Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə97/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   93   94   95   96   97   98   99   100   ...   145

__________________________________________ 

332


dır işləyirlər və biz real imkanları yetərincə öyrənmişik. Odur ki, 

biz bütün dünyaya nə  təqdim etmişiksə, bunlar realdır. Bu, 

birincisi. 

Biz «Əsrin müqaviləsi» adlanan və Azərbaycanın 1994-cü 

ilin sentyabrında Avropa və Birləşmiş  Ştatlarının bir çox neft 

şirkətləri ilə imzaladığı birinci layihənin həyata keçirilməsinə 

başladıqda, qarşıya neft kəməri məsələsi çıxdı. Biz bu neft 

kəmərinin Ermənistan, Türkiyə vasitəsilə Ceyhan limanına 

çəkilməsinin  əleyhinə deyildik. Biz bu neft kəmərinin  İran 

ərazisindən çəkilməsinin də  əleyhinə deyildik. Lakin bu 

təkliflərimiz reallaşmadı.  Əvvəla, ona görə ki, Ermənistan 

Azərbaycanla hərbi münaqişə  vəziyyətindədir. Ermənistan 

silahlı qüvvələri Azərbaycan  ərazisinin 20 faizini, bu neft 

kəmərinin keçməli olduğu ərazini işğal etmişlər və danışıqlarda 

erməni tərəfinə  təkliflər vermişdik ki, münaqişəyə beynəlxalq 

hüquq əsasında son qoymaq və bu neft kəmərini çəkmək yaxşı 

olardı. Lakin onların cavabı bu oldu ki, biz torpağı neft 

kəmərinə  dəyişmirik,  halbuki,  məsələ  belə qoyulmamışdı. 

«Sülh neft kəmərinin baş tutmaması» barədə sualınızla bağlı 

vəziyyət belədir. 

Sonra apardığımız bütün iş nəticəsində Bakı - Tbilisi -Ceyhan 

layihəsi meydana gəldi. Biz noyabrda İstanbulda bu neft 

kəmərinin inşası haqqında saziş imzaladıq. İndi hazırlıq işi gedir 

və bu layihə həyata keçiriləcəkdir. 



S u a l: Neftin boru kəmərləri ilə  nəqli barəda sual 

vermək istərdim. Bu gün neftin qiyməti çox yüksəkdir, 

halbuki 12 ay bundan əvvəl onun qiyməti çox aşağı idi. Siz 

qiymətlər haqqında nıəsələni  şərh etmək istərdinizmi? Bu, 

neftin qiymətinin nəğd pula çevrilməsi və bu regionda 

istifadə edə biləcəyiniz ehtiyatlar baxımından Sizə  nə kimi 

üstünlük verir? 

Heydər  Əliyev: Neftin qiymətini biz tənzimləmirik. Biz 

sadəcə olaraq, qiymət konyunkturasına tabeyik. Bəli, bir müddət 

əvvəl neftin qiyməti aşağı düşmüşdü, indi isə qalxıb- 

  



__________________________________________ 

333


dır. Bizim məlumatımıza görə, bu meyl qalacaqdır: Ancaq bu, 

neft aləmində təzə məsələ deyildir. Əgər tarixə, məsələn, son 30 

ilə  nəzər salsaq, görərik ki, neftin qiymətinin aşağı düşdüyü 

dövrlər də, qalxdığı dövrlər də olmuşdur. Ona görə  də neft 

kəməri tam rentabelliyə malikdir. 

S u a l: Bu o deməkdirmi ki, neftin qiyməti qalxarsa, onda 

Siz infrastruktur layihələrinizdən bəzilərini həyata keçirə 

biləcəksiniz? 

Heydər  Əliyev: Neftin qiyməti hətta bugünkü qiymətlərdən 

yuxarı qalxmasa da, neft layihələrimiz həyata keçiriləcəkdir. 

Qiymətlər hətta aşağı düşsə  də, onlar yenə  də  həyata 

keçiriləcəkdir, çünki bilirik ki, qiymətlər sonra yenidən 

qalxacaqdır. 

Sual: Sual Azərbaycan və Ermənistan prezidentlərinədir. 

