__________________________________________
457
47. Sirus Təbrizli, T ə b r i z l i S i r u s X u d a d a t o ğ l u (d.1942) -
Azərbaycan yazıçı və rublisist. Birinci (1995) və ikinci (2000) çağırış
Azarbaycan Respublikası Milli Məclisinin deputatı. 1996-2001-ci illərdə
Respublika Mətbuat və İnformasiya naziri olmuşdur. - 69, 73, 74.
48. Brejnev Leonid İliç (1906-1982) - SSRİ-nın partiya və dövlət
xadimi. 1964-82-ci illərdə Sov. İKP MK-nın Baş katibi, 1977-ci ildən
həmçinin SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. - 69, 101.
49. Andropov Yuri V l a d i m i r o v i ç (1914-1984) - SSRİ-nin partiya
və dövlət xadimi. 1967-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin
sədri, 1982-1984-cü illərdə Sov.İKP MK-nın Baş katibi olmuşdur. - 70.
50. Çernenko Konstantin Ustinoviç (1911-1985) - SSSR-in partiya və
dövlət xadimi. 1978-ci ildən Sov. MK Siyasi Bürosunun üzvü, 1984-cü ildə
Sov. İKP MK-nın Baş katibi və SSRİ Ali Sovetinin sədri olmuşdur. - 70.
51. Mircəfər Bağırov, M i r c ə f ə r A b b a s o ğ l u (1896-1956) -
1933-53-cü illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. Bütün
SSRİ-də olduğu kimi Azərbaycanda da inzibati-amirlik idarəetmə sisteminin
möhkəmləndirilməsinə, totalitar Stalin rejiminin bərqərar olmasına, partiya
sıralarını «təmizləmə» adı ilə baş verən repressiyaların həyata keçirilməsinə
bilavəsitə rəhbərlik etmişdir. - 70.
52. Stalin,
İosif Vissarionoviç (1879-1953) - 1922-53-cü illərdə SSRİ-
nin partiya və dövlət rəhbəri. Sosializm quruculuğuna dair Lenin planını.
SSRİ-nin Böyük vətən mühariləəsində (1941-45) müdafiə qabiliyyətinin
möhkəmləndirilməsində və s. rəhbər kimi iştirak etmişdir.
Fəaliyyətində nəzəri və siyasi səhvlərin çoxluğu, kobud qanun
pozuntuları, bəzi mənfi xüsusiyyətləri Stalinin şəxsiyyətinə pərəstişin
yaranması ilə nəticələndi. 30-cu illərdə baş verən və milyonlarla insanın
repressiyasına səbəb olan qanlı cinayətlər məhz onun səhvlərinin nəticəsidir.
Təkcə 1937-ci ildə Azərbaycanda «xalq düşməni» kimi 29 min nəfər
güllələnmiş və ya sürgün edilmişdi. - 70, 98.
53. İkinci dünya müharibəsi (1939-45) - Almaniya, İtaliya və
Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi
__________________________________________
458
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı.
Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi.
1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika,
Niderland, Lüksemburq, sonra İsə Fransanı işğal etdi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi.
1942-43-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında
qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.
1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldi. Mayın 8-də Karls-xorstda
(Berlin yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt
imzalandı.
Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı.
Bununla ikinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72
ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə
110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş,
minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı -70, 218, 410.
55. Murtuz Ələsgərov, M u r t u z N ə c ə f o ğ l u (d. 1928) –
Azərbaycanın dövlət xadimi, hüquq elmləri doktoru, professor.
Respublikanın əməkdar hüquqşünası. Yeni Azərbaycan Partiyasının sədr
müavini və partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət
Universitetinin rektoru olub. 1995-ci ildə Azərbaycan Respublikası Milli
Məclisinin deputati seçilib. 1996-2005-ci illərdə Azərbaycan Respublikası
Milli Məclisinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal»
ordeni ilə təltif edilmişdir. - 73, 74.
55. Əli Nağıyev, Ə l i T e y m u r o ğ 1 u (d.l954J - 1996-2006-cı
illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri olmuşdur. 2006-cı ilin mayında Azəıbaycan Respublikasının Belarus
Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. I çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. – 71, 74.
56. Rəfael Allahverdiyev, R ə f a e l X a n ə l i o ğ l u (d.1945) -
1993-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. 1995-2000-ci
illərdə Milli Məclisin deputatı olmuşdur. - 73, 74, 246, 247, 248, 249, 251,
315, 319.
__________________________________________
459
57. İlham Əliyev, İ l h a m H e y d ə r o ğ l u (d. 1961) - görkəmli
ictimai-siyasi və dövlət xadimi, diplomat, siyasi elmlər doktoru; professor.
2003-cü ildən Azərbaycan Respublikasının prezidenti. Prezident Heydər
Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti. 1997-ci ildən birinci vitse-prezidenti. Azərbaycan
Respublikasının neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri
vardır.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və
dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz
qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq gorülmüşdür.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində
də AMOK-un prezidenti kimi İlham Əliyevin böyük xidmətləri var. Onun
şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın
digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya
kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza
yaradılmışdır.
İlham Əliyevin doğma Azərbaycanımızın İnkişafında müstəsna xidmətləri
var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf
etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.
İlham Əliyev tarəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında
dövlət proqramını» əsasən respublikanın şəhər və rayonlarında onlarla sənaye
müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və böyük abadlıq işləri
görülür. Məhz bunun nəticəsidir ki, bir çox sənaye müəssisəsi yenidən təmir
edilib istifadəyə verilmişdir.
Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət
quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
möhkəmlənməsində uğurlu xidmətlər göstərən İlham Əliyev Yeni
Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II
qurultayında sədrini birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin
martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən
Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa
Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə
heyətinin başçısı olmuşdur. Azəıbaycan haqqında, xüsusilə Ermənistanın
ölkəmizə hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında
həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə
çatdırılmasında müstəsna xidmətləri var. «Heydər Əliyev» və Fransanın
«Fəxri legionun böyük xaç komandoru». Rusiya və Ukraynanın ali ordenləri
ilə təltif olunmuşdur. Bir çox xarici akademiyaların və universitetlərin fəxri
üzvüdür. - 73, 74, 127, 150, 365, 420, 421, 422, 430.
Dostları ilə paylaş: |