__________________________________________
407
görə yox ki, Azərbaycan içmək imkanından məhrum oldu, məhz
ona görə ki, o illərdə, 70-ci illərdə biz üzümçülüyü geniş inkişaf
etdirməyə başlamışdıq. Əslində, 70-ci illərin axırlarına - 80-ci
illərin əvvəllərinə yaxın şərab materiallarının təxminən üçdə
birini biz verirdik. Sovetlər İttifaqında 6 milyon ton üzüm
istehsal edilirdi, onun təxminən 2 milyon tonu Azərbaycanda
istehsal olunurdu. Biz üzüm plantasiyaları salınması üçün çox
böyük iş aparırdıq. Doğrudur, xalqımız bundan hər halda fayda
götürürdü, çünki üzüm çoxillik bitkidir və onu əkdikdən sonra
məhsul götürmək üçün beş il vaxt lazımdır. Bütün bu beş il
ərzində dövlət kolxoz və sovxozlarımızı maliyyələşdirir, böyük
məbləğdə pul ayırırdı ki, sonra məhsul əldə edilsin. Bunun
hesabına kəndlərimiz çox varlandı, insanlar özlərinə yaxşı evlər
tikdilər, avtomobil aldılar və sair. Heyif ki, 80-ci illərin
təxminən ortalarında bu üzüm bağlarına kotan salıb onları məhv
etməyə başladılar.
Mən bu keçmişi xatırlamaqla demək istəyirəm ki, sosialist
sistemində belə hallar olub, bizdə də, sizdə də bunlarla
qarşılaşmışlar. Ona görə də keçid dövrü sizin üçün də, bizim
üçün də çətindir. Buna baxmayaraq, biz özəlləşdirmə yolu ilə
gedirik.
Dedim ki, bu gün mən yüksək keyfiyyətli siqaret istehsal
edən müəssisəyə getmişdim. Yenə deyirəm, mən siqaret
çəkmirəm, amma siqaret çəkməyi qadağan etmək qeyri-
mümkündür, spirtli içkilər içilməsinin qadağan olunmasına
yönəldilmiş tədbirlər də bax, beləcə uğursuzluğa düçar oldu.
Amma bu məhsul lazımdır. Bu müəssisəyə 50 milyon dollar
məbləğində sərmayə qoymuşlar və o, 5 aya tikilmişdir. Əvvəllər
çox pis yaşayan kollektiv indi daha yüksək əmək haqqı almağa
başlamışdır, müasir texnologiya ilə işləyir. Ona görə də xarici
sərmayələrin cəlb edilməsi bizim üçün, zənnimcə, sizin üçün də
böyük əhəmiyyətə malikdir.
Bizim imkanlarımız genişdir. Neft sektoruna böyük
sərmayələr gəlir. Bizdə kənd təsərrüfatı sektoruna, xalq istehlakı
__________________________________________
408
malları, - mən həm ərzaq, həm də sənaye mallarını nəzərdə
tuturam, - istehsal sahəsinə də böyük həcmdə sərmayə qoymaq
olar.
Baş nazir mənə dedi ki, konkret sahələr var və biz
əməkdaşlığı artıq təşkil edə bilərik. Mən bunu bəyənirəm və
hesab edirəm ki, sizin səfərinizlə bünövrəsi qoyulan başlanğıc
gələcəkdə bu baxımdan çox uğurlu olacaqdır.
Mənə dedilər ki, siz Azərbaycanın Xarici İşlər Nazirliyi və
İqtisadiyyat Nazirliyi ilə sənədlər imzalayacaqsınız. Artıq bu,
yaxşı başlanğıcdır. Bizim xarici işlər naziri mənə məruzə etdi ki,
digər sənədlərə dair də layihələr var. Bu sənədləri hazırlamaq,
razılaşdırmaq və onları ya ölkənizə bizim səfərimiz zamanı,
yaxud da sizin rəhbərliyinizin Azərbaycana növbəti səfəri
zamanı imzalamağa imkan tapmaq olar. Bir sözlə, başlanğıc
yaxşıdır və şadam ki, dəvətimizi qəbul edib respublikamıza
gəlmisiniz. Hesab edirəm ki, bu başlanğıc münasibətlərimizin
inkişafı üçün yaxşı perspektiv açır.
