__________________________________________
309
yəqin, bacarmırlar, bir tərəfdən də sadəcə, kimlərsə təxribat edir,
yaxud da yenə də öz şəxsi məqsədləri üçün istifadə edir.
Elektrik enerjisi də bizdə yetərlidir. Amma elektrik enerjisinə
qənaət edilmədiyinə görə indi belə gərgin vəziyyət yaranıbdır.
Təbii ki, burada həm bir neçə təşkilat tərəfindən səhvlər
buraxılıbdır və bəzi yerlərdə öz vəzifələrindən sui-istifadə edib
bizim dövlət işimizə, xalq işimizə, ümumi işimizə zərər vururlar.
İkinci tərəfdən də belə vəziyyətdə gərək - Azərbaycanda bir söz
var - yorğanına görə qıçını uzadasan. Əgər bir tərəfdən elektrik
enerjisi çatmırsa, bir tərəfdən də gecə səhərə qədər bütün
prospektlərdə, nə bilim, restoranlarda, özəl təşkilatlarda böyük-
böyük elektrik lampaları yanırsa, onda bu elektrik enerjisi necə
çata bilər?
Bax, burada məsələni araşdırmaq üçün mən bu gün sizi
buraya dəvət etmişəm. Xahiş edirəm, hərə burada məsələni
doğru, düzgün, səmimi aydınlaşdırsın ki, biz yaranmış bu
çətinlikləri aradan qaldıra bilək.
YEKUN NİTQİ
Mən bu müşavirəni başlayarkən dedim ki, o, fövqəladə
xarakter daşıyır. Dünən axşam aldığım məlumatlar və bu gün
səhər işə gələndən aldığım məlumatlar məni məcbur elədi ki, bu
fövqəladə müşavirəni çağırım.
Müzakirə, yəni məsul vəzifəli şəxslərin buradakı çıxışları və
çıxışların özündəki ciddi nöqsanlar onların hər birinin rəhbərlik
etdiyi təşkilatda ciddi nöqsanların olduğunu daha da təsdiq edir.
Azərbaycan neft-qaz ölkəsidir. Vaxtilə, 70-ci, 80-ci illərdə
Azərbaycan müstəqil olaraq özü elektrik enerjisi istehsal edib
elektrik enerjisindən asılısizlığını təmin edibdir. O illər bizim
__________________________________________
310
yaratdığımız böyük enerji blokları indi Azərbaycanı təmin edir.
Əgər onlardan səmərəli istifadə olunsa, burada deyilən
əyintilərə, nöqsanlara, səhlənkarlıqlara, məsuliyyətsizliklərə yol
verilməsə, Azərbaycanı elektrik enerjisi ilə tamamilə təmin
etmək olar. Eyni zamanda neft məhsulları və, qazla. Beləliklə,
gərək Azərbaycanda bu problem olmasın. Biz bu problemi bir
neçə dəfə müzakirə etmişik, həlli yollarını da göstərmişik.
Ancaq bizim bugünkü müzakirəmiz göstərir ki, bir il, iki il
bundan qabaq necə vardısa, elə də qalır.
Bir şey təəccüb doğurur, mən bunu başlanğıcda da dedim,
indi də deyirəm. Hər il bizdə qış belə keçir. Deyə bilmərəm ki,
keçən ilə, ya ondan əvvəlki ilə nisbətən qış çox sərtdir. Ondan
sərt deyildir. Temperatur 8-9-10 dərəcə, çox aşağı düşəndə 6
dərəcədir. Mən Bakını deyirəm. Əsas tələbat da Bakıdadır, -
burada faizlər deyildi. Əlbəttə ki, bəzi yerlərdə - dağ yerlərində,
məsələn, Naxçıvan Muxtar Respublikasında, başqa dağ
rayonlarında şaxta da var. Amma Azərbaycanın ərazisinin əksər
hissəsində iqlim elədir ki, qış mülayim keçir.
