Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə105/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   101   102   103   104   105   106   107   108   ...   145

__________________________________________ 

369


insanlar Azərbaycanın müstəqil dövlətini qurmağa çalışıblar və 

qurublar. Azərbaycan Xalq Cümhuriyyəti yaranıbdır. Bilirsiniz 

ki, onun qurucuları çoxdur. Amma ən məşhur qurucuları 

Məmmədəmin Rəsulzadə,  Əlimərdan bəy Topçubaşov, Fətəli 

xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləridir. 

Bu cümhuriyyət az - 23 ay yaşayıbdır. Ancaq çox iş 

görülübdür. İşin mənası, məzmunu da ondan ibarətdir ki, bütün 

dünyaya bəyan etdilər ki, Azərbaycan xalqının müstəqil dövləti 

var və o, demokratik prinsiplər  əsasında qurulan bir dövlətdir. 

Ancaq 1920-ci ildə xalq cümhuriyyəti süqut etdi. 

Oktyabr inqilabı baş verəndə, bolşeviklər hakimiyyətə 

gələndə, təbiidir ki, hər yeri birdən  əllərinə keçirə bilmirdilər. 

Onlar Rusiyada öz hakimiyyətlərini möhkəmləndirəndən sonra 

demək olar ki, rus imperatorluğunun müstəmləkələrini də 

yenidən özlərinə birləşdirməyə çalışdılar və birləşdirdilər. 

Beləliklə, Qafqaz bölgəsində olan Azərbaycan, Gürcüstan, 

Ermənistan 1920-1922-ci illərdə Rusiyaya yenidən birləşdirildi. 

1924-cü ildə Orta Asiya ölkələri, Qazaxıstan da Rusiyaya 

birləşdirildi. Beləliklə, böyük bir Sovet Sosialist Respublikaları 

İttifaqı yaradıldı. O, 15 müttəfiq respublikadan ibarət idi. 

Əvvəllər 12 müttəfiq respublika var idi, İkinci dünya müharibəsi 

zamanı Baltikyanı ölkələr də Sovet İttifaqı  tərəfindən  ələ 

keçirildikdən sonra 15 müttəfiq respublika oldu. 

Biz 70 il belə vəziyyətdə yaşamışıq. Ancaq bu əsrin sonunda 

Sovet  İttifaqı dağılanda bizim xalqımız, təkcə bizim xalqımız 

yox, bir çox xalqlar imkan tapıb müstəqilliklərini əldə edib, elan 

etdilər. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan, 

eləcə  də Orta Asiya ölkələri, Baltikyanı ölkələr öz 

müstəqilliklərini əldə etdilər. 

Beləliklə, biz öz müstəqilliyimizi ikinci dəfə  əldə etdik. 

Ancaq bu dəfə biz bu müstəqilliyi  əlimizdə möhkəm saxlaya 

bildik. Doğrudur, onu saxlamaq asan olmayıbdır.  Əgər 

Azərbaycandan xəbəriniz varsa, bilirsiniz ki,. 

1990,1991,1992,1993-cü 

  



__________________________________________ 

370


illərdə Azərbaycanda daxili vəziyyət həddindən artıq ağır idi. 

Ermənistan silahlı qüvvələri bundan istifadə edib, Dağlıq 

Qarabağ münaqişəsini ortaya ataraq Azərbaycan torpaqlarının 

bir qismini işğal etdilər.  İndi bizim torpaqlarımızın 20 faizi 

Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyona 

qədər azərbaycanlı, bizim soydaşlarımız bu torpaqlardan 

məcburi surətdə  çıxarılıblar.  İndi onların çoxu çadırlarda 

yaşayır. 

1994-cü ildə biz müharibəni dayandırdıq.  İndi müharibə 

yoxdur, qan tökülmür. Ancaq daimi sülh də əldə etmək mümkün 

olmamışdır. Bizim çalışdığımız odur ki, məsələni sülh yolu ilə 

həll edək. 

Mən Davosda çoxlu görüşlər keçirdim. Ermənistan prezidenti 

ilə mənim təkbətək görüşüm oldu, biz iki saatdan artıq danışdıq. 

