Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə110/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   106   107   108   109   110   111   112   113   ...   145

__________________________________________ 

386


 

qədər təsir etməmişdir və ölkəniz onun öhdəsindən bacarıqla 

gəlmişdir. 

Makroiqtisadi sahədə sizin göstəriciləriniz çox yaxşıdır. 

Eləcə də maliyyə-kredit sahəsində göstəricilər yaxşıdır və bütün 

bunların nəticəsi olaraq manat sabit qalmışdır. 

Elə bilirəm ki, qarşımızda duran əsas məsələlərdən biri 

struktur islahatlarına aiddir. Lakin biz struktur islahatlarını 

həyata keçirərkən artımı unutmamalıyıq, artımı olduğu kimi 

saxlamalıyıq. 

Qarşımızda duran digər bir məsələ də bir neçə sektoru inkişaf 

etdirməkdən, ümumiyyətlə, sənayenin bütün sahələrini inkişaf 

etdirməyə keçməkdir. Yəni biz fikrimizi cəmləşdirmədən bir 

neçə sektorda bütün sanaye sahələrini inkişaf etdirməliyik. 

Məncə, Sizə də məlumdur ki, hələ görüləsi işlər çoxdur. Struktur 

islahatlarına gəldikdə isə biz Sizə istənilən yardımı etməyə 

hazırıq. Növbəti üç illik proqram çərçivəsində demək olar ki, 

bütün həmkarlarımızla birlikdə işləməyə başlamışıq. 

Elə bilirəm ki, gələcəkdə bizim qarşımızda duran əsas 

məsələlərdən biri də özəlləşdirmə proqramına daha geniş vüsət 

verməkdir, onu daha da gücləndirmək, qüvvətləndirməkdir və 

dövlət banklarının özəlləşdirilməsi sahəsində daha da irəliyə 

getməkdən ibarətdir. 

Qarşımızda duran məsələlərdən biri də dövlət 

müəssisələrində - Azərbaycan Dövlət Neft Şirkəti, «Azərenerji» 

Səhmdar Cəmiyyəti, su sahəsi üzrə və digər şirkətlərdə struktur 

islahatları aparmaqdan ibarətdir. Eyni zamanda, dövlət 

müəssisələrində struktur islahatları aparmaq Sizin qarşınızda 

duran məsələlərdir və məlumdur ki, bu sahədə artıq dünya bankı 

ilə çalışırsınız və biz də əlimizdən gələn köməyi etməyə hazırıq 

ki, burada hərc-mərcliyə, korrupsiyaya yol verilməsin və bunlar 

tamamilə aradan götürülsün. 

Dövlət sektoruna bir daha qayıdaraq demək istəyirəm ki, bir 

neçə həftə bundan əvvəl bu haqda çox yaxşı məlumat al- 

  



__________________________________________ 

387


mışam. Cənab prezident, bu da Sizin fərmanınızla əlaqədər olan 

xəbərdir. Yeni ildən bir neça gün əvvəl Siz fərman vermisiniz və 

bu fərmana  əsasən «Neft Fondu» yaradılacaqdır. Biz Sizin bu 

qərarınızı möhkəm dəstəkləyirik, bu fondun yaranmasını çox 

bəyənirik və Sizin həmkarlarınızla bu sahədə  işləməyə hazırıq. 

Yəni fondun bütün detallarını, incəliklərini işləyib hazırlayaq ki, 

bu fond gələcəkdə hansı növdə  fəaliyyət göstərəcəkdir. Bizə 

xüsusilə xoş  gələn o olmuşdur ki, Siz təşəbbüs göstərərək 

Azərbaycan Dövlət Neft Şirkətindən xüsusi nümayəndə heyətini 

Norveçə səfərə göndərmisiniz və onlar Norveçdə olarkən orada 

yaradılmış «Neft Fondu»nun fəaliyyət praktikasını öyrənib 

sonra isə Azərbaycanda həyata keçirəcəklər. Elə bilirəm ki, bu 

fondun yaranması  və  gələcəkdə bundan səmərəli istifadə 

edilməsi ümumiyyətlə, ancaq neft sahəsinin deyil, bütün 

Azərbaycan sənayesinin inkişafına yardım etmiş olacaqdır. Yəni 

neftdən gələn gəlirlərin itkisinə yol verilməyəcək və bu gəlirlər 

ölkə infrastrukturunun inkişafına yönəldiləcəkdir. 

