__________________________________________
395
Nəhayət, «Evropean tobako» şirkəti və onun başçısı Nəzər
Nəsri burada işləri aparmaq üçün müraciət etmişdi. Ancaq mən
bu gün etiraf etməliyəm ki, bizim müxtəlif mərtəbələrdə,
səviyyələrdə olan məsul vəzifəli şəxslərimiz bu şirkətin
imkanından istifadə etmək istəməmişdilər, cürbəcür
maneçiliklər törətmişdilər, şərtlər qoymuşdular. Beləliklə,
bunları da işdən soyudub uzaqlaşdırmaq istəyirdilər.
Dövlət Əmlak Komitəsinin keçmiş rəhbərliyi, bizim başqa
təşkilatlarda, hətta Nazirlər Kabinetində də olan bəzi şəxslər öz
şəxsi məqsədlərini həyata keçirmək, yaxud da özlərinin qoyduğu
şərtlər şirkət tərəfindən yerinə yetirilməsi üçün bu məsələni həll
etmirdilər. Beləliklə, burada vəziyyət get-gedə xarablaşırdı,
insanlar əziyyət çəkirdi, şikayət edirdi. Ayrı-ayrı adamlar da
bundan sui-istifadə edirdilər. Nəhayət, burada iştirak edən Nəzər
Nəsri mənə müraciət etdi, mən onu qəbul etdim. O öz təkliflərini
mənə bildirdi. Mən maraqlanıb gördüm ki, bu təkliflər doğrudan
da çox maraqlı təkliflərdir. Dövlət Əmlak Komitəsinə, Nazirlər
Kabinetinə göstəriş verdim ki, bu məsələyə baxsınlar və təcili
tədbirlər görsünlər. Çünki, dediyim kimi, kombinatın işçiləri
həftədə bir dəfə şikayətə gətirdilər.
Təsəvvür edin, hətta mənim göstərişimdən sonra bax,
dediyim bu təşkilatlarda ayrı-ayrı adamlar yəqin ki, öz şəxsi
məqsədlərini güdərək bu məsələnin həll olunmasına maneçilik
edirdilər. Hətta sonra mənə məlumat verdilər, bu kombinatda
işləyən bəzi qüvvələr - hansılar ki, həm buradan qanunsuz gəlir
götürürdülər, həm də aranı qarışdırırdılar - görəndə ki, burada
real bir şirkət meydana çıxıbdır və bunlar real iş görə bilərlər,
bəyan etdilər ki, onlar özləri bu kombinatı özəlləşdirəcıklər,
yenidən quracaqlar. Təbiidir ki, buna inanmaq mümkün deyildi.
Əgər belə mümkün idisə, nə üçün 3-4 il idi ki, özlərini də, bizi
də incidirdilər?
Mən bu prosesləri bildiyimə görə bu gün çox məmnunam
__________________________________________
396
ki, həmin bu «Evropean tobako» şirkəti - hansı ki, şəxsən mən
qəbul etmişdim və göstərişlər vermişdim, öhdəlik götürmüşdü
ki, kombinatı yenidən quracaq və burada yüksək səviyyəli
məhsul istehsal edəcək - bu kombinatı bizim dövlət qanun-
qaydası çərçivəsində özəlləşdirə bildi. Bu özəlləşdirmədən
Azərbaycanın büdcəsinə müəyyən gəlir gəldi. Burada verilən
məlumatlar məni çox sevindirir ki, müəssisədə işləyən
adamların heç birisini, necə deyərlər, küçəyə salmadılar. Onların
bir qismini artıq indi işə cəlb ediblər, o biri qisminə isə
müavinətlər verirlər, həmin adamlar da işləyəcəklər. Qeyd
etmək istəyirəm ki, mən onların qarşısında bu şərti qoymuşdum,
onlar bu şərtə də əməl edirlər. Demək, insanlar da işləyir,
kollektiv də dağılmayıbdır, yeni bir müəssisə yaranıbdır. Buraya
böyük miqdarda xarici investisiya qoyulubdur. Təbiidir ki,
bunların da çox müsbət nəticələri olacaqdır.
