__________________________________________
454
mənçay müqaviləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində
olur. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza
mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil
edilərkən respublikanın paytaxtı oldu. – 41, 43, 45, 46, 47, 48, 49, 50, 51, 54,
96.
31. Naxçıvan Muxtar Respublikası (1920-23-cü illərdə Naxçıvan Sovet
Sosialist Respublikası, 1923-24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-90-
cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən
Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikasının tərkibində
muxtar dövlət.
Muxtar respublika ərazisinin sahəsi 5,5 min km
2
, əhalisi 372.9 min
nəfərdir. Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz,
Şərur, Kəngərli) bölünmüşdür; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9
qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var (2005). -45, 48, 96, 306, 310.
32. Yaqub Məmmədov, Yaqub Cavad oğlu (d. 1941) - tibb elmləri
doktoru, professor. MEA-nın müxbir üzvü. Əməkdar elm xadimi. 1983-92-cı
illərdə Azərbaycan Tibb Universitetinin rektora, 1990-95-ci illərdə Milli
Məclisin deputatı, 1992-ci ildə MM-in sədri olmuşdur. - 46.
33. Arif Rəhimzadə, Arif Qafar oğlu (d. 1941) - Azərbaycanın siyasi və
dövlət xadimi. 1990-cı ildən Azərbaycan Respublikası Ali Sovetinin deputatı.
1995-2005-ci illərdə Milli Məclis sədrinn birinci müavini olmuşdur.
Arif Rəhimzadə hazırda Milli Məclisin Regional məsələlər üzrə daimi
komissiyasının sədridir. - 47.
34. Eldar İbrahimov (d.1945) - Azərbaycan Respublikası Milli
Məclisinisin deputatı. 1993-cü ildə Naxçıvan MR Baş nazirinin birinci
müavini, Dövlət İqtisad və Plan Komitəsinin sədri vəzifələrində işləmiqdir. -
47.
35. Ayaz
Mütəllibov, A y a z N i y a z i o ğ l u (d.1938) - 1989-90-cı
illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan
KP MK-nın birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan
Respublikasının prezidenti olmuşdur. Ayaz Mütəllibov işində ciddi səhvlərə
yol vermiş, nəticədə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan
azərbaycanlı əhalini çıxarmış və ərazini işğal etməyə nail olmuşlar. - 47, 49,
53.
__________________________________________
455
36. Etibar Məmmədov, E t i b a r S a l i d a r o ğ l u (d.1955) -
Azərbaycan Milli İstiqlal partiyasının sədri. 1990-95 və 1995-2000-ci illərdə
Milli Məclisin deputatı olmuşdur. - 47.
37. Rəsul Quliyev, R ə s u l B a y r a m oğlu (d.1947) - 1993-96-cı
illərdə Milli Məclisin sədri olmuşdur. 47, 48.
38. Surət Hüseynov, S u r ə t D a v u d o ğ l u (d. 1959) - 1993-94- cü
illərdə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin
oktyabrında Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş
çevriliş cəhdinə rəhbərlik etmişdir. - 50.
39. Rahim Qazıyev, R ə h i m H ə s ə n o ğ l u (d. 1943) – texnika
elmləri namizədi. 1992-93-cü illərdə Azərbaycan Respublikasının müdafiə
naziri olmuşdur. Ordu quruculuğunda kobud səhvlərə yol vermiş nəticədə
Azərbaycan torpaqlarının bir hissəsi o cümlədən Şuşa şəhəri ermənilər
tərəfindən işğal olunmuşdur. - 50.
40. Gəncə - Azərbaycan Respublikasında şəhər. Sahəsi 107 km
2
,
əhalisinin sayına görə Bakıdan sonra ikinci şahərdir. Gəncə Azərbaycanın
qədim şəhərlərindəndir. Gəncənin salındığı tarix dəqiq məlum deyil. Bəzi
müəlliflər Gəncənin Makedoniyalı İsgəndərin dövründə (e.ə.336-323)
salındığını qeyd etmişlər. - 50, 51, 245.
41. 1993-cü il iyun hadisələri - Azarbaycanı vətəndaş müharibəsi
həddinə gətirmiş Gəncə hadisələri, Bakıda Ali Sovetin binası qarşısında
keçirilən çoxsaylı mitinqlə, Heydər Əliyevin xalqın tələbilə Naxçıvandan
Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti
Ə.Əliyevin (Elçibəyin) Kələki kəndinə getməsi, Ali Sovetin sədri Heydər
Əliyevin respublika prezidentinin vəzifəsini icra etməyə başlaması nəzərdə
tutulur. – 50, 51, 53, 55.
42. 1994-cü il oktyabr hadisələri - Oktyabrın 3-də Gəncə və Qazaxda,
həmçinin Bakıda Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə düşmən olan
qüvvələr tərəfindən dövbt çevrilişi cəhdi nəzərdə tutulur. Həmin gün Bakıda
fövqəladə vəziyyət elan edilmiş və Azərbaycan Prezidenti Heydər Əliyev
televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq
Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezi-
__________________________________________
456
dent Sarayı qarşısına Loplaşaraq milli və vətəndaşlıq həmrəyliyi nümayiş
etdirərək Heydər Əliyevin siyasətini dəstəkləmişlər. - 53, 55.
43. Qorbaçov, Mixail Sergeyeviç (d,1931) - 1985-91-ci illərdə Sov.İKP
MK-nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti.
Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini,
«humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi
ilə uyuşmayan «yenidənqurma» ölkərin dərin siyasi və iqtisadi böhrana saldı.
Qorbaçovun milli münaqişələrə səbəb olan siyasəti xüsusən Azərbaycana
qarşı qərəzli, düşmənçilik mövqeyi ilə səciyyələnirdi. Ermənilərin
Azərbaycana olan torpaq iddialarını dəstəkləyən Qorbaçov 1990-cı ilin
yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin təşkilatçısı və
günahkarıdır. -53, 224.
44. Əbdürrəhman Vəzirov, Ə b d ü r r ə h m a n X ə l i l o ğ l u
(d.l930)- 1988-90-a ilin yanvarınadək Azərbaycan KP MK-nın birinci katibi
olmuşdur. - 53.
45. Avropa Birliyi (AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa
inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi – AİB, Avropa
Kömür və Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi -
(AAEB ümumi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyatə qədər bır
neçə mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional İnkişaf
Fondunun - vəhid valyula qəbul etməsi - AVRO- ya) keçmişdir. Mühüm
mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən qüvvəya minmişdir)
qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra
- AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə isə Avropa Şurası
yarandı. -60, 231, 330, 409, 410, 411.
46. Çeçenistan (İçkeriya) - Rusiya Federasiyasında respublika.
Paytaxtı Qroznı şəhəridir.
Orta əsrlərin əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin
tərkibində idi. XIX əsrdə Rusiya Şimali Qafqazı işğal etməyə başladı.
Çeçenlər öz torpaqlarından çıxarılır, onların yerinə burada kazaklar
yerləşdirilirdi. Bu da Çeçenistanda milli azadlıq hərəkatının başlanmasına
səbəb oldu. Dağlıların bu hərəkatı (1817-1864) 1859-cu ildə Şeyx Şamil
təslim olduqdan sonra yatırıldı və Çeçenistan tamamilə Rusiyaya
birləşdirildi. 1991-92-ci illərdə Rusiya Federasiyası tərkibində müstəqil
Çeçenistan Respublikası yaradıldı. - 61, 166, 272, 334, 379, 411,
Dostları ilə paylaş: |