__________________________________________
315
qalır. Rəfael Allahverdiyevin bu gün verdiyi məlumatlar
həqiqətdir. Ancaq tələb olunan səviyyədə deyildir. Mən burada
dedim və yenə də deyirəm - həmin o restoran faktı - bu, Baş
nazirin rast gəldiyi bir şeydir. Təsəvvür edin, əgər bunu Baş
nazirə açıq-açığına deyiblərsə, bu, adi bir hal alıbdır. Demək,
belə çıxır ki, biz mazut üçün 400 milyon dollar para veririk.
Yəni özümüzünkü də olsa sata biləcək, o pulu alacaqdır. Buna
400 milyon dollar sərf olunur. Bizim elektrik stansiyalarımız
işləyir, onlara nə qədər vəsait sərf edilir. Elektrik enerjisi
istehsal edirik, vətəndaşlara veririk, təşkilatlara veririk. Pulunu
yığanlar bu pulları öz ciblərinə qoyurlar. Amma belə şey olmaz
axı!
Sən deyirsən ki, əhalidən 26 faiz pul yığılır. 26 faiz deyildir.
Bəli, sizdə hesabda 26 faizdir, amma həqiqətən 26 faiz deyil,
bəlkə də 50 faiz, 60 faizdir, qalanı ciblərə gedir. O cümlədən
özəl strukturlardan yığılan pullar. Sən deyirsən ki, bunu 90 faizə
qaldırmısınız. Nə təhər qaldırmısınız ki, o deyir gəlirlər, yarısını
verirəm, yarısını da qoyurlar ciblərinə.
Mən bu gün Bakı İcra Hakimiyyətinin başçısına bir daha
tapşırıq verirəm: Bakı elektrik şəbəkəsində qanun-qayda
yaratmaq lazımdır. İndiyə qədər orada qanun-qayda
yaranmayıbdır. Oranın başçısı keçmişdə kim idi, indi kimdir -
bilmirəm. Eşitdim ki, deyəsən, onu dəyişdilər. Amma yeni adam
da köhnəsinin yolu ilə gedir. Demək, bu, elə bir xəstəlikdir ki,
kim oraya düşürsə, o xəstəliyə düçar olur. Ona görə, birincisi,
tələb edirəm ki, ciddi tədbirlər gorün. İkincisi də, həm Nazirlər
Kabinetinə, həm də Bakı İcra Hakimiyyətinə göstəriş verirəm ki,
bizim Dövlət Əmlakı Nazirliyimizlə birlikdə qısa müddətdə
təklifləri təqdim etsinlər. Formasını tapacaqsınız,
özəlləşdiriləcək, yaxud hansısa xarici şirkətə veriləcəkdir. Yəni
mövcud olan təcrübəni tətbiq etməliyik. Çünki biz bunların
nəticəsini görmüşük.
Təkcə bu sahədə deyil, bütün sahələrdə islahatlar həyata
keçirilməlidir. Mən dedim, bir də təkrar edirəm, islahatların
__________________________________________
316
həyata keçirilməsinə müqavimət göstərənlər var, səhlənkarlıq
edənlər var, sadəcə, vəzifə tutub öz vəzifə borcuna biganə
münasibət bəsləyənlər var. Bunların hamısı bizim ümumi
işimizə zərər verir. Ona görə tələb edirəm ki, bu nöqsanlar
aradan götürülsün.
Deyildi ki, dəmir yolunda, «Azərenerji»də yoxlamalar
aparılır. O yoxlamaların nəticəsini hazırla, Baş nazirə də, mənə
də təqdim elə. Mən Baş nazirə göstəriş verirəm ki, onlara ciddi
baxsın. «Azəriqaz» haqqında verdiyi arayışa ciddi baxmaq
lazımdır.
Ancaq hüquq-mühafizə orqanlarına da mənim tələbim var.
Əyləşin, durmaq lazım deyildir. Yaxşı olar ki, durmayasınız,
eşidəsiniz, deyilən şeyləri edəsiniz. Hüquq-mühafizə orqanları
bu məsələlərdə fəaliyyətsizlik göstərirlər. Bəzən də özləri bu
məsələlərə qoşulur, korrupsiya ilə məşğul olurlar. Bir vaxt bizim
üçün möcüzə oldu ki, demək, neft kəmərini deşmək olarmış.