Bilirsiniz ki, son 5 ildə biz Azərbaycana xarici investisiyanın
cəlb olunması prosesini inkişaf etdirməyə çalışırıq. Biz bu
sahədə böyük nailiyyətlər əldə etmişik. Bu müddətdə
Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya
qoyulubdur. Amma bunun çox hissəsi neft sektoruna
qoyulubdur. Bizim bu sahədə nailiyyətlərimiz böyükdür və bu
nailiyyətlər gələcəkdə daha da çox olacaqdır.
Biz çalışırdıq, bu gün də çalışırıq və bundan sonra da
çalışacağıq ki, qeyri-neft sektoruna xarici investisiya daha da
çox cəlb olunsun. Bunun üçün imkanlar da, investorlar da
vardır. Azərbaycanda investisiya qoyulası yerlər də, müəssisələr
də, imkanlar da vardır. Əgər biz bu sahədə istənilən nailiyyəti
əldə edə bilməmişiksə, demək, bizim ayrı-ayrı hökumət
orqanlarında rəsmi şəxslər tərəfindən bu prosesin həyata
keçirilməsinə maneçilik törədilir.
Mən çox məlumatlar alıram ki, bəzi investorlar gəlirlər,
Azərbaycanda öz təkliflərini verirlər, ancaq bəzi təşkilatlarda -
hansılar ki, onların vasitəsilə bunu edə bilərlər -
__________________________________________
397
investorların qarşısına böyük şərtlər qoyurlar. Yəni buradan
mənfəət götürmək, ya rüşvət almaq, yaxud da özləri üçün nə
qədər böyük faiz istəyirlər. İnvestor ölçüb-biçir, görür ki,
buradan bu gəliri götürməyəcək, ona görə də dönüb çıxıb gedir.
Bu nöqsanlar bizim müxtəlif orqanlarda, hökumət
orqanlarında var. Mən bu gün bunu açıqca deyirəm və tam etiraf
edirəm. Tələb edirəm ki, bunlar aradan qaldırılsın. Ayrı-ayrı
mərtəbələrdə bəzi şəxslər öz şəxsi mənafeləri naminə
Azərbaycan İqtisadiyyatının inkişafına zərbələr vururlar,
ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarına, təbiidir ki,
qeyri-neft sektoruna investisiya gəlməsinə maneçilik törədirlər.
Mən bunu təkcə aldığım məlumatlara görə yox, elə həmin
şirkətin gəlib bu kombinatı götürmək üçün göstərdiyi səylər və
mənim müşahidələrim əsasında cəsarətlə deyirəm.
Əgər bu işə mən özüm qarışmasaydım, həmin o təşkilatlara,
ayrı-ayrı şəxslərə bu məsələnin həyata keçirilməsi barədə qəti,
ciddi göstərişlər verməsəydim və ona nəzarət etməsəydim bu
gün bu müəssisə yox idi. Buna görə də mən deyirəm ki, görün
biz nə qədər bu cür investor itiririk.
Ötən bu 5 il müddətində görülən işin nəticəsi nədir? Burada
bu barədə çox ətraflı danışdılar. Azərbaycana 50 milyon dollar
dəyərində investisiya gəlibdir, müəssisə yenidən qurulubdur.
Burada dedilər, bu müəssisədə beynəlxalq standartlara uyğun 16
növ siqaret istehsal olunacaqdır. Azərbaycan Respublikasının
tələbatı ödəniləcəkdir. Amma indi tələbatın əksər hissəsi idxal
vasitəsilə gəlir. Təbiidir, ayrı-ayrı dairələr buradan öz mənfəətini
götürürlər və Azərbaycan dövlətinə çox az mənfəət gəlir.
Bu müəssisədə çatışanlar və bundan da çox Azərbaycan
vətəndaşı burada yaxşı şəraitdə işləyəcək, yüksək maaş
alacaqlar. Burada deyildi, onların bir qismi Avropaya göndərilib
orada təcrübə keçiblər, təhsil alıblar. Demək, bunların hamısı
Dostları ilə paylaş: |