__________________________________________
439
Mən bilən, bu öncül istiqamətlər Azərbaycan DİN üçün də
aktualdır. Odur ki, bu məsələdə biz bir-birimizi başa düşürük,
birlikdə işləyirik, konstruktiv səpgidə çalışırıq, bir-birimizə
kömək edirik və zənnimcə, nəticədə çox gözləmək lazım
gəlməyəcəkdir.
Hazırda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə baş
idarələr səviyyəsində bir sıra əməliyyat qruplarımız işləyir,
çoxlu birgə nəticələr əldə edilmişdir və buna görə də biz
azərbaycanlı həmkarlarımızla qarşılıqlı əmakdaşlığımızı, əlbəttə,
yüksək qiymətləndiririk. Bu yüksək səviyyədə qarşılıqlı
fəaliyyətə görə sizin hüzurunuzda minnətdarlığımı bildirmək
istərdim. Əlbəttə, Azərbaycanın xarici işlər naziri ilə bizə xoşdur
ki, siz qarşılıqlı fəaliyyətimizin səviyyəsini və işimizi yüksək
qiyməlləndirirsiniz. Sağ olun.
Heydər Əliyev: Terrorizmə, narkotiklərə, ekstremizmə,
separatizmə qarşı mübarizə bu gün çox aktualdır, çünki bu hallar
dünyanın müxtəlif bölgələrində, o cümlədən Rusiyada və
Azərbaycanda, Qafqazda təzahür edir. Buna görə də, -mən bu
barədə Moskvada, MDB-nin iclasında da demişəm, indi də
deyirəm, - biz, Azərbaycan və Rusiya bu məsələdə tamamilə
eyni mövqeləri əsas tuturuq.
Əslinə qalsa, başqa cür ola da bilməzdi, ona gorə ki, bu
təhlükəli cinayətlər hər bir sivilizasiyalı dövlət üçün, hər bir
demokratik dövlət üçün qorxuludur. Odur ki, bu sahədə
qarşılıqlı fəaliyyət zəruridir, o mənəda ki, bizdə, Azərbaycanda
keçmişdə terrorizm cəhdləri olmuşdur. Biz 1988-ci ildən
etibarən, yəni Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan
münaqişəsinin başlandığı vaxtdan bəri separatizmdən əzab-
əziyyət çəkirik. Bizdə silahlı yolla dövlət çevrilişi cəhdləri,
terror cəhdləri olmuşdur. Yeri gəlmişkən, Rusiya Federasiya-
sında gizlənmiş və sizin idarələr tərəfindən aşkara çıxarılaraq
bizə verilmiş bəzi cinayətkarlar bu cür niyyətlərdə olmuş və ya
bu cür cinayətlər törətmişlər. Ona görə də bu cinayətlər
__________________________________________
440
bizim üçün, Azərbaycan üçün xüsusilə təhlükəlidir.
Bilirsiniz ki, Ermənistanla-Azərbaycan arasında münaqişənin
başlandığı vaxtdan bəri Azərbaycanda, bir tərəfdən, müharibə
gedirdi, digər tərəfdən isə ölkənin daxilində ictimai-siyasi
sabitlik pozulmuşdu. Öz torpağını, öz ölkəsini qorumaq üçün
silahı olan bir çox adamlar sonra bu silahdan öz şəxsi
məqsədlərinə çatmaq, silahlı yolla hakimiyyətə yiyələnmək üçün
istifadə etməyə başladılar və şübhəsiz ki, bu, istər terror əməlləri
törədilməsi ilə, istərsə də silahlı yolla dövlət çevrilişi həyata
keçirmək cəhdləri ilə bağlı idi. Bunlar siza məlumdur. Bir də
deyirəm, əvvəllər bu cinayətlərin bir çox iştirakçıları Rusiyada
gizlənmişdilər və sizin nazirliyin, onun Rusiyanın ayrı-ayrı
regionlarındaki müxtəlif bölmələrinin köməyi ilə onlar
yaxalandı və Azərbaycana verildi.