Siz iki ölkə arasında münaqişənin dincliklə nizama 

salınmasının perspektivlərini necə təsəvvür edirsiniz? Nəticə 

etibarilə Dağlıq Qarabağ barəsində saziş bağlanmasına 

imkan varmı? Daha bir sual, Ermənistan bu münaqişə 

nizama salındıqdan sonra Azərbaycan  ərazisindən çıxmaq 

barədə düşünə bilərmi? 

Heydər  Əliyev: Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan 

münaqişəsinin nizama salınması  məsələsi Azərbaycan üçün və 

zənnimcə, eyni dərəcədə Ermənistan üçün həyati  əhəmiyyətə 

malikdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi  əldə 

etdikdə o, artıq münaqişə vəziyyətində idi. Sonralar genişlənərək 

müharibəyə çevrilən bu münaqişə  nəticəsində Azərbaycanın 

Dağlıq Qarabağ vilayətinin  ərazisi və Dağlıq Qarabağın 

hüdudlarından kənardakı böyük bir ərazisi işğal olunmuşdur ki, 

bu da üst-üstə Azsrbaycan ərazisinin 20 faizini təşkil edir. Bir 

milyon azərbaycanlı oradan, öz yerlərindən zorla çıxarılmışdır 

və azərbaycanlıların yaşadıqları  işğal olunmuş rayonlar 

dağıdılmış və qarət edilmişdir. 

Belə bir şəraitdə biz məsələnin dincliklə nizama salınmasına 

tərəfdarıq və 1994-cü ilin mayında Ermənistanla atəşkəs 

  



__________________________________________ 

334


haqqında saziş bağlamışıq. Bu sazişə indiyədək həm Ermənistan 

tərəfindən, həm də Azərbaycan tərəfindən  əməl edilir. Son 

vaxtlar, ötən il ərzində Ermənistan prezidenti ilə Azərbaycan 

prezidenti arasında birbaşa danışıqlar, görüşlər, dialoq keçirilir. 

Ümidvaram ki, bu, münaqişənin dincliklə nizama salınması 

istiqamətində  məsələni müəyyən dərəcədə irəlilədir. Biz 

münaqişənin dincliklə  həllini istəyirik. Biz Ertmənistan silahlı 

birləşmələri tərəfindən işğal olunmuş  ərazilərimizin azad 

edilməsini istəyirik. Biz sakinlərimizin öz yerlərinə qayıtmasını 

istəyirik - indi onlar çadırlarda yaşayırlar. Biz Ermənistanla 

həmişəlik tam sülh olmasını istəyirik. 

S u a l: Demək istərdim ki, nəinki prezident Şevardnadze, 

cənab Putin də burada deyildir. Cənab Putin Davosa 

gəlməkdən imtina edib, halbuki onun bu forumda iştirakı 

çox yerinə düşərdi. Ona görə  də sualım  ən  əvvəl Heydər 

Əliyevə  və Türkiyənin xarici işlər nazirinədir: Sizin 

ölkələrinizi çeçen separatçılarını 

dəstəkləməkdə 

günahlandırırlar. Sizcə, Çeçenistandakı münaqişə  nə  qədər 

tezliklə nizama salına bilər? Yaxın vaxtlarda bu 

münaqişədən çıxış yolu necə ola bilər?  Əgər cənab 

prezidentlərdən və baş nazirlərdən kimsə cavab vermək 

istəsə, mən bu cavabı eşitməyimə şad olardım. 

Heydər  Əliyev: Azərbaycanın guya Çeçenistana müxtəlif 

yardımlar göstərdiyi barədə son aylar kütləvi informasiya 

vəsitələrində Azərbaycana qarşı müntəzəm olaraq irəli sürülən 

ittihamların heç bir əsası yoxdur, onlar yalan və böhtandır. Mən 

axırıncı  dəfə Moskvada olarkən və Rusiya prezidentinin 

səlahiyyətlərini icra edən cənab Putinlə danışarkən bu mövzuda 

çox açıq söhbətimiz oldu. Cənab Putin etiraf etdi ki, bu, Rusiya 

dövlətinin mövqeyi deyildir, informasiya vəsitələri isə azaddır 

və buna görə də istədiklərini yazırlar. Bununla yanaşı, o, mənə 

dedi ki, onlar Çeçenistan problemini tezliklə qurtaracaqlar. Sizin 

sualınızın cavabı belədir. 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə