ci ildə Çexoslovakiyada
demokratik qüvvələr yaranmağa başladı. Bu qüvvələr ölkədə sovet rejiminə
qarşı çıxmağa başladı. Bu zaman Varşava Paktı Ölkələrinin hərbi qüvvələri
Çexoslovakiyaya yeridildi. Ölkədəki demokratik qüvvələr kütləvi surətdə
həbs və məhv edildi. - 219.
131. 1979-cu il Əfqanıstan badisələri - 1978-ci ildə Əfqanıstan
Demokratik Xalq Partiyası Ölkədə dövlət çevrılişi etdi. Bunun nəticəsində
vətəndaş müharibəsi başladı. Ölkədə əmin-amanlıq yaratmaq məqsədilə
hakim partiyanın dövətilə sovet ordu hissələri Əfqanıstana girir. Ancaq nə
mərkəzi hökumət, nədə sovet qoşunları ölkədə stabillik yarada bilmir.
Nəhayət 1989-cu ildə sovet ordusu beynəlxalq ictimaiyyətin tələbilə
Əfqanıstanı tərk etdi. - 219.
132. Bəxtiyar Vahabzadə, Bəxtiyar Mahmud oğ1u (d. 1925) -
Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət
mükafatı laureatı, 1991-2005-ci illərdə Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, Azərbaycan Milli EA-nın akademiki. Azərbaycan
Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 223.
133. Şeyxülislam Hacı Allahşükür Paşazadə, Allahşükür
Hümmət oğ1u (d.1949) - 1980-ci ildən Qafqaz Müsəlmanları Ruhani
İdarəsinin, 1990-cı ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədridir.
Azərbaycan Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif
edilmişdir. - 224.
134. Olbrayt Madlen (d. 1937) - ABŞ-ın tanınmış diplotmatı və dövlət
xadimi. 1993-cü ildən ABŞ-ın BMT-də daimi nümayəndəsi, 1997-2000-ci
illərdə ABŞ-ın Dövlət katibi olmuşdur. - 227, 230, 344, 351, 379.
__________________________________________
473
135. Ağ ev - Vaşinqtonda ABŞ preziderıtinin iqamətgahı və dəftərxanası
(1800-cü ildən). 1792-1829-cu illərdə inşa edilmışdir. ABŞ hökumətinə çox
zaman Ağ ev deyilir. -228, 231, 232, 235, 257.
136. Transxəzər qaz kəməri - Xəzər dənizi vasitəsilə Azərbaycandan
Gürcüstana və Türkiyəyə Orta Asiya qazının nəqli barədə saziş. Bu lahiyəyə
görə qaz Türkiyədən isə Avropa bazarlarına çatdırılacaqdır. - 229, 233, 240,
241, 262, 340, 342, 348, 349, 351, 352, 358, 362.
137. Moldova Respublikası - Cənub-Şərqi Avropada dövlət. Sahəsi
33,7 min km
2
, əhalisi 4,36 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona
bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir
- Paytaxtı Kişinyov şəhəridir. - 265, 307.
138. Petru Luçinski (d.1940) Moldovanın siyasi və dövlət xadimi. 1971-
ci ildən 1989-cıı ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə
çalışmışdır. 1997-2002-ci illərdə Moldova Respublikasının prezidenti
olmuşdur. -265, 281-297.
139. Lujkov Yuri Mixayloviç (d.1936) - Rusiyanın ictimai və dövlət
xadimi. 1992-ci ildən Moskva şəhərinin meridir. Moskva şəhəri ilə
Azərbaycan arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi və
möhkəmləndirılməsində yaxından iştirak edir. - 269-275.
140. Dağıstan, Dağıstan Respublikası- Rusiya Federasiyasında
respublika. Sahəsi 50,3 min km
2
, əhalisi 2094,6 min nəfərdir. Paytaxtı
Mahaçqala şəhəridir. Dağıstan ərazisi bizim eradan əvvəl 1-ci minnillıyin
axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur. 1813-cıi ildə
Gülüstan müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmışdır.-272, 275,
441.
141. Məshədov Aslan (1952-2003) - 1995-ci ildən tanınmamış
Çeçenistan Respublikasının prezidenti. - 273.
142. Vəhabilik - ortodoksal islamda yaranmış dini-siyasi cərəyan. XVIII
əsrin axırlarında Nəsddə yayılmışdı. Banisi Məhəmməd ibn Ədbül-
Vəhhabdır. Başlıca ehkamı vahid allaha inamdır. Vəhhabilər Quranı qəbul
etsələr də, islam dinində müqəddəslərə pərəstişi, dərvişlıyi rədd edir, cihada
böyük diqqət verirlər. Səudiyyə Ərəbistanında hakim ideologiya olan
vəhhabilik Hindistan, Əfqanıstan, İndoneziya və bəzi Avrika ölkələrində də
yayılmışdır. - 274.
__________________________________________
474
143. Leonid Daniloviç Kuçma (d.I938) - Ukraynanın siyasi və dövlət
xadımi. 1994-2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur.
Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. -281-297.
349. 408.
144. Nursultan Nazarbayev, Nursultan A b ı ş o ğ 1 u (d. 1940) -
Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nın
katibi. I984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri.
1989-91-ci illərdə Qazaxıstan KP MK-nın Birinci katibi. 1991-ci ilin
dekabrından Qazaxıstan Respublikasının prezidentidir. - 281 -297, 372.
145. Lukaşenko Aleksandr Qriqoryeviç (d-1954) - Belarus dövlət
xadimi. 1994-cü ildən Belarus Respublikasının prezidentidir. - 281-297.
146. Əsgar Akayev (d. 1944) - Qırğızıstanın dövlət xadimi. 1989-90-cı
illərdə Qırğızıstan KA-nın prezıdenti. 1990-2005-ci illərdə Qırğızıstan
Respublikasının prezidenti olmuşdur. - 281-297.
147. İmamali Rəhman, R ə h m a n İ m a m a l i Şərif oğlu (d.1952)
- Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin
sədri olmuşdur. 1992-ci ilin noyabrından Tacikistan Respublikasının
prezidentidir. - 281-297.
148. Hindistan, Hindistan Respublikası - Cənubi Asiyada dövlət.
Millətlər Birliyinin tərkibindədir. Ərazisi 3,3 milyon km
2
, əhalisi 953 milyon
nəfərdır. Hindistan inzıbati cəhətdən 22 ştata və 7 müttəfıq əraziyə bölünür.
Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı
- Dehlidir. - 302. 303.
149. Avstraliya, A v s t r a 1 i y a İ t t i f a q ı - Avstraliya qitəsində
Dövlət. Millətlər Birliyiniıı tərkibindədir. Ərazisi 7,7 milyon km
2
. əhalisi
18,3 milyon nəfərdir. Avstraliya İttifaqı inzibati cəhətdən 6 ştata və iki
əraziyə bölünür. Dövlət başçısı Böyük Britaniya kraliçasıdır. Ölkədə
kraliçanı general-qubernator təmsil edir. Qanunverici orqanı ikipalatalı (Senat
və Nümayəndələr palatası) parlamentdir. Paytaxtı - Kanberradır. -304. 305.