Lakin bəziləri yenidən buraya soxulurdular. 1996-cı ilin
payızını xatırlayıram. 1995-ci ildə dövlətə qarşı qiyam qaldırmış
və dövlət çevrilişinə cəhd göstərmiş, sonra isə müxtətif
regionlarda - Ukraynada, Rusiyada, Şimali Qafqazda gizlənmiş,
orada sığınacaq tapa bilmiş üzdəniraq omonçuların bir qrupu o
vaxt Dağıstan vəsitəsilə Azərbaycana soxulmuşdular. Onların
dövlət başçısına qarşı necə terror hərəkəti etmək və dövlət
çevrilişini necə həyata keçirmək barəda çox konkret planları
vardı.
Bu gün deməliyəm ki, o vaxtlar bizim Daxili İşlər Nazirliyi
yaxşı işlədi və bu adamların hamısı yaxalandı, həbs edildi və
təbii ki, məhkəmə masuliyyətinə cəlb olundular. Onlar bu
məqsədlərlə Dağıstanın, digər Şimali Qafqaz respublikalarının
ərazilərindən istifadə edirdilər. Buna görə də məhz sərhədyanı
zolaqda, xüsusən Rusiya Daxili İşlər Nazirliyinin Dağıstandakı,
digər
Şimali Qafqazdakı, digər
Şimali Qafqaz
respublikalarındakı orqanları ilə Azərbaycanın Daxili İşlər
Nazirliyi arasında əməkdaşlıq bizim üçün çox böyük əhəmiyyətə
malikdir.
__________________________________________
441
Şadam ki, siz bu məsələləri müzakirə etmiş, razılaşmalara
nail olmusunuz, müvafiq sənədlər imzalamısınız. Əmin ola
bilərsiniz ki, bu sahədə bizim mövqeyimiz çox dəqiq və aydındır
- Azərbaycanda cinayət törətmiş, digər həmsərhəd dövlətlərdən
Azərbaycana keçmiş cinayətkarları Rusiya ərazisinə
buraxmamaq, bu cinayətkarların vaxtında yaxalanması və
onların əməllərinin qarşısının alınması üçün ən fəal birgə
tədbirlər görmək.
Hesab edirəm ki, sizin səfəriniz, görüşləriniz, imzaladığınız
sənədlər bu istiqamətdə daha uğurlu iş aparımasına şərait
yaradır.
V l a d i m i r R u ş a y l o: Hörmətli Heydər Əliyeviç,
fürsətdən isüfadə edərək, sizin dəstəyinizə zəmanət almaq
istərdim. Bir sıra DaxiIi İşlər Nazirləri ilə, o cümlədən
Azərbaycanın Daxili İşlər Naziri Ramil İdrisoviç Usubovla belə
bir razılaşmamız var ki, terrorizmə qarşı mübarizə tədbirlərinin
müzakirəsi üçün Daxili İşlər Nazirləri Şurasının növbədənkənar
iclasının martın 10-11-də Moskvada keçirilməsi məqsədə-
uyğundur. Ona görə də etiraz etmirsinizsə, Daxili İşlər Nazirləri
Şurasının iclasını keçirərdik və biz sizin rəyinizi öyrənmək,
dəstəyinizə ümid bəsləmək istərdik.
H e y d ə r Ə l i y e v: Mən bu təklifi tamamilə
dəstəkləyirəm və çox gərəkli, faydalı hesab edirəm. Odur ki,
bizim nazir iştirak edəcəkdir. Man bu fikirdəyəm ki, nəzərdə
tutduğunuz görüş də çox aktualdır və fayda gətirəcəkdir.
V l a d i m i r R u ş a y l o: Biz Borjomi dördlüyü
çərçivəsində çox fəal əməkdaşlıq edirik. Burada masələlər bütün
Qafqaz bölgəsi üçün olduqca aktualdır. Ona görə də biz
ermənistanlı və gürcüstanlı həmkarlarımızla da daim əlaqə
saxlayır və əməkdaşlığımızı dördtərəfli əsasda qururuq. Hesab
edirəm ki, son vaxtlar biz müsbət mənəda xeyli irəliləmişik.
Qafqaz prüblemləri gündəlikdə çox kəskin şəkildə durur və
siz bllirsiniz ki, bütün dünya Çeçenistanda aparılan antiterror
Dostları ilə paylaş: |