__________________________________________
410
Orta Avropa ölkəsi deyilməsinə üstünlük veririk, - biz sübuta
yetirmək istəyirik ki, əgər bizim, Mərkəzi Avropa ölkələrinin,
ikitərəfli münasibətlərdə hətta bəzi problemlərimiz varsa da, biz
onları normal şəkildə, sivil qaydada həll edə bilərik. Ona görə də
biz ümumi Avropa ailəsinə qarşılıqlı problemlər gətirməyəcəyik,
sübut etmək istəyirik ki, bura orta Avropa zonasıdır, tarixə nəzər
salsaq görərik ki, ikinci dünya müharibəçi bu zonadan
başlamışdır. Doğrudur, bizdə heç də həmişə belə yaxşı
olmayıbdır, amma indi sübut etmək istəyirik ki, bu bölgə
sabitdir və Avropa Birliyinin gələcək inkişafına heç bir təhlükə,
siyasi risk törətmir.
İqtisadiyyatın inkişafı barədə. Əlbəttə, biz böyük
dəyişikliklər etməliyik, çünki keçmiş Çexoslovakiyada
iqtisadiyyatın strukturu tamam başqa cür idi. İndi Slovakiya
müstəqil ölkə kimi inkişaf edir. Bizdə böyük müəssisələr,
ağır sənaye, müdafiə sənayesi var, onlar burada hələ
Çexoslovakiya dövründə cəmləşdirilmişdir. İndi biz konversiya
keçiririk. Odur ki, məsələlərimiz olduqca çoxdur. Siyasi
düzəlişlər etmək olar, qanunları nisbətən asanlıqla qəbul etmək,
müxtəlif tədbirlər görmək mümkündür, lakin iqtisadiyyatı
yenidən qurmaq, əlbəttə, daha çətin vəzifədir. Buna
baxmayaraq, biz bu vəzifəni yerinə yetiririk. Çexiya, Polşa və
Macarıstan nə vaxt Avropa Birliyinin üzvləri olacaqsa, biz də
təxminən həmin vaxtda bu təşkilatın üzvü olmaq niyyətindəyik.
Çünki biz, -vışeqrad dördlüyü adlandırdığımız dörd ölkə, - bu
regional strukturda çox sıx əməkdaşlıq edirik və siyasi
məsələlər, müdafiə məsələləri və digər bütün xətlər üzrə xarici
siyasət fəaliyyətimizi əlaqələndiririk. Bir sözlə, az-çox eyni
səviyyədə olan dövlətlərin bu əməkdaşlığı bizim hamımıza
kömək edir və hamıya göstərir ki, həqiqətən çox səmərəli işləyə
bilərik, Orta Avropa indi sabitlik zonasıdır.
Biz buradakı bütün danışıqlarımızda Dağlıq Qarabağ
problemini xatırlayırdıq. Başa düşürük ki, bu, çox böyük
__________________________________________
411
problemdir, ölkənizin bütün inkişafını
çətinləşdirir,
mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarınızla
Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər
halda, problemin həlli yolunu tapacaqsınız. Əgər problem sülh
yolu ilə həll edilərsə, məncə, bütün Avropa və bütün dünya bunu
alqışlayardı. Başa düşürəm ki, bu, çox ağır, çox mürəkkəb və
çox uzun sürən bir işdir. Ancaq, zənnimcə, bu, həmin məsələnin
həllinin ən yaxşı üsuludur və biz Ermənistan prezidenti ilə Sizin
görüşlərinizi müsbət əlamət kimi qiymətləndiririk. Minsk qrupu
artıq 12 ildir çalışır, nəticələr isə azdır. Məncə, belə ikitərəfli
danışıqlarda bu son dərəcə ağır vəziyyətdən çıxış yolunu tapmaq
imkanları daha çoxdur.
Cənab prezident, Sizdən MDB-nin gələcəyini necə təsəvvür
etdiyinizi soruşa bilərəmmi? Çünki bu, bizim üçün də çox vacib
məsələdir. Biz aydın bəyan etmişik ki, Avropa Birliyinin üzvü
olmaq istəyirik, NATO-ya daxil olmaq istəyirik. Digər tərəfdən,
biz Rusiya ilə normal münasibətlərin inkişafına həvəs göstəririk,
axı bizim qarşılıqlı əməkdaşlığımızın, xüsusən iqtisadi sahədə
əməkdaşlığımızın böyük tarixi var. Odur ki, biz bu əməkdaşlığı
davam etdirməyə həvəs göstəririk. Bizim siyasi sahədə də
imtiyazlı deyil, əksinə, ölçülüb-biçilmiş münasibətlərimiz var.
Biz bu münasibətləri gələcəkdə də saxlamaq istəyirik.
Əlbəttə, Rusiyada tezliklə yeni rəhbərlik olacaq - mart ayında
orada prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, biz hamımız
bunun gedişini izləyirik və istəyirik ki, Rusiya öz problemlərini
həll etsin, beynəlxalq həyatın müsbət iştirakçısı olsun,
beynəlxalq münasibətlərdə özünə məxsus yeri tutsun. Bir sözlə,
Müstəqil Dövlətlər Birliyinin necə inkişaf edəcəyi çox mühüm
məsələdir.
Heydər Əliyev: Bunu eşitmək xoşdur ki, sizin qonşularınızla
mehriban, yaxşı münasibətləriniz var, həqiqətən indi Avropada
bu vaxtadək olmayan sabitlik və əminlik möv-
__________________________________________
412
cuddur. Məsələn, mən hesab edirəm ki, bu, bütün Avropa
ölkələrinin inkişafı üçün həlledici amildir. Sizin qonşularmızla
mehriban, yaxın münasibətləriniz ölkənizin gələcək inkişafı
üçün çox mühüm amildir. Mən Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədər məruz qaldığımız ağır
vəziyyəti nəzərə alaraq bunu deyirəm.
Bizim də qonşularımızla münasibətlərimiz yaxşıdır. Rusiya
bizim qonşumuzdur - aramızda mehriban və yaxşı münasibətlər
var və istəyirik ki, bu münasibətlər belə də olsun. Doğrudur,
kimsə bu münasibətlərə kölgə salmaq istəyir, kimsə fitnəkarlığa
əl atır, kimsə Çeçenistanda indiki vəziyyətdən istifada edərək
Moskvanın kütləvi informasiya vəsitələrində yalan məlumatlar
yayır, mən axırıncı dəfə Moskvada olarkən buna etirazımı
bildirdim. Rusiya prezidentinin vəzifəsini icra edən cənab Putin
də açıq bəyan etdi ki, mətbuatda yazılanlar və ya televiziya ilə
deyilənlər Rusiya dövlətinin rəsmi mövqeyi deyildir. Buna
baxmayaraq, bu, bizi narahat edir, o mənada ki, Rusiya sizin
üçün olduğu kimi, bizim üçün də böyük əhəmiyyətə malikdir.
Biz bir çox onilliklər və yüzilliklər ərzində Rusiya ilə bağlı
olmuşuq. Bundan başqa, iqtisadiyyatda böyük inteqrasiyamız
olmuşdur, özü də təkcə Rusiya ilə deyil, həm də keçmiş Sovet
İttifaqının bütün ölkələri ilə.
Qonşumuz olan Türkiyə ilə çox mehriban, yaxşı
münasibətlərimiz var. Çox mehriban.
Bizim Gürcüstanla çox yaxşı, mehriban münasibətlərimiz
var. Siz yəqin ki, orada olacaqsınız? Dostum Eduard
Şevardnadzeyə - Gürcüstan prezidentinə məndən salam yetirin.
Bizim İranla da yaxşı münasibətlərimiz var, hərçənd, bu
münasibətləri mürəkkəbləşdirmək istəyən qüvvələr də var.
Çünki bəzi məqamlar var. Azərbaycan demokratik, dünyəvi
ölkədir, məhz dünyəvi xarakterli inkişaf yolu ilə gedir. İranın
isə, əlbəttə, öz xarici və daxili siyasəti var, biz bunun əleyhinə
heç nə deyə bilmərik. Ümumiyyətlə, biz bir-birinin işlərinə,
Dostları ilə paylaş: |