Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə99/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   95   96   97   98   99   100   101   102   ...   145

__________________________________________ 

340


İsveçrə Konfederasiyasının prezidenti olacağam. O vaxt Sizinlə 

yenidən görüşərik. Əgər o zaman İsveçrəyə səfərə gəlsəniz, bizə 

daha böyük şərəf vermiş olarsınız. 

Heydər  Əliyev:  Mən  əminəm ki, Davos İqtisadi Forumu 

iştirakçı ölkələrin bütün sahələrdə 

əlaqələrinin 

sıxlaşdırılmasında mühüm rol oynayacaqdır. Azərbaycanın 

enerji ehtiyatlarının işlənilməsində respublikamız xarici 

dövlətlərlə geniş əməkdaşlıq edir. Bakı-Ceyhan əsas ixrac boru 

kəməri və Transxəzər qaz kəməri barədə ötən ilin noyabrında 

İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə sazişlər 

imzalandı. Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı 

əlaqələri möhkəmləndirməyə hazırdır. 

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət 

quruculuğu, islahatların həyata keçirilməsi sahəsində  uğurlar 

qazanılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi ölkəmiz 

üçün ən ağrılı problemdir. ATƏT-in üzvü olan ölkələrin dövlət 

və hökumət başçılarının 1996-cı ildə Lissabonda keçirilmiş zirvə 

görüşündə bu münaqişənin sülh yolu ilə aradan qaldırılması 

üçün əsas prinsiplər qəbul olunmuşdur. ATƏT-in o vaxtkı icraçı 

sədri,  İsveçrə nümayəndəsi Flavio Kottinin o zaman verdiyi 

bəyanatı bir daha yüksək dəyərləndirirəm. 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunması üçün Minsk qrupu çərçivəsində  və birbaşa danışıqlar 

aparılır. ATƏT-in İstanbul sammitində də bu barədə müzakirələr 

gedir. 

Sözsüz ki, bu gün Azərbaycan-İsveçrə  əlaqələrinin daha da 



genişləndirilməsinə ehtiyac duyulur. Ey-Bi-Bi şirkəti 

respublikamızda fəaliyyət göstərir. 



Kasper Villinger: Ümidvar olduğumu bildirirəm ki, 

Ermənistan-Azərbaycan münaqişəsi Sizin uzaqgörən siyasətiniz 

və müdrik rəhbərliyiniz ilə tezliklə öz həllini tapacaq, müstəqil 

Azərbaycan Respublikası dünyanın  ən qabaqcıl, inkişaf etmiş 

ölkələrindən birinə çevriləcəkdir. 

  



__________________________________________ 

341


Heydər Əliyev: Mən təəssüf edirəm ki, İsveçrə şirkətləri Dağlıq 

Qarabağda saat istehsal etmək, zərgərlik işləri görmək, bank 

təsis etmək cəhdlərindədir. Belə hallar yolverilməzdir. 

Kasper Villinger:  Mən həmin  şirkətlərin bu hərəkətindən 

çox təəssüflənirəm. Bu barədə lazımi tədbirlər görəcəyik. 

 

  

 




__________________________________________ 

342


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

PREZİDENTİ BİLL KLİNTON  

İLƏ GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Bill  Klinton: Hörmətli cənab prezident! 

Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Keçən ilin 

noyabr ayında  İstanbulda Bakı-Ceyhan  əsas ixrac boru kəməri 

barədə tarixi sazişin imzalanması  mərasimində  iştirakımı 

məmnuniyyətlə xatırlayıram. Mən  əminəm ki, Xəzər hövzəsi 

ölkələrinin zəngin enerji ehtiyatlarının dünyanın aparıcı neft 

şirkətləri ilə birgə  işlənilməsi regionun bütün dövlətlərinin 

inkişafına xidmət edəcək, Cənubi Qafqaz və  Mərkəzi Asiya 

dövətlərinin suverenliyi və müstəqilliyinin daha da 

nıöhkəmləndirilməsinə töhfə verəcəkdir. Onu da deməliyəm ki, 

Bakı-Ceyhan və Transxəzər boru kəmərləri kimi nəhəng 

layihələrin həyata keçirilməsində Azərbaycan aparıcı rol 

oynayır. Mən məmnunam ki, ötən illər ərzində prezident Əliyev 

ilə aramızda olan sıx əməkdaşlıq yaxın dostluğa çevrilmişdir. 

Ümidvaram ki, ölkələrimiz arasında enerji sektorunda 

memarı olduğumuz «Əsrin müqaviləsi»ndən başlanan çox 

uğurlu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. 

Mən Azərbaycan ilə Amerika Birləşmiş  Ştatları arasında 

yaranmış strateji əməkdaşlığı yüksək qiymətləndirirəm. 

Əminəm ki, ölkələrimizin bütün sahələrdəki qarşılıqlı surətdə 

faydalı əlaqələri bundan sonra daha da genişlənəcəkdir. 

  



__________________________________________ 

343


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh 

yolu ilə  həll olunması üçün Sizinlə prezident Robert Koçaryan 

arasında aparılan birbaşa danışıqlar Amerika Birləşmiş  Ştatları 

tərəfindən dəstəklənir. Bu münaqişənin tezliklə aradan 

qaldırılması üçün şəxsi səylərimi artırmağa və Minsk qrupunda 

Amerika Birləşmiş  Ştatlarının fəaliyyətini gücləndirməyə 

hazıram. 

Əminəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu 

ilə aradan qaldırılması  Cənubi Qafqazda sülhün, sabitliyin və 

təhlükəsizliyin bərqərar olmasına, region dövlətlərində 

demokratiyanın inkişaf etməsinə  və onların arasında iqtisadi 

əməkdaşlığın genişlənməsinə kömək edəcək və bu regionda 

yaşayan xalqların maddi rifah halının yüksəlməsinə öz töhfəsini 

verəcəkdir. 



Heydər Əliyev: Hörmətli cənab Bill Klinton! Sizinlə növbəti 

dəfə görüşməyimdən məmnunam. Mən Sizinlə olan şəxsi 

dostluq münasibətlərimi də yüksək qiymətləndirirəm. 

Ötən ilin noyabr ayında ATƏT-in  İstanbul zirvə görüşü 

çərçivəsində  məşhur «Çırağan» sarayında Bakı-Ceyhan  əsas 

İxrac neft boru kəmərinin çəkilməsi barədə sazişin 

imzalanmasını tarixi hadisə kimi dəyərləndirirəm. Bu 

mərasimdə Amerika Birləşmiş  Ştatları prezidentinin iştirak 

etməsi, sazişə imza atması  həmin sənədin həyata keçirilməsi 

üçün əhəmiyyətlidir. 

Azərbaycanın və bütün regionun inkişafına təkan verən bu 

nəhəng layihələrin həyata keçirilməsinə verdiyiniz dəstəyə görə 

Sizə, cənab Klintona minnətdarlığımı bildirirəm. Mən  əminəm 

ki, Azərbaycanın zəngin enerji ehtiyatlarının Amerika Birləşmiş 

Ştatlarının və Qərbin aparıcı neft şirkətləri ilə birgə işlənilməsi 

sahəsində ölkəmizin  əməkdaşlığı bundan sonra da davam 

edəcəkdir. 

Onu da deməliyəm ki, Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün prezident 

Koçar- 


  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə