__________________________________________
423
şəxsən Sizin diqqət və qayğınız, xeyir-duanız sayəsində əldə
edilmiş müvəffəqiyyətlərdir.
1999-cu il respublikamızın idman həyatında qarşıdan gələn -
XXYII yay olimpiya oyunlarına hazırlığın xüsusi mərhələsi kimi
diqqəti cəlb etmişdir. Ötən il keçirilən bütün yarışlar, demək olar
ki, olimpiya oyunlarında iştirak etmək, parlaq qələbələr
qazanmaq kimi ali məqsədə doğru istiqamətlənmiş,
idmançılarımızın peşəkarlığının, ustalığının, ruh yüksəkliyinin
artmasında xüsusi rol oynamışdır. 1999-cu ildə qarşımızda
duran ən mühüm vəzifə - olimpiya oyunlarına hazırlığın
səmərəli, mütəşəkkil aparılması və bununla bağlı bir sıra
problemlər həll olunmuşdur.
Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi və digər
idman strukturları ilə birlikdə öz qüvvələrini səfərbər edərək
olimpiya oyunlarına hazırlıq işini hələ 1997-ci ildə qəbul
edilmiş konsepsiyaya uyğun olaraq həyata keçirmişdir.
Olimpiya mərhələsində intensiv və keyfiyyətli hazırlığın təmin
olunması üçün yüksək ixtisaslı idmançılar hazırlanması
sisteminin təkmilləşdirilməsi, idman nailiyyətlərinin
proqnozlaşdırılması, idmançı şəxsiyyətinin sosial-psixoloji
əsasları, məşq proseslərinin planlaşdırılması, idmançıların sosial
və məişət problemləri və digər məsələlər öz həllini tapmışdır.
Nazirlər Milli Olimpiya Komitəsi ilə birlikdə olimpiya
oyunlarına hazırlığın tərkib hissəsi kimi, yığma
komandalarımızın məşqlərinə daim nəzarət yetirmiş, idman
nümayəndə heyətlərinin beynəlxalq turnirlərdə, dünya və
Avropa çempionatlarında, kubok və qitə yarışlarında iştirakını
təmin etmişdir.
Olimpiya oyunlarına namizəd idmançıların və yığma
komandaların məşqçilərinin fərdi iş planları tərtib edilmiş,
Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə bu idmançıların və
onların məşqçilərinin olimpiya dövrünün sonuna qədər xüsusi
təqaüdlə təmin edilməsinə nail olunmuşdur.
Təbii ki, görülən hər işin əhəmiyyətini, uğurunu onun nəti-
__________________________________________
424
cəsi ilə ölçmək lazımdır. Mən bu gün tam qətiyyətlə deyə
bilərəm ki, nəticələrimiz çox sevindirici, fərəhli olmuş, 1999-cu
ildə idmançılarımız tərəfindən respublikamıza 166 medal
gətirilmiş, o cümlədən 70 qızıl, 45 gümüş və 21 bürünc medal
olimpiya idman növləri üzrə qazanılmışdır.
1999-cu ildə göstərilən digər nəticələr isə bütün
idmansevərlərin sevincini ikiqat artırmış, respublikanın idman
həyatında əsl canlanmaya səbəb olmuşdur. Belə ki, ötən il
keçirilən bəzi yarışların lisenziya xarakterinə malik olduğunu
nəzərə alsaq, əldə etdiyimiz nailiyyətlərin həm keyfiyyət, həm
də kəmiyyət baxımından çox boyük əhəmiyyət daşıdığını qeyd
etməliyik. Ötən il olimpiya oyunlarına hazırlıq dövründə əldə
olunan ən yüksək nailiyyət idmançılarımızın müxtəlif miqyaslı
beynəlxalq yarışlarda böyük əzmkarlıq və iradə göstərərək 12
olimpiya vəsiqəsi qazanmasıdır. Onlardan üçü boks, üçü sərbəst
güləşmə, üçü ağırlıq qaldırma, biri cüdo, biri güllə atıcılığı, biri
isə yüngül atletika üzrədir.
Möhtərəm cənab prezident, bu yüksək nailiyyətləri əldə etmiş
idmançıların böyük bir qrupu buradadır, Sizinlə görüşə öz
arzuları ilə gəliblər ki, Sizə bu barədə məlumat versinlər.
Olimpiya oyunlarına hazırlığın sonuncu mərhələsi 2000-ci
ildə davam etməkdədir. Belə ki, cüdo, Yunan-Roma güləşi,
sərbəst güləşmə və boks üzrə respublikamıza yeni lisenziyalar
gətirilməsi məqsədi ilə lisenziya yarışlarında iştirak etmək üçün
məqsədyönlü iş aparılır. Diqqətinizə çatdırmaq istərdim ki,
ölkəmizə digər 6 vəsiqə beynəlxalq federasiyalarla aparılan
danışıqlar"əsasında verilmişdir ki, bu idman növlərində də
vətənimiz olimpiya oyunlarında təmsil olunmaq hüququ
qazanmışdır. Artıq bu il yunan-Roma güləşi üzrə perspektivli
idmançılarımız İtaliyada, sərbəst güləşçilərimiz Minskdə, cüdo
güləşi üzrə idmançılarımız Moskva şəhərində keçirilən
beynəlxalq turnirlərdə iştirak edərək reytinq cədvəlinə əsasən
müəyyən xallar topla-
__________________________________________
425
mışlar ki, bu da onların sonrakı yarışlarda yeni lisenziyalar əldə
edəcəklərinə zəmin yaratmışdır.
Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanda idmanın
inkişafında, dirçəlişində çəkdiyiniz böyük zəhmət, göstərdiyiniz
diqqət və qayğı hədər getməmişdir. Azərbaycanı dünyaya
tanıdan böyük idmançılar nəsli yetişmiş və yetişməkdədir. Biz
inanırıq və ümid edirik ki, müstəqil Azərbaycan Respublikası
bütün maneələri dəf edərək idman olimpində öz layiqli yerini
tutacaq, idmançılarımız ölkəmizin
şərəfini ləyaqətlə
qoruyacaqlar.
Möhtərəm cənab prezident, Sizin fərmanınızla bu gün
Azərbaycan gəncləri günü kimi qeyd olunur. Məhz bu gün
idmançıların buraya gəlməsi rəmzi xarakter daşıyır. Bu gün
Azərbaycanın bir çox şəhərlərində, rayonlarında Gənclər günü
ilə bağlı silsilə tədbirlər keçirilir. Buraya gəlməmişdən qabaq
hamımız gənc rəssamların əsərləri sərgisinin açılışında iştirak
etdik. İcazənizlə, mən gənc rəssamların əsərləri sərgisinə həsr
olunmuş xüsusi bukleti və 1998-ci ildə müstəqil Azərbaycan
Respublikası Gənclərinin II Forumunun materiallarından ibarət
yeni çapdan çıxmış kitabı Sizə təqdim edim.
Heydər Əliyev: Bu gün bizim müstəqil Azərbaycanda
Gənclər günüdür. Mən bu münasibətlə sizi, bütün Azərbaycan
gənclərini təbrik edirəm və ümidvar olduğumu bildirmək
istəyirəm ki, ölkəmizin bugünkü gəncləri, gənc nəsli
Azərbaycanın parlaq gələcəyi yolunda öz xidməllərini
göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf eldirəcəklər.
Bu gün sizinlə, gənclərlə görüşmək mənim üçün də çox
fərəhlidir. Çünki gənclər həmişə insana ruh verir, insana çox
müsbət təsir bağışlayır. Gənclər cəmiyyətin həmişə sevimlisidir.
Uşaqlara, gənclərə sevgi-məhəbbət hər bir insanda var. Hər bir
insan öz övladlarını sevir və övladları ilə fəxr edir. Bütün
cəmiyyət də öz uşaqlarını, gənclərini sevir və onlarla fəxr edir
mən isə Azərbaycanın prezidenti olaraq, Azərbay-
Dostları ilə paylaş: |