__________________________________________
448
4. Amerika
Birləşmiş Ştatları (ABŞ) - Şimalı Amerikada dövlət.
Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və qərbdən
Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km
2
, əhalisi 280
milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik
orqanı iki palatalı (Nümayəndələr palatası və Senat) ABŞ
Konqresidir. Dövlət başçısı prezidentdir. Paytaxtı Vəşinqton şəhəridir. – 6, 7,
17, 19, 60, 77, 100, 106, 107, 142, 152, 193-197, 227-243, 253-259, 264,
330, 332, 338, 342, 343, 344, 351, 352, 360, 370, 373, 374, 376, 377, 378,
379, 380, 405, 414, 442, 444-446.
5. Dağlıq Qarabağ Muxtar Vilayəti - Azərbaycan Respublikası
ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq
Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırdı (70% erməni, 30%
azərbaycanlı). Ərazisi 4 min km
2
-dir. Mərkəzi Xankəndidir. 1988-ci ildə
Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə
bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq
Qarabağı işğal etdilər. BMT-nin 822.853, 874,884 qatnamələrinə görə erməni
işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq
Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. - 6-20. 56 ,60, 61,
62, 63, 124, 133, 147, 164, 187, 206, 217, 219, 220, 221, 229, 237, 238, 250,
256, 261, 263, 266, 275, 294, 333, 336, 337, 343, 351, 364, 378, 381, 410,
412, 413, 439, 445.
6. Birləşmiş Millətlər Təşkilatı (BMT) - müasir dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi
beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər
arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il
iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən
imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. Hazırda BMT-yə
198 dövlət daxildir.
BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və
İctimai Şura, Qəyyumluq Şurası, Beyəlxalq Məhkəmə və Katiblikdir. 1992-ci
ildən Azərbaycan Respublikası BMT-nın üzvüdür. - 6, 9, 15, 20, 21, 22, 23,
205, 256, 364.
7. Ağdam şəhəri - Azərbaycan Respublikasında şəhər. Ağdam rayonunun
mərkəzi 1993-cü ildə erməni işğalçıları tərəfindən İşğal edilmişdir. -6, 9, 15.
__________________________________________
449
8
.
Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi.
1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə
heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və
sosial inkişafına kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və
iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 130-dan
artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının
üzvüdür. - 6, 9, 10, 15, 20, 57, 152, 231, 239, 256, 257, 258.
9. Rusiya, Rusiya Federasiyası- Avropanın şərqində, Asiyanın şimalında
dovlət. Ərazisi 17075,4 min km2, əhalisi 146,3 milyon nəfərdir. Rusiya
respublika idarəetmə fopmalı demokratik federativ dövlətdir. Rusiya
Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva
və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.
Dövlət başçısı prezident qanunverici orqanı iki palatalı – Dövlət Duması
və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. - 6, 7, 17, 19, 31-40, 60,
76, 79, 81-103, 166, 167, 203-207, 237, 238, 260, 262, 264, 267, 279, 281-
297, 308, 324, 331, 369, 379, 380, 389, 411, 412, 414, 417, 436-449.
10. Klinton
Bill, U i 1 y a m C e f e r s o n B 1 a y d (d.1946)- ABŞ-ın
görkəmli siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000).
Klinton xarici siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış
dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərin
yaxşılaşdırılmasına mühüm əhəmiyyət vermişdir. - 7, 19, 183, 194, 227, 230,
231, 232, 233, 235, 240, 255, 257, 324, 328, 340, 341, 342, 351, 359, 360,
367, 370, 372, 377, 379, 405, 444, 445.
11. Jak Şirak (d.1932) - Fransanın görkəmli siyasi və dövlət xadimi.
1974-76 və 1986-88-ci illərdə Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris
şəhərinin meri, 1995-2007-ci illərdə Fransa Respublikasının prezidenti.
«Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. - 7, 19, 183.
12. Yeltsin Boris Nikolayeviç (1931-2007) - Rusiyanın siyasi və dövlət
xadimi, 1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur.
- 7, 19, 267, 281-297, 298.
__________________________________________
450
13. Süleyman Dəmirəl (d. 1924) - Türkiyənin görkəmli siyasi, ictimai
və dövlət xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə
Türkiyə Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi
fəaliyyətinin mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən,
demokratik dəyərlərə əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək
əzmi təşkil etmişdir. Yeni türk dövlətləri ilə münasibətlərin, xüsusilə
Azərbaycanla əlaqələrin genişlənməsi və möhkəmlənməsi Süleyman
Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman Dəmirəli «Türkiyə həmişə
Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir,
onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı göstərmişdir və
göstərməkdə də davam edəcəkdir» kəlamına əbədi sadiq dövlət xadimidir.
S.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında
sarsılmaz dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə
Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. - 7, 157,
166-184, 231, 241, 261, 307, 362.
14. «Ümumi
dövlət» - ATƏT-in Minsk qrupu həmsədrlarinin (ABŞ,
Fransa, Rusiya) Azərbaycana etdiyi təklif: yəni Azərbaycan ərazisində
yeni bir erməni dövlətinin yaradılması. Beynəlxalq hüquqda isə “ümumi
dövlət” adında anlayış yoxdur. Azərbaycan Dağlıq Qarabağa ancaq öz
daxilində yüksək özünüidarəetmə statusu verə bilər. - 8.
15. Xankəndi - Azərbaycan Respublikasında şəhər. Dablıq Qarabağ
Muxtar Vilayətinin mərkəzi. 1990-ci İldən erməni separatçıları tərəfindən
işğal edilmişdir. - 9.
16. Artur
Rəsizadə, Artur Tahir oğlu (d.1935) - Azərbaycanın dövlət
xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986-92-ci illərdə Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən
Azərbaycan Respublikasınm Baş naziridir. Azərbaycan Respublikasının
«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 10, 314.
17. Beynəlxalq Valyuta Fondu - BMT-nin hökumətlərarası
İxtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə
yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır.
Dünyanm 130-a yäxm ölkəsi fondun üzvüdür. Nizamnaməsina görə
məqsədİbeynalxalq valyuta əməkdaşlığına yardım etmək, ölkələr
arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan
Dostları ilə paylaş: |