__________________________________________
442
əməliyyatını necə böyük diqqətlə izləyİr. Ümidvarıq ki, biz onu
lap yaxın vaxtlarda uğurla başa çatdıracağıq.
Əlbəttə, Çeçenistan torpağında sülh bərqərar olmalıdır. Artıq
indinin özündə biz, o cümlədən də Daxili İşlər Nazirliyi tam bir
sıra sosial proqramlar həyata keçiririk. Biz təhsilə kömək edirik.
Rusiya DİN Tolstoy-yurd yaşayış məntəqəsindəki üç məktəbi
hamiliyə götürmüşdür. Biz dərsüklər, dəftər-qələm sandan
yardım göstəririk, məktəblərə istilik vermişik, avtonəqliyyatla
kömək edirik. Düşünürəm ki, sosial proqramlar çox vəcibdir və
bir müddətdən sonra bu, Çeçenistan Respublikasında normal
gündəlik həyatın bərqərar olmasına imkan verəcəkdir.
Heydər Əliyev: Doğrudur. Cənubi Qafqaz respublikalarının
və Rusiyanın əməkdaşlığına gəldikdə isə, biz - Vladimir
Vladimiroviç Putin, Gürcüstan prezidenti, Ermənistan prezidenti
və Azərbaycan prezidenti Moskvada məhz bu cür görüş
keçirdik. Biz Rusiyanın iştirakı ilə Cənubi Qafqazda
təhlükəsizlik vs əməkdaşlıq paktı yaradılması haqqında fikir
mübadiləsi apardıq.
Əlbəttə, burada imkanlar da var, çətinliklər də. Qeyd
etdiyimiz kimi, Rusiya Federasiyası ilə bizim çox uğurlu
əməkdaşlığımız, Gürcüstanla çox səmimi münasibətlərimiz,
mehriban qonşuluğumuz və bütün istiqamətlərdə, o cümlədən
cinayətkarlığa qarşı mübarizə sahəsində yaxşı əmskdaşlığımız
var. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında hələlik sülh
yoxdur. Biz hələ 1994-cü ilin yanvarından başlayaraq bu
məsələnin dincliklə həll edilməsinə çalışırıq. Minsk qrupu çox
fəal işləmişdir və işləməkdə davam edir. Minsk qrupunun
həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır.
Lakin biz - Ermənistan prezidenti və Azərbaycan prezidenti ötən
il ərzində və cari ilin əvvəllərində bir neçə bilavasitə görüş
keçirmişik, yəni nəzərə alırıq ki, bu cür görüşlər sülh
__________________________________________
443
əldə edilməsində, ola bilsin fayda, bəlkə də vasitəçilərin işindən
daha çox fayda gətirə bilər.
Biz buna çalışırıq. Bəyan etmək istəyirəm ki, biz Ermənistan-
Azərbaycan münaqişəsinin dincliklə nizama salınmasını
istəyirik, ancaq, əlbəttə, bir şərtlə ki, Ermənistan silahlı
qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə
çıxsın, bütün qaçqınlar, - onlar təxminən bir milyon nəfərdir, -
öz yaşayış yerlərinə qayıtsınlar. Azərbaycanın arazi bütövlüyü
bərpa olunsun və möhkəm, etibarlı və uzunmüddətli sülh
bərqərar edilsin. Biz bunu istəyirik.
Mən artıq demişəm və siza də bəyan etmək istəyirəm ki, ayrı
yol, başqa alternativlər yoxdur. Məsələnin dincliklə həlli yolu
var, məsələnin beynəlxalq hüquq prinsiplərinə müvafiq şəkildə
ədalətli həlli yolu var və biz buna çalışırıq. Ümidvaram ki, biz
buna nail olsaq, onda bütün istiqamətlərdə bu əməkdaşlıq çox
uğurlu olacaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı
mövcud çətinlikləri qısa müddətdo aradan qaldıra bilərik,
əlbəttə, sülh müqaviləsi bağlanarsa. Onda bu əməkdaşlıq da
uğurlu olacaqdır.
Bu gün isə biz, əlbəttə, Rusiya ilə, Gürcüstanla fəal
əməkdaşlıq edirik. Ermənistanla münaqişə vəziyyətindəyik.
Şükürlər olsun ki, müharibə getmir, döyüş əməliyyatları
aparılmır, qan tökülmür. Amma hələlik sülh də yoxdur. Nadir
bir haldır ki, hər hansı vəsitəçilərin, sülhyaratma qüvvələrinin
iştirakı olmadan 1994-cü ilin mayından bəri biz atəşkəs rejimina
əməl edirik.
Ermənistan prezidenti ilə görüşlər zamanı hiss etdim ki,
bizim kimi, onlar da məsələni sülh yolu ilə hall etmək
əzmindədirlər. Məhz bu, təminat verir ki, biz başqa bir ölkənin
müdaxiləsi olmadan atəşkəs rejimini saxlaya bilərik.
Ümidvaram ki, biz sülhə nail olacağıq və ondan sonra bu
bölgədə əməkdaşlıq, şübhəsiz, daha dolğun olacaqdır.
__________________________________________
444
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
AZƏRBAYCANDAKI SƏFİRİ
STENLİ ESKUDERO İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
3 fevral 2000-ci il
Heydər Əliyev: Sizi salamlayıram. Məlumatınız olsun ki,
mən Moskvaya getdim, orada çox maraqlı görüşlərimiz oldu.
Bilirdim ki, siz görüşüb məlumat almaq istəyirsiniz. Amma
gələndən bir gün sonra Davosa getdim. Ondan əvvəl isə bizdə
elektrik enerjisi və qaz məsələləri barəsində problemlər
olduğuna görə bir gün də burada böyük müşavira keçirdik.
Yəqin ki, xəbəriniz var.
Davosa səfərim çox əhəmiyyətli oldu, mən bundan çox
məmnunam. Təbiidir, Moskva səfəri də çox maraqlı idi.
Davosda mən beş il bundan öncə olmuşdum. Orada hər II forum
keçirilir, amma bu forum çox yüksək səviyyədə keçdi. Sizə deyə
bilərəm və mən bunu mətbuata da bildirmişəm, - Amerika
Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton çox dəyərli
nitq söylədi. Biz hamımız – dövlət, hökumət başçıları və böyük
salonda toplaşan adamlar onu çox maraqla, diqqətlə dinlədik.
Sonra da hamımız onu təbrik etdik. Çox dəyərli nitq idi. Çox
mühüm məslələr - dünyanın qloballaşması, ümumiyyətlə, XXI
əsrdə qarşıda duran məsələlər, vəzifələr, problemlər haqqında
danışdı.
Mən məmnunam ki, bir çox görüşlər keçirdim. Bunların
içərisində ən əsası, təbiidir ki, Amerika Birləşmiş Ştatlarının