Eduard Kukan: Bəli, həqiqətən, həmkarımla biz xarici işlər
nazirlikləri arasında
əməkdaşlıq haqqında protokol
imzalayacağıq və ondan nazirlər, departament direktorları
səviyyəsində daim siyasi dialoq, məsləhətləşmələr aparmaq,
müxtəlif beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq üçün
istifadə edəcəyik.
Əlbəttə, biz siyasi dialoqu davam etdirmək istərdik. Ona görə
də həmkarımı bu il Slovakiyaya səfərə dəvət etmişəm. Siz
bildirdiniz ki, bu yaxınlarda Yaltada, Ukrayna prezidenti
Kuçmanın təşkil etdiyi konfransda Slovakiya prezidenti ilə
görüşmüsünüz və mən belə başa düşdüm ki, prezidentimiz Sizi
Slovakiyaya rəsmi səfərə dəvət etmişdir.
Heydər Əliyev: Mən onu dəvət etdim, o da mənİ də-vət etdi.
Eduard Kukan: Mənə məhz belə də bildirmişdilər ki,
prezidentlər bir-birini rəsmi səfərə dəvət etmişlər və indi ki-
__________________________________________
409
min birinci gələcəyini razılaşdırmaq lazımdır. Mən bu fürsətdən
istifadə etmək və Slovakiya prezidenti adından Sizə xatırlatmaq
istərdim ki, bir qədər sonra razılaşdıracağımız vaxtda Siz bizə,
Slovakiyaya səfər edə bilsəniz, biz bundan çox şad olacağıq.
Şadam ki, Sizin parlamentin sədri ilə görüşə bildim. Çünki
parlamentlər arasında münasibətlər də çox vacibdir və biz bu
istiqamətdə də əlaqələr yaratmaq istərdik.
Siz sərmayələr haqqında danışdınız. Öz iqtisadiyyatını
gələcəkdə daha fəal inkişaf etdirmək üçün sərmayələr
Slovakiyaya da çox gərəklidir. Xarici sərmayələrə böyük
ehtiyacımız var, buna görə də Qərbin banklarının və ya iri
şirkətlərinin Slovakiyaya gəlməsini, onların ölkəmizə sərmayə
qoymasını təşviq edəcək qanunlar qəbul etmişik. Siz dediniz ki,
təsərrüfatınızın inkişafı üçün bu da lazımdır. Xarici sərmayələrə
bizim də ehtiyacımız çoxdur və ümidvarıq ki, onlar Slovakiya
iqtisadiyyatını irəlilətməyimizə kömək edəcəkdir.
Onu da demək istərdim ki, biz Slovakiyanın bütün qonşuları
ilə çox yaxşı, mehriban qonşuluq münasibətləri yaratmağa
müvəffəq olmuşuq. Biz çexlərlə çox mehriban yaşayırıq, onlarla
münasibətlərimiz çox yaxşıdır. Macarlarla keçmişdə bəzi
problemlərimiz vardı, indi isə Slovakiyadakı macar milli azlığını
təmsil edən siyasi partiya hökumətimizə daxildir. Bizdə
hökumət dörd siyasi partiyadan ibarət koalisiyadır, onlardan biri
macarların partiyasıdır.
Əlbəttə, biz bu mehriban qonşuluq münasibətlərini bundan
sonra da inkişaf etdirmək istəyirik. Deyərdim ki, bu, Avropa
Birliyinə daxil olmaq üçün hazırlıqdır. Çünki biz həqiqətən
Mərkəzi Avropa dövləti olduğumuzu sübut etmək istəyirik, - sağ
olun ki, siz coğrafi və siyasi terminologiyanı düzgün işlədirsiniz.
Çünki biz də həmişə deyirdik ki, biz haradan Şərqi Avropa
ölkəsi olduq, axı biz Avropanın mərkəzindəyik və buna görə də
bizim haqqımızda Mərkəzi və ya
Dostları ilə paylaş: |