Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə101/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   97   98   99   100   101   102   103   104   ...   145

__________________________________________ 

349


UKRAYNA PREZİDENTİ 

LEONİD KUÇMA İLƏ GÖRÜŞDƏKİ 

SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Leonid Kuçma: Əziz Heydər Əliyeviç! Xoş gördük. Sizinlə 

hər bir görüş  məndə çox böyük məmnunluq hissi yaradır. 

Ukrayna Azərbaycanla bütün sahələrdə 

əməkdaşlığın 

genişləndirilməsinə xüsusi maraq göstərir. 

Heydər  Əliyev:  Səmimi sözlərə görə  təşəkkürümü 

bildirirəm. Ölkələrimiz arasında getdikcə möhkəmlənən iqtisadi 

əməkdaşlığa və strateji tərəfdaşlığa Azərbaycan böyük 

əhəmiyyət verir. 



Leonid Kuçma: Sizin müdrik və uzaqgörən siyasətiniz, 

ardıcıl və  məqsədyönlü fəaliyyətiniz sayəsində ötən ilin 

noyabrında  İstanbulda ATƏT-in zirvə görüşü zamanı 

imzalanmış tarixi sənədləri - Bakı-Tbilisi-Ceyhan  əsas ixrac 

boru kəməri və Transxəzər qaz kəməri ilə bağlı sazişləri bir daha 

yüksək dəyərləndirirəm. Xəzərin zəngin enerji ehtiyatlarının 

nəqli və emalı sahəsində Azərbaycan-Ukrayna  əməkdaşlığının 

daha da möhkəmləndirilməsi olduqca zəruridir. 



Heydər  Əliyev:  Cənab prezident. Sizin söylədiyiniz 

fikirlərdən məmnunam. Deməliyəm ki, region dövlətlərinin 

müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində,  İqtisadi 

tərəqqisində bu layihələrin həyata keçirilməsi böyük rol 

oynayacaqdır. 

  

 



 


__________________________________________ 

350


Biz dövlətlərimiz arasında ikitərəfli  əlaqələrin daha da 

sıxlaşdırılması, regionda vəziyyətin sabitləşməsi üçün 

çalışmalıyıq. 

Leonid Kuçma: Əminəm ki, Azərbaycanla Ukrayna arasında 

olan ənənəvi dostluq və səmimilik həmişə davam edəcəkdir. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 


__________________________________________ 

351


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

DÖVLƏT KATİBİ MADLEN OLBRAYT İLƏ 

 

GORÜŞDƏKI SÖHBƏTDƏN 

 

Davos 



 

29 yanvar 2000-ci ü 

 

Madlen Olbrayt: Xoş gördük, cənab prezident! Sizinlə 

yenidən görüşməkdən və Sizi çox gümrah görməkdən 

məmnunam. 

Heydər  Ə l i y e v: Xoş gördük, xanım Olbrayt! Səmimi 

sözlərə görə Sizə  təşəkkür edirəm. Klivlenddə müalicə zamanı 

mənə göstərilmiş diqqət və qayğıya görə Sizə və prezident Bill 

Klintona bir daha minnətdarlığımı bildirirəm. 



Madlen O l b r a y t: Mən 1999-cu ilin noyabrında ATƏT-in 

İstanbul sammitində Sizinlə görüşümü, apardığımız danışıqları 

məmnunluqla xatırlayıram. Həmin günlərdə prezident Bill 

Klintonun iştirakı ilə Bakı-Ceyhan  əsas ixrac boru kəməri və 

Transxəzər boru kəməri barədə  sənədlərin imzalanmasını tarixi 

hadisə kimi dəyərləndirirəm. 

Ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı 

əlaqələri günü-gündən möhkəmləndirilir. Azərbaycan ilə 

Amerika Birləşmiş  Ştatları arasında yaranmış strateji 

əməkdaşlıq möhkəm  əsaslar üzərində qurulur və bu işdə 

prezident Heydər Əliyevin liderliyi mühüm rol oynayır. 

