__________________________________________
436
RUSİYANIN DAXİLİ İŞLƏR NAZİRİ
VLADİMİR RUŞAYLO İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
4 fevral 2000-ci il
Heydər Əliyev: Şadam ki, siz təklifimizi qəbul edərək
Azərbaycana gəlmisiniz. Buna böyük ehtiyac vardı.
Bu başdan qeyd etmək istəyirəm ki, Azərbaycanın və
Rusiyanın daxili işlər nazirlikləri arasında əməkdaşlığı biz
müsbət qiymətləndiririk. Bu baxımdan son illərdə çox işlər
görülmüşdür. Mən buna çox şadam. Azərbaycanın və Rusiyanın
xarici işlər nazirlikləri arasında olan səviyyədə əməkdaşlıq,
təəssüf ki, ölkələrimizin digər müvafiq güc strukturları arasında
yoxdur. Odur ki, bu, bir nümunədir.
Onu da dərhal demək istəyirəm ki, Azərbaycanda cinayət
törədərək Rusiya ərazisində gizlənən təhlükəli dövlət
cinayətkarlarının, Azərbaycan vətəndaşlarının axtarışı və
yaxalanması üçün çox işlər görüldüyünə görə sizə, nazirliyinizə,
sizin orqanlara minnətdarıq.
Lakin məsələ təkcə bunda deyildir. Məsələ həm də ondadır
ki, nazirliklərimiz arasında da, nazirlərimiz arasında da prinsipcə
çox xeyirxah, çox səmimi münasibətlər var. Mən buna şadam.
Əlbəttə, biz sizin buraya gəlməyinizi çox istəyirdik. Şadam
ki, siz imkan tapıb gəldiniz. Ümidvaram ki, siz peşəkar
fəaliyyətinizlə bağlı konkret məsələləri müzakira etmisiniz və
yenə də müzakirə edəcəksiniz. Siyasi baxımdan, Rusiya ilə
Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi
__________________________________________
437
baxımından isə mən bunu mühüm addım kimi qiymətləndirirəm.
Bu yaxınlarda Moskvada sizinlə qısa görüşümüz oldu. Bu
yaxınlarda MDB dovlət başçılarının iclası ilə əlaqədər
Moskvada olmağını və Rusiya prezidentinin vəzifəsini icra edən
Vladimir Vladimiroviç Putinlə şəxsi görüşüm mənə çox yaxşı
təsir bağışladı. Mən MDB-nin iclası haqqında təəssüratımı bu
iclasdan sonra keçirilmiş məlbuat konfransında açıq şəkildə
bildirdim. Vladimir Vladimiroviç Putinlə görüşümün, təkbətək
söhbətimin
əhəmiyyətindən sonra kütləvi informasiya
vasitələrində də danışdım. Biz bir çox məsələlər barəsində fikir
mübadiləsi apardıq və Azərbaycanla gələcək əməkdaşlığa böyük
arzu olduğunu eşitməyimə, ölkələrimiz arasında münasibətləri
hər hansı dərəcədə mürəkkəbləşdirməyə can atan qüvvələrin,
xüsusən kütləvi informasiya vasitələrindəki qüvvələrin nə
Rusiyanın, nə də Azərbaycanın dövlət siyasətinə heç bir təsir
göstərə bilməməsinə çox şad oldum.
Buna görə də sizin səfərinizə ümumi konteksdə - takcə
Rusiyanın və Azərbaycanın daxili işlər nazirlikləri arasında
əlaqələr və əməkdaşlıq kimi deyil, həm də Rusiya ilə
Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın daha da
inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından yanaşıram.
Odur ki, sizi bir daha salamlayıram.
Vladimir Ruşaylo: Hörmətli Heydər Əliyeviç, Azərbaycana
gəlmək barədə dəvətinizə görə və sizinlə görüşmək imkanına
görə sizə minnətdarlığımı bildirmək istərdim.
Bu gün biz Azərbaycanın daxili işlər naziri ilə bir sıra
mühüm idarələrarası sənədlər imzaladıq. Bunlar terrorizmə qarşı
mübarizə, - bu, bizim ölkəmiz üçün də, zənnimcə, sizin ölkəniz
üçün də mühümdür, - sərhədyanı ərazilərdə qarşılıqlı fəaliyyət
haqqında sənədlər və 2000-ci ildə əməkdaşlıq haqqında
protokoldur.
Azərbaycan DİN ilə qarşılıqlı fəaliyyətimizi biz də yüksək
__________________________________________
438
qiymətləndiririk. Biz uzun müddətdən bəri birgə tədbirlər həyata
keçiririk. Bu gün biz Azərbaycan DİN-də olarkən xüsusən ötən
il gördüyümüz işə bir daha diqqəti cəlb etdik. Azərbaycanın
daxili işlər naziri Ramil İdrisoviç Usubov Rusiya ərazisində
gizlənmiş 500-dək cinayətkarın axtarılmasında göstərilmiş
köməyə görə bizə təşəkkürünü bildirdi. Biz də konkret işlərdə,
bizim üçün əməliyyat marağı doğuran şəxslərin axtarışı işində
Azərbaycan DİN-in bizə göstərdiyi köməyi yüksək
qiymətləndiririk.
Biz sərhədyanı ərazidə birgə tədbirlər görürük. Ötən il iki
dəfə birgə «Sərhəd-sipər» əməliyyatı aparmışıq, onun axırıncı
mərhələsi yanvarın 25-dən 29-dək keçirilmişdir. Bu əməliyyat
zamanı yaxşı nəticələr əldə etdik. Buna görə də mən
cinayətkarlığa qarşı mübarizə işində bizə göstərdiyiniz köməyə
görə sizə təşəkkür etmək istərdim.
İstintaq bölmələrimizin işi nəzəraçarpacaq dərəcədə
canlanmışdır. Bu gün mən nazirə məlumat verdim ki, 1999-cu
ilin 11 ayı ərzində Azərbaycana 439 istinltq tapşmğı göndərilmiş
və onların, demək olar, hamısı yerinə yetirilmiş, bu tapşırıqlarla
əlaqədər böyük iş görülmüşdür. Nəqliyyat bölmələrimizin işi
canlanıb, bir sıra birgə tədbirlər həyata keçirilmiş, nəticədə
silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul
olan qruplar yaxalanmışdır.
İqtisadi cinayətkarlığa qarşı mübarizə bölmələrimizin də işi
canlanır. Bu gün mən Ramil İdrisoviçə dedim ki, oktyabr ayında
bizdə hüquq-mühafizə orqanlarının iki ciddi müşavirəsi
olmuşdur. Onları prezident vəzifəsini icra edən Vladimir
Vladimiroviç Putin keçirmişdir. Yanvarın 21-də kollegiyamızda
o, ötən il ərzindəki, əməliyyat-xidmət fəaliyyətinə yekun
vurmuşdur. O, qarşımızda vəzifələr qoymuş, öncül istiqamətləri
göstərmişdir - bunlar terrorizmə qarşı, iqtisadi cinayətkarlığa və
korrupsiyaya qarşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizədir.
Dostları ilə paylaş: |