Belə olan halda bəs nə üçün keçən illər vəziyyət bu cür
gərginləşməmişdi, bu il gərginləşibdir? Səbəbi də ondan
ibarətdir ki, bu il qışa hazırlıq işində daha da çox
məsuliyyətsizlik olub, səhvlərə yol verilib və biz indi belə bir
vəziyyətlə rastlaşmışıq.
Biz keçmiş Sovetlər İttifaqı məkanında, indi Müstəqil
Dövlətlər Birliyi məkanında olan bir ölkəyik. Biz Moskvada
Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət başçılarının növbəti
iclasını keçirdik. Orada bir-birimizlə söhbətdə, fikir mübadiləsi
edəndə hər bir ölkədə vəziyyətin nə cür olduğunu, - bunu əvvəl
də bilirdik, - gördük. Enerji çatışmazlığı Müstəqil Dövlətlər
Birliyinə daxil olan ölkələrin, demək olar, hamısında
mövcuddur. Bəzilərində çox böhran vəziyyətindədir. Məsələn,
Ukraynanı götürün. Qış vaxtı oranın çox sərt, şaxtanı iqlimi var.
__________________________________________
311
Qonşu Gürcüstan haqqında artıq deyildi. Vəziyyətdən öz
məqsədləri üçün sui-istifadə edən bir çox adamları yığıb
Tbilisiyə göndərmək lazımdır ki, bir-iki gecə orada yatsınlar, iki
sutka yaşasınlar. Ondan sonra görərlər ki, dost, qonşu Gürcüstan
və onun vətəndaşları həqiqətən nə qədər ağır vəziyyətdədir.
Çünki onların qazı yoxdur, nefti yoxdur, elektrik stansiyalarının
gücü çox azdır və onları da işlətmək üçün yanacaq resursları
yoxdur.
Mən dedim, xarici ölkələrdən gələn bəzi nümayəndələr
Cənubi Qafqaz ölkələrinin hamısında olur, çox vaxt buraya
Gürcüstandan sonra gəlirlər. Onlar deyirlər ki, siz burada çox
gözəl şəraitdə yaşayırsınız. Hətta bəzi nümayəndələr bizdən
təkidlə xahiş edirlər ki, Gürcüstana kömək edin. Biz Gürcüstana
kömək edirik, həmişə eləmişik və bundan sonra da edəcəyik.
Amma son bir-iki ayda bir çox xarici dostlarımız təkidlə bizə
deyirlər ki, Gürcüstana qaz verin. Deyirəm ki, axı biz özümüzü
qazla təmin edə bilmirik. Həqiqətən, şəxsən mən dost, qardaş
gürcü xalqına, Gürcüstana, Gürcüstanın vətəndaşlarına
indiyədək hər dürlü köməyi etmişəm, bu gün də edirəm. Amma
deyəndə ki, bizim vəziyyətimiz belədir, deyirlər ki, yox, sizin
vəziyyətiniz tamamilə normaldır, özünüzü bir az da sıxsanız,
onlara kömək edə bilərsiniz. Həqiqətən də vəziyyət belədir.
Ona görə də yaranmış bugünkü vəziyyət heç də o qədər
dramatik deyildir. Mən istəyirəm bunu siz də biləsiniz,
Azərbaycanın ictimaiyyəti də bilsin - dramatik deyildir. Sadəcə,
əvvəlki vaxtlara nisbətən, keçən ilin bu vaxtına nisbətən bir az
gərginləşibdir.
Sual olunur, bəs onda nə üçün mən bu işlərə bu cür reaksiya
verirəm? Nə üçün belə həyəcanlı danışıram? Bu işlərə məsul
olan adamları nə üçün çox ciddi tənqid edirəm? Çünki bizim
imkanlarımız elədir ki, ölkəmizi bu günlərdə bu vəziyyətə
salmamalıydıq. İkincisi də, ölkəmizin əhalisini elə öyrətmişik ki,
- deyə bilmərəm ki, elektrik enerjisi, qaz və sairədən yük-
Dostları ilə paylaş: |