Heydər Əliyev: Xoş sözlərə görə minnətdarlığımı bildirirəm. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh 

yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində 

birbaşa danışıqlar aparılır. Minsk qrupu- 

  

 

 




__________________________________________ 

352


nun həmsədrlərindən biri olan Amerikanın bu münaqişənin 

tezliklə aradan qaldırılması üçün səylərini daha da artırmasına 

ehtiyac duyulur. 

Xanım Olbrayt: Bu münaqişənin aradan qaldırılması üçün 

Sizinlə prezident Robert Koçaryan arasında aparılan birbaşa 

danışıqlar Amerika Birləşmiş  Ştatları  tərəfindən dəstəklənir və 

Minsk qrupunda fəaliyyətini gücləndirməyə Amerika hazırdır. 

Mənim fikrimcə bu münaqişənin həlli Cənubi Qafqazda sülhün, 

sabitliyin və  təhlükəsizliyin bərqərar olmasına, region 

ölkələrində demokratiyanın inkişaf etməsinə, bu dövlətlər 

arasında 

əməkdaşlığın genişlənməsinə 

əsaslı kömək 

göstərəcəkdir. 

Heydər  Əliyev:  Ötən ilin noyabrında ATƏT-in  İstanbul 

sammitinin keçirildiyi günlərdə  məşhur «Çırağan» sarayında 

Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri 

barədə sazişlərin imzalanması  mərasimində Amerika Birləşmiş 

Ştatlarının prezidenti Bill Klintonun iştirak etməsi, həmin 

sənədlərə imza atmasını doğrudan da tarixi hadisə kimi 

dəyərləndirirəm. Bu nəhəng layihələrin həyata keçirilməsinə 

Amerika hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirirəm. 

Mən bir daha xatırlatmaq istərdim ki, vaxtilə ABŞ Konqresi 

tərəfindən qəbul edilmiş 907-ci düzəlişin hələ  də qüvvədə 

qalması Azərbaycan ilə Amerika arasındakı  əlaqələrin daha da 

inkişaf etdirilməsinə müəyyən  əngəllər yaradır. Bu ədalətsiz 

düşəlişin aradan qaldırılması üçün səylərin artırılması vacibdir. 

  



__________________________________________ 

353


MOZAMBİK RESPUBLİKASININ  

PREZİDENTİ JOAKİM ÇİSSANO İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Çissano: Xoş gördük Sizi, cənab prezident. Sizinlə yenidən 

görüşməyimdən  şad olduğumu bildirirəm. Mən Sizin Sov.İKP 

MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci 

müavini vəzifəsində çalışarkən Sovet İttifaqının ali nümayəndə 

heyətinin başçısı kimi Mozambikə  səfərinizi çox gözəl 

xatırlayıram. 

Mozambik xalqının çətin günlərində Sizin bu xalqa 

göstərdiyiniz köməyi heç vaxt unutmayacaq və bunu həmişə 

minnətdarlıq hissi ilə xatırlayacağam. Azərbaycanla bütün 

sahələrdə  əlaqələrin genişləndirilməsinə Mozambik böyük 

əhəmiyyət verir. 



Heydər  Əliyev:  Cənab prezident, Sovet İttifaqı nümayəndə 

heyətinin başçısı kimi, Mozambikə səfərim və o vaxt xarici işlər 

naziri olan Sizinlə görüşlərimi məmnuniyyətlə xatırlayıram. 

Azərbaycan ilə Mozambik arasında  əməkdaşlığın daha da 

möhkəmləndirilməsi olduqca vacibdir. Mən bilirəm ki, 

Mozambikdəki ictimai-siyasi vəziyyət artıq sabitləşmişdir. O 

vaxtlar ölkədə siyasi proseslər çox mürəkkəb idi. 

Çissano: Sizin gözəl yaddaşınız var, cənab prezident. 

Mozambikin siyasətçiləri, ölkənin həyatında baş vermiş siyasi 

proseslər barədə belə  dərin biliyə maliksiniz. Uzun müddət 

davam etmiş vətəndaş müharibəsindən sonra bizim ölkəmizdə 

  

 

 



 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə