__________________________________________
398
gələcəkdə bu müəssisənin tamamilə azərbaycanlılar tarəfindən
idarə olunmasına gətirib çıxaracaqdır.
Şirkətin rəhbərləri burada bəyan etdilər ki, onlar istehsal
olunan siqaretlərin bir qismini ixrac edəcəklər. Demək,
Azərbaycanın öz istehsalı yaranır, bu istehsal Azərbaycan
əhalisinin bu mallara olan tələbatını ödəyir, eyni zamanda
istehsal o səviyyəyə çatır ki, respublikamız bu siqaretləri idxal
etmir, ixrac edir.
Bizim yeni iqtisadi siyasətimizin, bazar iqtisadiyyatının, özəl
sektorun inkişaf etdirilməsinin əsas prinsipləri budur. Biz artıq
bu müəssisədə bunu real görürük.
Mən bu şirkətin bir öhdəliyini də çox əhəmiyyətli hesab
edirəm. Onlar çalışacaqlar ki, Azərbaycanın tütün istehsal edilən
bölgələrinda tütünün keyfiyyətini artırsınlar. Belə ki, -burada
dedilər, - kənd təsərrüfatında tütünçülüklə məşğul olan 20 min
insan bu işə cəlb olunacaqdır. Mən bunu arzu edirəm, şirkətin
başçılarına da dedim, bunu bir daha deyirəm ki, gələcəkdə bu
müəssisənin xammalının əksəriyyəti Azərbaycanda istehsal
edilən yüksək keyfiyyətli tütündən ibarət olmalıdır. Mən bütün
bunlara görə bu gün çox məmnunam. «Evropean tobako»
şirkətinin rəhbərlərini bu hadisə münasibətilə təbrik edirəm,
onlara bu işdə uğurlar arzulayıram.
Məni ən çox sevindirən odur ki, bu kombinatın kollektivi
yerində qalır, amma onlar əvvəlkilərə nisbətən daha da yaxşı iş
şəraiti əldə ediblər, daha da çox maaş alacaqlar, daha da
səmərəli iş görəcəklər. Beləliklə, bizim əhalimizin bir qisminin
rifah halı bununla da yaxşılaşacaq.
Bu müəssisənin yaranması nə qədər çətin yollardan keçibsə,
nə qədər maneələri dəf edibsə, onun sonra işləməsinin qarşısında
da hələ çox çətinliklər vardır. Mən bu çətinlikləri deyərkən
bizim respublikada ayrı-ayrı
nəzarət, hüquq-mühafizə
orqanlarının özəl sektorun işinə müdaxilə etməsini nəzərdə
tuturam. Azərbaycanda bu qüsur da, nöqsan da
__________________________________________
399
mövcuddur. Bu da Azərbaycanda özəl sektorun inkişaf etməsinə
çox böyük maneçilik törədir. bizim dövlətin, hökumətin
siyasətinə zərər gətirir. Ona görə mən bu gün bəyan edirəm ki,
bu müəssisənin işinə polis, prokuror, bu kimi başqa nəzarət
orqanları qarışmamalıdırlar. Təkcə bu müəssisəni demirəm,
mənim bu sözlərim bütün özəl sektora aiddir. Tələb edirəm ki,
hüquq-mühafizə orqanları, başqa nəzarət orqanları özəl sektorun
işinə qarışmasınlar, maneçilik törətməsinlər və buralarda özləri
üçün qanunsuz qazanc axtarmasınlar. Təkcə Baş Dövlət Vergi
Müfəttişliyi burada öz işini görməlidir. Buraya, eləcə də başqa
özəl sektorlara polis, prokuror daxil olmamalıdır. Onların burada
işi yoxdur. Bu, artıq şirkətin mülkiyyətidir. Özü nə istehsal edir,
nə cür satır - bu, onun öz işidir.
Biz buradan vergi almalıyıq. Təbiidir, bu cür təcrübəli
şirkətlər çalışacaqlar ki, həm istehsalı artırsınlar, həm itkiyə yol
verməsinlər, həm də keyfiyyətİ yüksəltsinlər. Çünki bu şirkət
buraya özü üçün gəlir götürməyə gəlibdir. Şirkət öz istehsalını
inkişaf etdirməlidir, gəlirini artırmalıdır, vergini vaxtlı-vaxtında
verməlidir.
Bu gün dedilər ki, burada çox elektrik enerjisi sərf olunur.
Şirkət elektrik enerjisinin, suyun və istehsal üçün lazım olan bu
cür vəsitələrin dəyərini ödəməlidir. Bizim başqa tələbimiz
yoxdur. Polisin, prokurorun, eləcə də başqa təşkilatların buraya
girməsinə ehtiyac yoxdur. Yenə də deyirəm, mənim bu sözlərim
bu müəssisənin timsalında bütün özəl sektora aiddir.
Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan prezidenti
kimi, mən Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi və bu
inkişafın sürətləndirilməsi üçün hər cür tədbirlər görürəm və
görəcəyəm. Özəlləşdirmə proqramı həyata keçiriləcəkdir.
Keçmiş
Əmlak Komitəsinin rəhbərliyi tərəfindən
özəlləşdirmədə buraxılan kobud səhvlər bundan sonra Dövlət
Əmlakı Nazirliyi tərəfindən buraxılmamalıdır. Xarici
investisiya-
__________________________________________
400
nın cəlb olunmasına heç kəs maneçilik törətməməlidir. Bütün
hökumət, dövlət orqanları, əksinə, onlara əlverişli şərait
yaratmalıdırlar. Mən xarici investorlara müraciət edərək deyirəm
ki, əgər siz burada mən dediyim bu əncəllərlə, maneçiliklərlə
rastlaşsanız, mənə müraciət edin. Mənim işim nə qədər çox olsa
da məsələ ilə şəxsən məşğul olmağa söz verirəm.
Müəssisənin kollektivini təbrik edirəm. Onlar artıq şikayətə
gəlmirlər. Ayrı-ayrı təxribatçı qüvvələr bundan sonra onları
toplayıb Prezident Sarayının, Nazirlər Kabinetinin qarşısına
şikayətə göndərə bilməzlər. Çünki əməkçilər indi burada yaxşı iş
şəraiti əldə ediblər, yaxşı maaş alacaqlar, alırlar və öz
ixtisaslarını daha da artıracaqlar.
Mən bu gün buranı gəzərkən, keçmişdən burada işləyən
şəxslərlə danışarkən gördüm ki, onlar bu dəyişikliklərdən nə
qədər razıdırlar. Sözümü qurtararaq yenə də demək istəyirəm ki,
mən siqaret çəkən deyiləm.İstəmirəm ki, insanlar siqaret
çəksinlər. Çünki bu zərərlidir. Filtrləri nə qədər çox qoysalar da
bu, yenə də insan üçün zərərlidir. Onu bilirəm ki, siqaret çəkəni
tərgitmək mümkün deyil. Ona görə də mən arzu edirəm bu
müəssisə ən yüksək keyfiyyətli siqaretlər istehsal etsin ki, həmin
siqaretdən istifadə edən adamlar heç olmasa az zərər çəksinlər.
- Mən «Evropean tobako» şirkətinin gördüyü işləri bir daha
yüksək qiymətləndirirəm, ona, bu müəssisənin bütün
kollektivinə yeni-yeni uğurlar arzulayıram.
Dostları ilə paylaş: |