Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə96/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   92   93   94   95   96   97   98   99   ...   145

__________________________________________ 

329


DAVOS İQTİŞADİ FORUMUNDA «QAFQAZIN  

VƏ MƏRKƏZİ ASİYANIN PERSPEKTİVLƏRİ:  

İPƏK YOLU VƏ YA BÖYÜK OYUN»  

MÖVZUSUNDA KEÇİRİLMİŞ SESSİYADA

*

 

ÇIXIŞ 

 

28 yanvar 2000-ci il 

 

Hörmətli xanımlar və cənablar! 



Böyük  İpək yolunun bərpası barədə  məsələ bu forumda 

müzakirə obyektinə çevrildiyinə görə  mən Davos İqtisadi 

Forumunun təşkilatçılarına təşəkkür edirəm. Bu, müəyyən 

dərəcədə qanunauyğundur və bugünkü gerçəkliyi əks etdirir. 

Böyük  İpək yolu bəşəriyyətin tarixində, xüsusən Avrasiya 

kontinentinin tarixində  dərin iz buraxıb və vaxtilə Avropa ilə 

Asiya arasında yüklərin daşınmasında çox böyük rol 

oynamışdır. 

Ötən yüzillikdə, 80-ci illərdən etibarən bu problem aktual 

olmuşdur və çox diqqətəlayiq haldır ki, bir çox ölkələrdə dərhal 

təşəbbüs irəli sürülmüşdür. Ona görə  də indi bir çox ölkələr 

Böyük İpək yolu diplomatiyasını öz təklifi hesab edirlər. 

Ancaq eyni zamanda biz YUNESKO-nun bu barədə 1980-ci 

ildəki qərarını  və  bəzi sonrakı  qərarları xatırlamalıyıq. Lakin 

Böyük  İpək yolunun real surətdə  bərpası Sovetlər  İttifaqının 

süqutundan və   Cənubi Qafqaz, Mərkəzi Asiya 



 

 

 

 

 



                                                 

*

  



 

Sessiyanın işində Azərbaycan prezidenti Heydər  Əliyev, Qırğızıstan prezidenti Əsgər 

Akayev, Ermənistan prezidenti Robert Koçaryan, Qazaxıstanın Baş naziri Qasımcomərd 

Tokayev, Türkiyənin xarici işlər naziri İsmayıl Cəm,  İranın xarici işlər naziri Kamal Xərrazi, 

həmçinin 500-dən artıq görkəmli xadim, siyasətçi, biznesmen, diplomat və başqaları  iştirak 

etmişlər. 

 



__________________________________________ 

330


ölkələri dövlət müstəqilliyi  əldə etdikdən sonra mümkün 

olmuşdur. Bunsuz Böyük İpək yolunun bərpası qeyri-mümkün, 

qeyri-real idi. 

Avropa Birliyi TRASEKA proqramını irəli sürməklə bunun 

əsasını qoymuşdur. Amma 1993-cü ildən başlayaraq bu iş çox 

ləng gedirdi. Xəzər dənizinin enerji ehtiyatlarından geniş 

istifadə üçün imkanlar açılması  və  nəinki Xəzəryanı ölkələrin, 

həm də bir çox Avropa ölkələrinin, Amerika Birləşmiş 

Ştatlarının, Yaponiyanın, digər dövlətlərin bu işə  fəal cəlb 

olunması isə Transqafqaz magistralı yaradılmasını çox mümkün 

etmişdir. 

Biz - Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan 

1996-cı ildə Türkmənistanın Sərəxs  şəhərində dördtərəfli saziş 

imzalayaraq, bu magistralı ilk dəfə açdıq. Həmin vaxtdan bəri 

Transqafqaz nəqliyyat magistralı ilə yüklər daha fəal surətdə 

daşınmağa başlanmışdır. Əgər 1996-cı ildə bu dəhlizlə 2 milyon 

ton yük nəql edilmişdisə, indi 5 milyon ton yük daşınır. Bu isə 

yalnız başlanğıcdır. böyük perspektiv var. 

Bu baxımdan Böyük İpək yolunun bərpası  və TRASEKA 

proqramının reallaşdırılması haqqında 1998-ci ilin sentyabrında 

Azərbaycanda, Bakıda Avropa komissiyası ilə birlikdə 

keçirilmiş beynəlxalq konfransın mühüm rolu olubdur. Bu 

konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın 

nümayəndələri iştirak edirdilər. Biz həmin məsələyə dair xüsusi 

saziş  qəbul etdik, onu 12 ölkə imzaladı  və indi o, həyata 

keçirilir. Bu proqramın reallaşdırılması üzrə daimi katiblik 

Azərbaycanda, Bakıda yerləşir. 

Lakin, təkrar edirəm, Xəzər dənizinin enerji ehtiyatlarından 

fəal istifadə olunması bütün bunlara böyük təkan verdi. Avropa 

Birliyinin müxtəlif boru kəmərləri yaradılması proqramı - 

İNOQEYT proqramı da bununla əlaqədar meydana gəlmişdir. 

  



__________________________________________ 

331


Artıq indi Xəzər dənizində - onun Azərbaycan sektorunda. 

Qazaxıstan və digər sektorlarında böyük neft və qaz yataqları 

real surətdə işlənilir. Biz konkret praktiki nəticələr əldə etmişik. 

Artıq Qara dənizə doğru Bakı-Novorossiysk və Bakı-Supsa 

neft kəmərləri çəkilmiş, uzunluğu 2 min kilometrdən çox olan 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası haqqında proqram 

qəbul olunmuşdur. Bütün bunlar - neft və qazın nəqli, Avrasiya 

qitəsi yüklərinin daşınması,  əlbəttə, Böyük İpək yolunun 

bərpasını tamamilə reallaşdırır. Biz həmin prosesin başlanğıc 

mərhələsindəyik və hesab edirəm ki, bu, Avrasiya qitəsi və 

bütün dünya birliyi üçün ən aktual problemdir. Diqqətinizə görə 

sağ olun. 

 

SESSİYA İŞTİRAKÇILARININ SUALLARINA 

CAVAB 

 

Sual: Bilmək istərdim, Azərbaycandan və Ermənistandan 



keçməli olan sülh neft kəməri ideyası  nə yerdə qaldı? 

Prezident Heydər Əliyev keçmişdə buna diqqət yetirirdi. Bu 

fikri yenidən dirçəltmək olarmı? Cənab prezidentlər, Sizə 

müraciət edirəm: Bu sülh neft kəməri İpək yolu proqramına 

daxildirmi? 

H e y d ə r Ə l i y e v:  İlk öncə ad barədə - «Sülh boru 

kəməri» - mən bunu birinci dəfə  eşidirəm. Sovetlər  İttifaqında 

«Dostluq» boru kəməri olmuşdur, «Sülh neft kəməri» isə sizin 

uydurmanızdır. 

Azərbaycanda biz Xəzərdəki neft yataqlarının işlənilməsinə 

başlamışıq, orada çox böyük neft və qaz ehtiyatları var. Yeri 

gəlmişkən, indi bəziləri Qərbdə  də,  Şərqdə  də, Rusiyada da, 

Avropada da yazırlar ki, Xəzər dənizindəki neft və qaz 

ehtiyatları  şişirdilmişdir. Bu, tamamilə yalandır. Azərbaycan 

neftçiləri, geoloqları, alimləri Xəzər dənizində 50 ildən artıq- 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə