__________________________________________
429
Siz idmançılar gənclərin çox görkəmli nümayəndələrisiniz və
öz işinizlə gərək bütün gənclərə nümunə göstərəsiniz, yəni öz
nailiyyətlərinizlə nümunə göstərəsiniz. Başqa sahələrdə
fəaliyyət göstərən Azərbaycan gənclərinə gərək nümunə
olasınız.
Xalq, cəmiyyət, vətəndaşlar idmançı gəncləri o biri
gənclərdən daha da çox tanıyır. Bu da təbiidir. Çünki idmana
hamı maraq göstərir və bu, elə bir sahədir ki, insanlar - həm
idman azarkeşləri, həm də sadəcə vətənpərvər insanlar istəyirlər
ki, Azərbaycan idmanı daha da yüksəlsin. Ona görə də siz
məşhurlarsınız. Nə qədər çox nailiyyət əldə etsəniz, o qədər də
məşhur olacaqsınız. Mən arzu edirəm ki, siz bu nailiyyətləri əldə
edəsiniz.
Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Yenə də
deyirəm, sizinlə hər dəfə görüş məni ruhlandırır, bəlkə də bir az
gəncləşdirir. Sizin hamınıza cansağlığı arzu edirəm. Sizi Gənclər
günü munasibətilə bir daha təbrik edirəm. Sizə yeni-yeni
qələbələr, böyük uğurlar arzulayıram. Sağ olun.
Zülfiyyə Hüseynova (Cüdo üzrə dünya çempionu, Sidney
olimpiya oyunlarına vəsiqə qazanmışdır): Çox hörmətli cənab
prezident, biz Sizin fikirlərinizlə tam razıyıq. Həqiqətən də
ölkəmizdə idmana qayğı çox yüksəkdir. Biz hamımız
Azərbaycan xalqını təmsil edirik. Ola bilər ki, «ağzıgöyçəklər»
ağızlarına gələni danışırlar. Amma bütün idmançılar, idmanın
içərisində olan insanlar bilirlər ki, siz öz qayğızla Azərbaycan
idmanını doğrudan da çox yüksəklərə qaldırırsınız.
Siz dediniz ki, biz Sizə ilham veririk. Elə sizin də sözləriniz
sözün əsl mənasında bizə ilham verir. Düzdür, böyüklər
gənclərlə fəxr etdiyi kimi, gənclər də böyüklərlə fəxr edir. Yəni
Siz olmasanız biz də olmarıq. Biz olmasaq da, haradasa, necə
deyim...
Heydər Əliyev: Biz olmarıq.
__________________________________________
430
Zülfiyyə Hüseynova: Bəli, doğrudan da çox fərəhli haldır ki,
Siz idmançıları çox gözəl başa düşürsünüz. Mən bildiyimə görə,
Siz özünüz də gənc yaşlarında idmanla məşğul olmusunuz.
Maşallah, indi də gəncsiniz. Bizimlə bir yerdəsiniz, Siz də bizim
kimi gəncsiniz. Xalqımızın belə bir məsəli var: «Ot kökü üstə
bitər». Doğrudan da, biz çox sevinirik ki, məhz İlham müəllim
Milli Olimpiya Komitəsinin prezidentidir. Çünki İlham müəllim
idmana gələndən sonra sözün əsl mənəsında idmanda çox böyük
inkişaf oldu. Kimini işlə, kimini evlə təmin etdi, problemləri həll
edərək idmana diqqət və qayğı göstərdi. Bizim borcumuzdur,
bütün Azərbaycan xalqının borcudur ki, həm ölkəmizi, həm də
idmançılarımızı tanıtsın. Bu vəzifə idmançıların üzərinə daha
çox düşür. Çünki biz Azərbaycanın Dövlət bayrağını qaldırırıq.
