__________________________________________
432
canın o vaxt da rəhbəri olaraq, indi də prezident olaraq bu
mənim borcumdur, mən bunu etməliyəm. Ancaq borçalılar bunu
qiymətləndirdiklərinə görə və məni o ağır illərdə
unutmadıqlarına görə mənim onlara məhəbbətim daha da artır.
Bu günlərdə Moskvada prezident Şevardnadze ilə görüşdüm,
onunla danışdım. Gürcüstan parlamentinə seçkilərdə keçmişdə
də azərbaycanlı deputat seçilmişdi. İndi Gürcüstan parlamentinə
8 nəfər azərbaycanlı seçilibdir. Onların əksəriyyəti də
Borçalıdandır. Mən ondan xahiş etmişəm və danışmışıq ki,
deputatlıqdan əlavə, Gürcüstanda yaşayan azərbaycanlılardan
icra orqanlarında vəzifələrə də daha çox götürsünlər. O da mənə
söz vermişdir.
Canpolad Budaqov: Çox sağ olun, cənab prezident.
Möhtərəm prezident, Borçalıda yaşayan əhalinin böyüyündən
kiçiyinə qədər hamısı yeri gələndə Sizin uğrunuzda vuruşan bir
əsgərə çevrilməyə hazırdır. Sizin siyasətdə atdığınız hər bir
addımı çox diqqətlə izləyirik və alqışlayırıq.
Heydər Əliyev: Sağ olun. Hədiyyələrinizə görə
minnətdaram. Məni bağışlayın, indi sizə hədiyyəm yoxdur.
Amma güman edirəm ki, sizə dediyim bu sözlər və məsləhətlər
sizin üçün müəyyən qədər hədiyyə ola bilər. Sağ olun.
__________________________________________
433
XALQ ARTİSTİ BƏSTƏKAR
POLAD BÜLBÜLOĞLUYA
Əziz Polad Bülbüloğlu!
Sizi - Azərbaycan müsiqi mədəniyyətinin görkəmli xadimini
yubileyiniz münasibətilə təbrik edir, Sizə səadət, cansağlığı və
xoşbəxtlik arzulayıram.
Azərbaycan mahnı sənətinin zəngin ənənələrini özündə əks
etdirən nəğmələriniz estrada tarixinə həmişəlik daxil olmuşdur.
Əgər XX əsrin birinci yarısında sizin atanız, Azərbaycanın
peşəkar vakal sənətinin banisi böyük Bülbül öz yaradıcılığında
Azərbaycan muğam sənəti ilə Avropa ifaçılıq məktəbinin
əvvəllər misli görünməmiş vəhdətini yaratmağa nail ola
bilmişdisə, əsrin ikinci yarısında sizin yaradıcılığınız müasir
estrada mahnı sənətinin milli xalq melodiyalarımızın ritmləri ilə
birləşməsinin rəmzinə çevrildi.
Siz həm bəstəkar, həm də öz mahnılarınızın təkrarolunmaz
ifaçısı kimi keçmiş Sovet İttifaqı gəncləri içərisində tez bir
zamanda böyük uğur qazana bildiniz. Pərəstişkarlarınız
tərəfindən həmişə Azərbaycan bəstəkarlıq məktəbinin
İnkişafında mühüm bir mərhələ kimi qəbul edilən sənətiniz bu
gün də gənc nəsil tərəfinadən olduqca yüksək qiymətləndirilir.
Siz müxtəlif janrlarda əsərlər yaratmaqda böyük uğurlar
qazana bilmisiniz. Onların içərisində kinofilmlərə yazdığınız
musiqi xüsusilə seçilir. Çoxşaxəli istedadınız kino aktyoru kimi
fəaliyyətinizdə də özünü göstərir.
Sizi yubiley münasibətilə bir daha təbrik edir və yeni
yaracılıq uğurları diləyirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2000-ci il
__________________________________________
434
XALQ ARTİSTİ ƏLİBABA MƏMMƏDOVA
Hörmətli Əlibaba Məmmədov!
Sizi - Azərbaycan musiqi mədəniyyətinin görkəmli
nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən
təbrik edirəm.
Siz xalq musiqimizin incəliklərini, klassik Azərbaycan
poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu
ilə milli musiqi xəzinəmizi zənginləşdirən sənatkarlardansınız.
Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı kimi sizin
əlli illik yaradıcılıq yolunuz milli xanandəlik məktəbinin
ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə
xidmətin gözəl nümunəsidir. Klassik musiqimizin bir çox
incilərinə yeni nəfəs, yeni həyat verməklə fitri istedadınızı,
novatorluq bacarığınızı və böyük işgüzarlığınızı əyani şəkildə
nümayiş etdirmisiniz. Yüksək səhnə mədəniyyəti, məlahətli səsə
və bənzərsiz ifa tərzi ilə səciyyələnən sənətiniz xalqımızın
böyük rəğbət və məhəbbətini qazanmışdır.
Uzun illər rəhbərlik etdiyiniz «Humayun» xalq çalğı alətləri
ansamblı milli musiqimizin təbliğ olunmasında və ölkəmizdə
yeni istedadların üzə çıxarılmasında mühüm rol oynamışdır. Öz
repertuarının rəngarəngliyi və zənginliyi ilə seçilən bu
ansamblın fəaliyyəti musiqi ictimaiyyətimiz tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir.
El musiqisi əsasında yaratdığınız mahnı və təsniflər çoxşaxəli
yaradıcılığınızın yeni çalarlarıın aşkar etmişdir. Vətən, xalq
sevgisi, yüksək əxlaqi dəyərləri tərənnüm edən bu əsərlər
ölkəmizin musiqi həyatında öz layiqli yerini tutmuşdur.
Sizin Asəf Zeynallı adına Musiqi Texnikumu və Bülbül adına
Orta İxtisas Musiqi Məktəbindəki pedaqoji fəaliyyəti-
__________________________________________
435
niz də təqdirəlayiqdir. Respublikada istedadlı ifaçıların yeni
nəslinin yetişdirilməsində sizin zəhmətiniz böyükdür. Onların
bir çoxu artıq öz yaradıcılığı ilə xalq arasında böyük hörmət
qazanmış adlı-sanlı sənətkarlardır.
İnanıram ki, zəngin təcrübənizdən istifadə edərək yeni
xanəndələr nəslinin yetişdirilməsi yolunda bundan sonra da
əlinizdən gələni asirgəməyəcək və muğam ifaçılığı məktəbinin
daha da inkişaf etdirilməsi üçün səylərinizi davam
etdirəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları
arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2000-ci il
Dostları ilə paylaş: |