Bunu eşidəndə dəhşətə gəldim. Neçə ildir mən burada
yaşayıram, bu kəmərlərlə məşğul olan adamam, amma ağlıma
da gəlməzdi ki, neft kəmərini deşsinlər.
Bir vaxt fakt çıxmışdı ki, Bakıdan Sumqayıta gedən benzin
borusunu deşib oradan benzin götürmüşdülər. İndi magistral neft
kəmərini, Bakı-Supsa neft kəmərini deşirlər. O gün xəbər verildi
ki, yenə deşiblər (yerdən səs - yanvar ayında 3 dəfə deşiblər).
Yaxşı, bu işlərə görə məsuliyyət daşıyanlar varmı? Bizim
hüquq-mühafizə orqanlarının, birinci növbədə Daxili İşlər
Nazirliyinin böyük şəbəkəsi var: sahə müvəkkili, gecə polisi, nə
bilim, nə polisi, nə polisi bunları niyə görmür, niyə ölçü
götürmürsünüz? Bu qədər də biabırçılıq olarmı? Deyir ki, bizim
magistral neft kəmərini üç dəfə deşiblər (yerdən səs –
tutmuşuq). Tutmusunuz, cəzalandırın. Daha orada fırlatmayın.
Bu müstəntiqdən o birisinə verilir, şonra başqasına, bir də
gördün ki, çıxdı eşiyə. Bizdə belə hallar da çoxdur.
__________________________________________
317
Amma iş təkcə onda deyil ki, siz onu kəməri deşəndən sonra
tutasınız. Siz gərək imkan verməyəsiniz, öz nəzarətinizi elə
aparasınız ki, heç kəs gəlib onu deşməyə cürət eləməsin. Belə
faktları sonra ictimaiyyətə də çatdırmaq lazımdır. İnsanlar
bilməlidlr ki, belə cinayət edən yaxalanır, cəzalanır. Bu barədə
bizim aşkarlıq şəraitindən, mətbuatdan, mediadan daha da
səmərəli istifadə etmək lazımdır.
İkinci məsələ ki, üç-dörd ay bundan qabaq burada gizli,
qanunsuz neft emalı sexləri yaranmışdır - bu adamların hamısı
ən ağır cəza ilə cəzalanmalıdır. Mən bu gün razılaşa bilmərəm
ki, indiyə qədər istintaq gedir. Belə işlərin istintaqı bir ay, iki ay
ola bilər. Əgər istintaq uzanırsa, - hüquq-mühafizə orqanlarının
başçıları bunu məndən yaxşı bilirlər, - demək, məqsəd var. Bu
da ondan ibarətdir ki, istintaqı uzadıb işi öldürmək və rüşvət
almaq. Başqa cür ola bilməz. Bu, mənim mücərrəd fikrim deyil,
çoxillik müşahidələrimdən irəli gələn fikirdir.
Ona görə mən baş prokurordan tələb edirəm ki, bu
məsələlərin istintaqı bir aya qurtarıb mətbuata məlumat verilsin
və bizə məruzə olunsun.
Ancaq bütün bu tədbirlərlə yanaşı, əgər hamımız -
Azərbaycanın vətəndaşları, bütün dövlət təşkilatları və özəl
təşkilatlar bu iki-üç ayda elektrik enerjisinə qənaət etməsələr,-
bunu həmişə etmək lazımdır, xüsusən bu iki-üç ayda, - yenə də
nə qədər əlavə mazut alırsan - al, gərginliyi aradan götürə
bilməyəcəyik. Ona görə qənaət məsələsi hər bir vətəndaşın
borcudur.
Xatirimdədir, hələ Sovet İttifaqı vaxtında, mən Moskvada
işləyəndə, baxmayaraq ki, elektrik enerjisi həddindən artıq çox
idi, pullar da yığılırdı, düzdür, elektrik enerjisi, su üçün pul da o
qədər çox deyildi, - amma buna baxmayaraq Moskvada həm
Siyasi Büronun, həm də Nazirlər Sovetinin iclaslarında dəfələrlə
Şərqi Almaniyanı misal gətirirdilər: məsələn,
Dostları ilə paylaş: |