__________________________________________
413
qonşularımızın, yaxın və uzaq ölkələrin işlərinə qarışmamaq
mövqeyində dururuq. Bu, bütün dünyada ölkələr arasında
qarşılıqlı münasibətlərin əsas prinsiplərindən biridir. Hərdən
bəzi uydurma məsələlər, problemlər olur. Amma, təkrar edirəm,
bizim İranla böyük ticarətimiz, yaxşı münasibətlərimiz var və
biz bu münasibətləri inkişaf etdirəcəyik.
Ermənistanla isə... bilirsiniz ki, əslinə qalsa, bu münaqişənin
təşəbbüsçüsü Ermənistandır. Hələ 1988-ci ildə onlar Dağlıq
Qarabağı Ermənistana birləşdirməyə cəhd göstərdilər, münaqişə
başlandı, genişlənib müharibəyə çevrildi. Bu müharibə bir çox
azərbaycanlıların da, ermənilərin də həyatına son qoymuşdur,
çoxlu qan tökülmüşdür. Müxtəlif səbəblərdən Azərbaycan
ərazisinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar
hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır,
oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar
çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox
böyük sosial-iqtisadi çətinliklər yaradırlar.
Doğrudur, 1994-cü ilin mayında biz məsələni sülh yolu ilə
həll etmək üçün atəşkəs haqqında saziş bağladıq. Əlbəttə, Minsk
qrupu fəal işləyir, az iş görməyibdir. Minsk qrupunun fəaliyyəti
sayəsində 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə
görüşündə biz münaqişənin sülh yolu ilə nizama salınması üzrə
razılaşmamız üçün əsas ola biləcək sənədi hər halda, əldə edə
bildik. Lakin Ermənistan tərəfi bu prinsiplərlə razılaşmadı.
Prinsiplər isə adidir, beynəlxalq hüquq normalarına əsaslanır:
Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması,
Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə
statusu verilməsi və Dağlıq Qarabağın əhalisinin - həm erməni,
həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi.
Oranın əhalisi az - cəmi 170 min nəfər idi. Onların təxminən
30 faizi azərbaycanlılar, 70 faizi isə ermənilər idi.
Azərbaycanlıların hamısı qovulub çıxarılıb, ermənilər orada
yaşa-
__________________________________________
414
yırlar, lakin onların da yarısı köçüb getmişdir. Bir sözlə,
görürsünüz, o qədər də çox adamın yaşadığı kiçik bir ərazi
üstündə iki ölkə, iki xalq arasında münaqişə yaradılmışdır.
Çox şey itirməyimizə, bizə olduqca böyük maddi, mənəvi,
siyasi ziyan vurulduğuna baxmayaraq, biz məsələnin dincliklə
nizama salınması mövqeyində möhkəm dayanmışıq.
Həmsədrlərin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və
Fransanın fəaliyyəti ilə yanaşı, Ermənistan və Azərbaycan
prezidentləri arasında birbaşa dialoq aparmaq zərurəti də məhz
bundan irəli gəlir. Bu dialoq ötən ilin aprelində Vaşinqtonda
başlamışdır, biz bir neçə dəfə görüşmüşük, axırıncı görüş bu
yaxınlarda Davosda oldu. Mən bu görüşləri müsbət
qiymətləndirirəm, proses çətin getsə də, onlar bizi sülhə
yaxınlaşdırır.
Biz bunu əsas tuturuq ki, hər iki tərəfdən kompromislər
olmalıdır. Lakin kompromislərin də həddi var və onu keçmək
olmaz. Ona görə də biz indiyədək ümumən kompromislərin elə
bir həddini tapa bilməmişik ki, Ermənistan və Azərbaycan buna
gedə bilsin.
Bununla belə, bu, Minsk qrupunun fəaliyyətinin güclənməsi
ilə yanaşı, bəlkə də məsələnin həllinin həqiqətən ən səmərəli
kanalıdır. Mən hamıdan eşidirəm, siz də dediniz ki, dünyanın
bütün dövlətləri Ermənistan və Azərbaycan prezidentlərinin
görüşlərini bu məsələnin dincliklə nizama salınması üçün
müsbət hal kimi qarşılayır. Bu, şəxsən məni daha çox
ruhlandırır, ruhlandırır ki, biz bu prosesi davam etdirməliyik.
Biz axırıncı dəfə Davosda görüşərkən münaqişənin dincliklə
həllinə nail olmaq üçün məhz bu barədə razılığa gəldik.
Əlbəttə; biz yaxşı başa düşürük ki, məsələnin hərbi yolla
həllinə qayıtmaq Ermənistan üçün də, bizim üçün də çox ağır
nəticələrlə bağlıdır. Elə dünya İctimaiyyəti də Ermənistanla
Azərbaycan arasında hərbi əməliyyatların başlanmasını çətin ki,
təqdim etsin. Lakin bunu Ermənistanda daha çox başa
__________________________________________
415
düşməlidirlər. Çünki məhz Ermənistan tərəfindən
konstruktivizm daha çox olmalıdır, o, Azərbaycan ərazisinin 20
faizini işğal etmişdir. Biz Ermənistan ərazisinin bir metrini də
işğal etməmişik. Onlar bir milyon azərbaycanlını öz yaşayış
yerlərindən didərgin salmışlar, biz heç kəsi qovmamışıq.
Münaqişənin başlanğıc mərhələsində onlar azərbaycanlıları
Ermənistandan qovdular. Yeri gəlmişkən, azərbaycanlılar həmin
ərazidə əsrlər boyu yaşamışlar və onu özlərinin doğma
torpaqları hesab etmişlər - biz bu gün də belə hesab edirik.
Sadəcə, Sovetlər İttifaqı yaradılarkən respublikalar təşkil
edildikdən sonra sərhədlər belə müəyyənləşdirilmişdi.
Söz yox ki, Azərbaycanda yaşayan ermənilər də buradan
köçüb getdilər. Doğrudur, burada onlar Ermənistanın müəyyən
zonasında yığcam şəkildə yaşayan azərbaycanlılar kimi yığcam
yaşamırdılar.
Lakin indi, bunların hamısı olub-keçəndən sonra sülh
lazımdır. İnanıram ki, əgər biz razılığa gələ, münaqişənin
nizama salınması formulu tapa və Ermənistanla Azərbaycan
arasında sülhə nail ola bilsək, - biz Azərbaycanda bunu çox
istəyirik, - bunun təkcə Azərbaycan və Ermənistan üçün deyil,
həm də bütövlükdə Dünya Birliyi üçün, xüsusən Qafqaz, Cənubi
Qafqaz üçün böyük müsbət nəticəsi olacaqdır. Bildiyiniz kimi,
Gürcüstanda da münaqişələr var, lakin onlar daxili xarakter
daşıyır. Burada isə münaqişə iki ölkə arasındadır, iki müstəqil
dövlət arasındadır.
Sizə dediyim kimi, Qafqaz Şərq və Qərb, İpək yolu,
TRASEKA, İNOQEYT proqramları və digər proqramlar
baxımından çox böyük əhəmiyyət kəsb edir. Ona görə də
İstanbulda mən Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik, sülh və
əməkdaşlıq paktını yaratmaq təklifini İrəli sürdüm və bir çox
dövlətlərə müraciət etdim. Lakin bu, yalnız münaqişənin nizama
salınmasının həlli yolu tapıldıqdan, Ermənistanla Azərbaycan
arasında sülh əldə edildikdən sonra həyata keçirilə bilər.
Düşünürəm ki,
Dostları ilə paylaş: |