Bu, bizim birinci görüşümüz deyildi. Biz təkcə bu il bir neçə 

dəfə görüşmüşük. Mən Davosda bir çox dövlət başçıları ilə 

görüşdüm. O cümlədən, Amerika Birləşmiş  Ştatlarının 

prezidenti Bill Klintonla görüşüm oldu. Amerika Birləşmiş 

Ştatlarının dövlət katibi xanım Olbraytla da görüşdüm. 

Mən bır sıra digər ölkələrin dövlət və hökumət başçıları ilə 

görüşdüm. Sizin yaşadığınız ölkənin - İsveçrə 

Konfederasiyasının prezidenti ilə  də görüşdüm. O da 

Ermənistan-Azərbaycan münaqişəsi ilə çox maraqlandı. Mən bu 

məsələ barədə ona geniş məlumat verdim. 

İndi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli 

barədə danışıqlar prosesi davam edir. Güman edirəm ki, biz bu 

münaqişəni sülh yolu ilə  həll edəcəyik, işğal altındakı 

torpaqlarımız azad olunacaq, qaçqınlarımız, köçkünlərimiz öz 

yerlərinə qayıdacaqlar. 

Ancaq gənc müstəqil ölkəmizin qarşısında çox böyük 

problemlər vardır. Bizim ən böyük problemimiz Ermənistan-

Azərbaycan münaqişəsidir.  Əgər bu olmasaydı, bizim ölkəmiz, 

yəni Azərbaycan indi daha da çox inkişaf etmiş olardı. 

Təxminən 8 milyonluq əhalinin bir milyonu, yəni səkkizdə biri 

  



__________________________________________ 

371


 

 

 



 

qaçqındır, çadırlarda yaşayır. Təsəvvür edin, bu nə  qədər 

ağırdır! 

Amma Azərbaycanda başqa işlər də, yəni müsbət işlər də var. 

Biz xarici ölkələrin investisiyalarını respublikamıza cəlb edə 

bilmişik. Biz dünyanın bir çox neft şirkətlərini Azərbaycanın 

neft və qaz yataqlarının birgə  işlənilməsinə  cəlb edə bilmişik. 

Bilirsiniz ki, Azərbaycan neft ölkəsidir. Keçmişdə, 150 il 

bundan  əvvəl bizdə neft sənaye üsulu ilə hasil edilməyə 

başlanıbdır. Amma indi Azərbaycan dövlətinin yeni neft 

strategiyası vardır. 1993-cü ildə bu strategiyanı  mən ortaya 

atmışam. Biz 1994-cü ildə boyük bir müqavilə imzalamışıq. 

Həmin müqavilə  əsasında xarici şirkətlərlə birgə 1997-ci ildən 

neft hasil edirik və ixrac edirik. Yaxın illərdə onun çox böyük 

gəlirini götürəcəyik. Birinci müqaviləyə «Əsrin müqaviləsi» adı 

verdilər. Sonra isə ötən bu beş il müddətində biz 19 müqavilə 

imzaladıq. Bunların hamısı birlikdə Azərbaycanda 60 milyard 

dollar investisiya gətirəcəkdir. Azərbaycana ildə 60,70,80 

milyon ton neft hasil edilib ixrac olunacaqdır. 

Azərbaycanda böyük qaz yataqları da vardır. Məsələn, 

bizimlə əməkdaşlıq edən iki böyük neft şirkətinin prezidentləri - 

İngiltərənin «Britiş Petroleum» şirkətinin prezidenti Con Braun 

və Amerikanın «Şevron»  şirkətinin prezidenti Riçard Matske 

gəlib Davosda mənimlə görüşdülər. Mən bu şirkətlərin 

Azərbaycandakı  fəaliyyətini həmişə izləyirəm və bu barədə 

məlumatım var. Ancaq onlar Davosda fürsət tapıb mənimlə 

görüşdülər, yeni məlumatlar verdilər. Bildirdilər ki, görülən işlər 

nəticəsində  əvvəl nəzərdə tutulan həcmdən də çox neft və qaz 

alınacaqdır. Mənim bu barədə sizə dediklərim hələ 

proqnozlardır.  Amma  neft  və qaz bundan da artıq olacaqdır. 

Kiçik bir ölkə üçün belə böyük sərvətlərin hərəkətə gətirilməsi, 

təbiidir ki, Azərbaycanı  zənginləşdirəcək, insanlarımızın rifah 

halını yaxşılaşdıracaqdır. 

İndi biz ağır, çətin dövr keçiririk. Ölkəmiz sosialist iqtisa- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə