__________________________________________
463
78. «LUKoyl» - neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası hökuınətinin
qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə komplcksinə malik olan
«LUKoyl» şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft
məhsullarının kəşfiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-
cü ildən Azərbaycanda fəaliyyət göstərir. - 100.
79. «Eksson» - dünyanın ən iri və Amerikanın qocaman sənaye
korporasiyalarından biri. Mənzil-qərargahı Amerikanın Dallas şəhərində
yerləşir. 1882-ci ildə Con Rokfeller tərəfindən yaradılmışdır. Hazırda
dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərir. Korporasiyada 95 min
adam işləyir. 18 ölkədə yerləşən 30 neftayırma müəssisəsinin tam və ya
şərikli sahibidir. - 100.
80. Suslov Mixail Andreyeviç (1902-1982) - SSRİ-nin siyasi xadimi. 1947-
ci ildən MK katibi. MK üzvü, Siyasi Büronun üzvü olmuşdur. Suslov sovet
cəmiyyətinin inkişafının mühüm ictimai-siyasi və ideya-nəzəri məsələlərinin
işlərilə hazırlanmasında mühüm rol oynamışdır. - 101.
81. Pelşe Arvid Yanoviç (1899-1983) - SSRİ-nin partiya və dövlət xadiıni.
1941-59-cu İllərdə Latviya KP MK-da katib, 1959-66-cı illərdə Latviya KP
MK-da birinci katıb, 1966-cı ildən Sovet İKP MK-da Siyasi Büro üzvü və
Sov.İKP yanında Xalq nəzarəti komitəsinin sədri olmuşdur.-101.
82. Əli Həsənov, Ə l i M ə h ə m m ə d ə l i o ğ l u (d-1960) – tarix elmləri
dokloru, professor - Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri kimi
onun Siyasi Şurasının üzvü (1992), İdarə Heyətinin üzvü (1999), 1993-95-ci
illərdə partiyanın ideoloji şöbəsinin müdiri işlənmişdir. 1995-ci ildən
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinə
rəhbərlik edir. Müasir siyasi problemlərə aid kitabların və məqalələrin
müəllifidir. - 102.
83. Əminə Dilbazi, Ə m i n ə P a ş a q ı z ı (d,1919) - rəqqasə, baletmeyster
və pedaqoq. Azarbaycanın xalq artisti. 1935-ci ildən rəqqasəlik fəaliyyətinə
başlamışdır. 1936-69-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti, 1939-cu ildən isə həm də
müxtəlif rəqs qruplarının rəhbəri olmuşdur. Azərbaycan Respublikasının
«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 104-105.
__________________________________________
464
84. Nümayəndələr palatası - ABŞ-da parlamentin aşağı palatasının adı.
Nümayəndələr palatası ABŞ-da 1787-ci il Konstitusiyasına əsasən
yaradılmışdır. - 106.
85. Lordlar palatası - Böyük Britaniya parlamentinin yuxarı palatası,
dünyəvi və dini lordlardan (perlərdən) ibarətdir. - 108.
86. Respublika uğrunda Birlik (RUB) - Fransada siyasi partiya. Yeni
Respublika İttifaqı Uğrunda adı ilə 1958-ci ildə Şarl de-Qollun tərəfindən
yaradılmışdır. Bir neçə dəfə adını dəyişdirmişdir. 1976-ci ildən RUB
Partiyası adlanır. -109.
87. Milad bayramı - İsa peyğəmbərin anadan olması şərəfinə keçirilsə
xristian bayramı. Dekabrın 25-də qeyd edilir. Milad bayramının ilkin
mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) xilaskar peyğəmbərin
mövlud günü ilə əlaqədər keçirilən qədim bütpərəst mərasim bayramı
olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmışdir.
Milad bayramı 431-ci ildə Efes kilsə yığıncağında qanuniləşdırılmışdır. -
109, 154.
88. Paxmutova Aleksandra Nikolayevna (d.1929) - rus bəstəkarı,
Rusiyanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı. Müxtəlif janrlarda əsərlər
bəstələyən Paxmutova mahnı müəllifi kimi daha çox şöhrət qazanmışdır. -
111.
89. Kamil Əliyev (1921-2006) - təsviri sənət ustası. Azərbaycan
Respublikasının xalq rəssamı. 1990-cı ildən ömrünün sonuna kimi
«Azərxalça» birliyinin rəhbəri olmuşdur. Azərbaycan Respublikasının
«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 113.
90. Nizami Gəncəvi, İ l y a s Y u s i f o ğ l u (1141-1209) – dahi
Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə məsnəvi
formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil
olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan
yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və
mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın
Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni ədəbi
məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli
__________________________________________
465
mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın
mənəvi azadlığı tərənnüm olunur. - 113.
91. Füzuli M ə h ə m m ə d S ü l e y m a n o ğ l u (1494-1556) -
Azərbaycanın dahi şairi və mütəfəkkiri. Azərbaycan, fars və ərəb dillərində
qəsidə, müsəddəs, rübai, qitə və s. yazmışdır. Aşiqanə qəzəlləri ilə lirik şair
kimi şohrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun»
poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir
incilərindəndir. Kərbəlada dəfn edilmişdir. - 113.
92. Nəsimi, əsl adı S e y i d Ə l i (1369-1417) - böyük Azərbaycan şairi və
mütəfəkkiri. İmadəddin Nəsimi adı ilə də məşhurdur. Əsərlərini Azərbaycan,
ərəb, fars dillərində yazmışdır. Hürufiliyi yaydığı üçün Hələbdə həbs
olunmuş, «kafir», «dinsiz» elan edilərək ruhanilərin fitvası ilə vəhşicəsinə
edam edilmişdir. - 113.
93. Mirzə Fətəli Axundov (1812-1878) - boyük Azərbaycan yazıçısı,
dramaturq, materialist - filosof. Axundov Azərbaycan ədəbiyyatı tarixində
pyesləri və fəlsəfi əsərləri ilə tanınmışdır. 1850-55-ci illərdə yazdığ altı
komediya ilə Azərbaycan və bütün Şərq ədəbiyyatında realist
dramaturgiyanın əsasını qoymuşdur. - 113.
94. Qazax müəllimər seminariyası - Azərbaycanda müəllim
hazırlayan ilk tədris müəssisələrindən biri. İlk direktoru F.B.Köçərli
olmuşdur. Seminariyada ana dili, ədəbiyyat, rus dili, pedaqogika,
psixologiya, riyaziyyat, tarix, coğrafiya tədris edilirdi. Seminariyanın
Azərbaycanda xalq maarifinin inkişafında mühüm rolu olmuşdur. - 115.
95. Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şərqində ilk dəfə dünyəvi,
demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti.
Cəmi 23 ay (1918-cı il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də
bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı
əvvəlcə Gəncə (1918, 16 iyun - 17 sentyabr), sonar Bakı şəhəri (1918, 17
sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli
dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı.
Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət
dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının
parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında
qanun qəbul etdi. Xalq maarifi
Dostları ilə paylaş: |