Hələlik olimpiya oyunlarına lisenziya alan 12 nəfərdir, 6 nəfərə
də birbaşa yer verilibdir, gələcəkdə daha 10-15 nəfər lisenziya
alacaqdır. Olimpiya oyunlarında iştirak edib vətənə medal ilə
qayıtmaq hamımızm borcudur. 1996-cı ildə bizi xeyir-dua ilə
yola saldınız. Ümid bəsləyirik ki, 2000-ci ildə bizi yenə də
xeyir-duanızla yola salacaqsınız və Sizin köməyinizlə biz,
inşallah, vətənə medallarla qayıdacağıq. Sağ olun ki, bizi qəbul
etdiniz.
Canpolad Budaqov (Uşu-sando üzrə dünya çempionu):
Cənab prezident, mən bu xatirə hədiyyəsini Sizə federasiyamız
adından təqdim edirəm. Gürcüstan prezidenti Eduard
Şevardnadze çıxışlarının birində demişdi ki, XX əsr liderlər
əsridir və Heydər Əliyev XX əsrin lideridir. Möhtərəm
prezident, dünya siyasətində Sizə verilən bu böyük qiymət Sizin
davamçılarınızda da, Sizə sadiq olan insanlarda da, şəxsən biz
idmançılarda da çox böyük inam yaradır. Doğrudan da, liderlər
əsrində Sizin rəhbərliyinizlə, Allahın köməyi ilə çalışacağıq ki,
yeni-yeni uğurlarımızla, nailiyyətlərimizlə Sizi daha da
sevindirək. Federasiyamız adından, öz adımdan
__________________________________________
431
və buradakı idmançılar adından Sizə cansağlığı arzu edirəm.
Doğrudan da, yalnız Sizin timsalınızda Azərbaycan gözlədiyi
uğurlu gələcəyinə çatacaqdır. Bu gün bayram təəssüratlarınızı
bizimlə bölüşdüyünüz üçün də Sizə bir daha minnətdarlığımı
bildirirəm. Allaha duaçıyıq ki, Sizin başınızdan bir tük də əskik
olmasın. Sağ olun, cənab prezident!
Vahid Nəzərov (Ağır Atletika Federasiyasının vitse-
prezidenti, bu növ üzrə yığma komandanın baş məşqçisi): Cənab
prezident, icazə verin bu xatirə hədiyyəsini Sizə təqdim edim.
Biz, ağır atlətlər əminik ki, Sidney olimpiya oyunlarına
gedəcəyik və öz uğurlu çıxışımızla Sizi sevindirəcəyik. Sizə
uzun ömür, cansağlığı arzulayırıq.
Canpolad Budaqov: Cənab prezident, mən Borçalıdan təzə
qayıtmışam. 1948-ci ildə Sizinlə işləmiş Bolnisi rayonunun
Faxralı kəndində bir el ağsaqqalı çox xahiş edib ki, bu məktubu
Sizə çatdırım. Mən özüm də Borçalıdanam.
Heydər Əliyev: Borçalıda necə yaşayırlar?
Canpolad Budaqov: Cənab prezident, Sizin köməyiniz
sayəsində borçalıların yaşayış
tərzi bəlkə
də
Azərbaycandakından yüksək səviyyədədir.
Heydər Əliyev: Mən borçalılar haqqında həmişə
düşünmüşəm. Keçmişdə Azərbaycanın rəhbəri olarkən həmişə
onlara qayğı göstərmişəm, onların vəziyyəti haqqında
Gürcüstanın rəhbərləri ilə daim danışıqlar aparmışam, onlara
kömək etmişəm.
Mən bu sözü haradasa bir dəfə demişəm. Mən Moskvada
vəzifədən kənarlaşdırılandan sonra mənim əleyhimə bəzi
yerlərdə cürbəcür nalayiq sözlər yayırdılar. O vaxtlar mənim
adımı qadağan etmişdilər. Amma Moskvada Borçalıdan gəlmiş
bir adamla görüşdüm. O mənə dedi ki, Borçalıda hansı evə
gedirsən - Sizin portretinizi divardan açıblar. Ona görə də mən
borçalıları həmişə sevmişəm. Bu, mənim borcum idi. Çünki
Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Azərbay-
Dostları ilə paylaş: |