__________________________________________
401
SLOVAKİYANIN XARİCİ İŞLƏR NAZİRİ
EDUARD KUKAN BAŞDA OLMAQLA
BU ÖLKƏNİN NÜMAYƏNDƏ HEYƏTİ
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
1 fevral 2000 – ci il
Heydər Əliyev: Cənab nazir, hörmətli qonaqlar, sizi
Azərbaycanda salamlayıram, ölkamizə səfərinizi alqışlayıram.
Səhv etmirəmsə, Azərbaycan müstəqillik əldə etdiyi və
Slovakiya müstəqil, azad dövlət olduğu vaxtdan bəri bu səfər
qarşılıqlı münasibətlərimizdə belə səviyyədə ilk səfərdir. Ona
görə də bu, bizim üçün böyük əhəmiyyətə malikdir.
Mənə dedilər ki, bu gün siz xarici işlər naziri ilə də, Baş
nazirlə də, parlamentin sədri ilə də görüşlər keçirmisiniz. Bu,
çox yaxşıdır, yəni siz müxtəlif strukturlarda fikir mübadiləsi
apara və ölkələrimiz arasında gələcək əməkdaşlığın yollarını
müəyyənləşdirə bilmisiniz.
Azərbaycanda biz Slovakiya ilə daha fəal əməkdaşlıq etməyə
çox həvəs göstəririk. Bilirik ki, Slovakiya iqtisadi cəhətdən
inkişaf etmiş ölkədir - mən sənayenin, infrastrukturun inkişafını
nəzərdə tuturam. Bununla bərabər, bizim hamımız kimi,
Slovakiya da keçid dövrünü yaşayır, onun öz problemləri var.
Yəni bizim oxşar cəhətlərimiz çoxdur. Məhz bu - təcrübə
mübadiləsi aparmaq, bir-birinə kömək etmək, başlıcası isə
iqtisadiyyatda, mədəniyyətdə, təhsildə, bütün sahələrdə
əməkdaşlığı inkişaf etdirmək üçün geniş əlaqələrin zərurili-
__________________________________________
402
yini şərtləndirir. Ona görə də sizin səfəriniz bizim üçün böyük
əhəmiyyətə malikdir. Sizi dinləyirəm.
Eduard Kukan: Biz çox şadıq ki, bu səfəri - sizin doğru
buyurduğunuz kimi, Slovakiya hökuməti üzvlərinin
Azərbaycana ilk səfərini həyata keçirə bildik.
Mən ona da şadam ki, Slovakiyanın iqtisadiyyat naziri və
biznesmenlərin böyük bir qrupu mənimlə birlikdə buradadırlar.
Onlar siyasi danışıqlarımızın bütün nəticələrini konkret həyata
yönəltmək üçün Azərbaycandakı tərəfdaşları ilə bilavasitə
əlaqələr yaratmaq istəyirlər. Məncə, Azərbaycan ilə Slovakiya
arasında gələcək əməkdaşlıq üçün mövcud olan potensialımızın
konkret layihələrdə öz əksini tapması çox mühümdür.
Yəqin ki, Azərbaycana bu ilk səfərimiz bir qədər ləngimişdir
- Slovakiya müstəqillik əldə etdikdən yeddi il sonra həyata
keçirilmişdir. Lakin həmişə işə başlamaq lazımdır, ilk səfəri
etmək lazımdır. Əminəm ki, biz ötən vaxtdan ikitərəfli
əməkdaşlığın inkişafına ciddi hazırlaşmaq üçün, bu səfərdən
sonra əməkdaşlığımızın hər iki ölkədən ötrü daha fəal və faydalı
olması üçün istifadə etmişik.
Biz çexlərdən, keçmiş Çexoslovakiyadan ayrıldıqdan sonra
ötən yeddi ildə Slovakiya bazar iqtisadiyyatı yolu ilə,
demokratik cəmiyyət kimi inkişaf edir, Avropa və
Transatlantika strukturlarına qovuşmaq istəyir. Yaxın günlərdə
biz Slovakiyanın gələcəkdə Avropa Birliyinə üzv olması üçün
bu qurumla danışıqlara başlayacağıq. Biz NATO-nun da üzvü
olmağa hazırlaşırıq. Bilirik ki, Azərbaycan Avropa ölkəsidir və
gələcək inkişafımızın bir çox istiqamətləri eynidir. Buna görə də
həm Azərbaycana, həm də bizə, Slovakiyaya kömək edə biləcək
qarşılıqlı məsləhətləşmələr, informasiya mübadiləsi üçün ümumi
zəmin var.
Bu gün Azərbaycanın bir çox görkəmli nümayəndələri ilə
danışıqlar aparmağa həqiqətən imkanımız oldu və çox şadıq
__________________________________________
403
ki, bütün bu danışıqlar çox konkret, qeyri-formal idi və aydın
sübut edir ki, Sizin ölkəniz Slovakiya ilə iqtisadi, siyasi, mədəni
əlaqələrin inkişafına, onunla bütün sahələrdə əməkdaşlığa həvəs
göstərir.
Slovakiyada biz də gələcəkdə bu münasibətlərin inkişafına
çox fəal başlamağa hazırıq. Bir az sonra iqtisadiyyat nazirimiz
bizdə əməkdaşlıq üçün həqiqətən yaxşı baza olduğu və bunun
ölkələrimiz arasında faydalı kooperasiyanı təmin edə biləcəyi
barədə danışacaqdır. Bir sözlə, cənab prezident, Sizinlə görüşə
bildiyimizə görə çox sağ olun. Biz həmçinin ümidvarıq ki, bu
səfərdən sonra əməkdaşlığımız dinamik olacaq, qarşılıqlı sufətdə
faydalı prinsiplər əsasında həyata keçiriləcək və həm
Azərbaycana, həm də Slovakiyaya kömək edəcəkdir.
Lyubomir Qarax (Slovakiyanın iqtisadiyyat naziri): Çox sağ
olun, cənab prezident. Azərbaycana gəlmək və həmkarımla çox
faydalı söhbət aparmaq imkanına görə mən də təşəkkür etmək
istəyirəm.
Bizim biznesmenlər qrupunun da faydalı görüşləri olduğuna
görə təşəkkür etmək istəyirəm. Konkret şəxsi əlaqələr barədə
dəqiq İnformasiyam var və bunlar göstərir ki, iqtisadi
münasibətlərimiz daha yaxşı ola bilər.
Biz energetika sahəsində əmakdaşlıqdan danışdıq. Slovakiya
bu sahədə çox güclü kooperasiyaya hazırdır. Buna görə də
dedim ki, Sizdə ehtiyatlar, bizdə isə nəqliyyat var. Sizin
ehtiyatların Avropa bazarlarına nəqli bizim yollar vasitəsilə
həyata keçirilə bilər. Bu, Sizin üçün də, bizim üçün də çox
faydalıdır. Düşünürəm ki, bu və digər istiqamətlərdə
kooperasiyamız çox uğurla inkişaf edəcəkdir. Çox sağ olun.
Heydər Əliyev: Mən sizin ölkənizin prezidenti cənab Şuster
ilə Yaltada görüşüb söhbət etdim, onu Davosda da gördüm. Biz
onunla elə indi sizinlə danışdığımız mövzuda söhbət etdik. Onda
cənab Şuster də, mən də ölkələrimiz arasında münasibətləri
fəallaşdırmaq arzusunda olduğumuzu
Dostları ilə paylaş: |