Mən bir daha qeyd etmək istəyirəm ki, bu, çox müsbət bir 

haldır və biz bu struktur islahatları, ümumiyyətlə, ölkədə gedən 

bütün struktur islahatları sahəsində birgə  işləməyə  və Sizə  hər 

cür yardım etməyə hazır olduğumuzu bildiririk. Sağ olun. 

Heydər  Əliyev: Sizin bəyan etdiyiniz sözlər, Azərbaycanda 

makroiqtisadi sahədə, iqtisadiyyatın inkişafı sahəsində  əldə 

olunan nailiyyətlər haqqında verdiyiniz qiymət və xoş sözlər, 

Azərbaycanın maliyyə  vəziyyəti haqqında və xüsusən 

Azərbaycanda inflyasiyanın olmaması  və bizim milli 

valyutamızın dəyərinin bir neçə ildir ki, sabit olması haqqında 

dediyiniz sözlər, yəni verdiyiniz yüksək qiymət, təbiidir ki, bizi 

ruhlandırır və sizinlə  bərabər Azərbaycanda görülən işlərin 

əyani nəticəsini nümayiş etdirir. Bu, onu göstərir ki, biz 

Azərbaycanda bu islahatları  səmərəli həyata keçiririk. Yəni 

islahatlar haqqında, Azərbaycanda bazar iqtisadiyyatı sistemi 

  

 



  


__________________________________________ 

388


yaradılması haqqında və bütün islahatların həyata keçirilməsi 

haqqında bizim qəbul etdiyimiz qərarlar, mənim verdiyim 

fərmanlar yerinə yetirilir və bunlar da onun nəticəsidir ki, siz 

bildirirsiniz və biz də bunu görürük. 

Həqiqətən, bir neçə il bundan öncə Azərbaycanda sabit 

inkişaf yox idi, biz iqtisadiyyatda ilbəil tənəzzül müşahidə 

edirdik. Amma 1996-cı ildən başlayaraq biz iqtisadiyyatın 

inkişafını əldə edə bilmişik və hər il bu inkişaf davam edir. Siz 

qeyd etdiyiniz kimi, baxmayaraq ki, Rusiyada böyük maliyyə 

böhranı oldu, baxmayaraq ki, son vaxtlara qədər dünya 

bazarında neftin qiyməti çox aşağı düşmüşdü - bunlara 

baxmayaraq, biz iqtisadiyyatda sabitliyi təmin etmişik və indi 

iqtisadiyyatın inkişafını təmin edirik. 

Güman edirəm ki, siz 1999-cu ilin göstəriciləri ilə  də 

tanışsınız. Mən bu gün onlara bir daha baxdım. 15 göstaricinin 

demək olar ki, hamısında, - bir-ikisi istisna olmaqla, - iqtisadi 

göstəricilərin hamısında inkişaf vardır: həm ümumi daxili 

məhsulun artımı, həm sənaye istehsalının artımı, kənd təsərrüfatı 

istehsalının artımı, ticarət dövriyyəsində artım,  əmək haqqının 

artması, nəqliyyat yükdaşımalarının artması  və bir çox belə 

göstəricilər. Belə bir şəraitdə istehlak mallarının qiymətinin 

artmaması, əksinə, aşağı düşməsi yenə də bizim apardığımız bu 

iqtisadi siyasətin nəticəsidir. 

Mən bir də qeyd etmək istəyirəm ki, bütün bu nailiyyətlərin 

əldə olunmasında Beynəlxalq Valyuta Fondunun Azərbaycana 

etdiyi yardımın çox böyük rolu vardır.  Şübhəsiz ki, bunların 

əsasını islahatların həyata keçirilməsi təşkil edir və bu sahədə 

sizin hər ilə, üç ildən birə müəyyən etdiyiniz proqramlar 

çərçivəsində Azərbaycanın iqtisadi və maliyyə  vəziyyətini 

nəzarət altında saxlamağınız və vaxtaşırı görüşlər keçirməyiniz, 

bu barədə öz təkliflərinizi, məsləhətlərinizi verməyiniz - bunlar 

hamısı bizim əldə etdiyimiz bu nailiyyətlərə  səbəb olan 

amillərdir. Ona görə mən sizə bir daha təşəkkür 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə