Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə87/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   83   84   85   86   87   88   89   90   ...   145

__________________________________________ 

297


dövlətlərini vətən seçən adamlara özlərini o ölkələrin tam 

hüquqlu vətəndaşları kimi hiss edə bilməsi üçün öz 

mədəniyyətini, dilini inkişaf etdirmək, təhsil almaq imkanı 

olmaqdan ötrü demokratik prosedurlarda nəzərdə tutulan bütün 

vəsitələrdən istifadə etmək imkanı yaradılmalıdır. Bu o 

deməkdir ki, Rusiya Federasiyası da birliyin müstəqil 

dövlətlərinin Rusiyada yaşayan vətandaşları üçün bunların 

hamısını etməlidir. Rusiya bu istiqamətdə ardıcıllıqla və 

qətiyyətlə fəaliyyət göstərəcəkdir. 

Heydər  Əliyev:  Mən  əlavə etmək istərdim. Bəyan edə 

bilərəm ki, Azərbaycanda rusdilli əhalinin vəziyyəti  əladır, 

bütün  şərait yaradılmışdır, rus məktəbləri var, rusdilli 

məktəblərdə çoxlu azərbaycanlı oxuyur. Bizim ancaq dərsliklərə 

ehtiyacımız var, onları da Moskvadan alırıq. Ona görə  də 

ölkəmizin rusdilli əhalisinin nümayəndələri, necə deyərlər, 

Azərbaycanın tam hüquqlu vətəndaşları  və  mənim  ən böyük 

dostlarımdır, onlar həmişə mənə səs verirlər. 



Vladimir Putin:  Mən bunu təsdiq edirəm. Bu, statistika 

məlumatı ilə də təsdiq olunur. Rusdilli əhalinin faiz etibarilə ən 

az axını Azərbaycandandır. 

 

  



 

  

 




__________________________________________ 

298


MOSKVADAN BAKIYA QAYIDARKƏN BİNƏ  

HAVA LİMANINDA JURNALİSTLƏRİN  

SUALLARINA CAVAB 

 

25 yanvar 2000-ci il 

 

S u a l: Cənab prezident, Siz Moskva görüşünü dönüş 



yaradan sammit adlandırdınız. Sizcə, bu görüşün əhəmiyyəti 

nədədir? 

C a v a b: Görüşün  əhəmiyyəti ondadır ki, bilirsiniz, 

Müstəqil Dövlətlər Birliyi neçə illərdir fəaliyyət göstərir, ancaq 

mənim verdiyim qiymət ondan ibarətdir ki, - orada mətbuat 

konfransı oldu, mən orada da demişəm, yəqin bizim televiziyada 

verəcəklər. eşidəcəksiniz, - dövlət başçılarının bu görüşü və 

aparılan müzakirələr, qəbul olunan qərarlar Müstəqil Dövlətlər 

Birliyinin indiyə qədərki bütün fəalliyyətindən fərqlənir. 

Dövlət başçılarının görüşü bağlı görüşdür. Bu görüş çox 

səmərəli, demokratik şəraitdə, fikir azadlığı  şəraitində keçdi. 

Həm öz fikrini dedi, cox məsələləri müzakirə elədik. Bəzi 

məsələlər, - hansılar ki, ümumi iclasa çıxarılmalı, qərar qəbul 

olunmalı idi, - onların bəziləri ayrıl-ayrı prezidentlərin iradına 

görə  qəbul edilmədi, təxirə salındı. Mən dövlət başçılarının 

görüşündən çox məmnunam. 

Bilirsiniz ki, biz hamımız eyni fikirdə idik ki, Müstəqil 

Dövlətlər Birliyinin Dövlət Başçıları  Şurasının sədri vəzifəsinə 

Putini seçək. Biz Putini də seçdik. Mən hesab edirəm ki, bu 

düzgündür. Çünki bizim hələ o formaya keçməyə ki, rotasiya 

olsun, hər ildə biri olsun, - bu, mümkün deyildir. Biz əvvəl belə 

qəbul eləmişdik ki, Yeltsinin prezidentlik müddəti qurta- 

  



__________________________________________ 

299


rana qədər o olsun, ondan sonra isə ildə bir respublika sədrlik 

eləsin. Ancaq indiki şəraitdə bu mümkün deyil. Ona görə də biz 

Putini seçdik. Mən hesab edirəm ki, bu, çox yaxşıdır. 

Mən çox razıyam. Hər halda, həm işin formasında, həm 

məzmununda, həm müzakirələrin aparılmasında, münasibətlərdə 

böyük keyfiyyət dəyişiklikləri var. Buna görə  də  mən bu 

görüşdən, sammitdən çox məmnunluqla qayıtmışam. 

S u a l: Koçaryanla görüşünüz, danışıqlarınız barədə  nə 

deyərdiniz? 

C a v a b: Koçaryanla görüşümüz təkbətək oldu. Ondan 

sonra bu görüşə Putin də qatıldı. Belə fikirləşdik, belə  qərara 

gəldik ki, biz bu dialoqu davam etdirməliyik. Güman edirəm ki, 

mən Davosda da onunla görüşəcəyəm. Hələ ki, görüşləri davam 

etdirməliyik, görək hansı  nəticəyə  gələ bilirik. Putin də bu 

məsələyə qatılanda dedi ki, Rusiya da lazımi nəticənin  əldə 

olunmasına çalışacaq, Ermənistan və Azərbaycan hansı razılığa 

gəlsələr, Rusiya onu həmişə dəstəkləyəcəkdir. 



S u a l : Cənab prezident, Siz Vladimir Putinlə ikitərəfli 

görüşün yekunlarını necə qiymətləndirirsiniz? 

C a v a b: Çox yaxşı qiymətləndirirəm. Bizim çox 

məzmunlu, çox yaxşı söhbətimiz oldu. Putin dedi ki, 

Azərbaycanda tədbirlər görulmüşdür. Çünki mən böyük 

iradlarımı bildirmişdim ki, Rusiyanın kütləvi informasiya 

vəsitələrində Azərbaycana və Gürcüstana qarşı  əsassız, 

tamamilə yalan məzmunlu kampaniya başlanmışdır. Onlar 

əsassız olaraq hesab edirlər ki, guya buradan silah göndərilir, 

yaraqlılar burada hazırlıq keçirlər. Mən dedim ki, buyurun, 

bütün istiqamətlər üzrə kompleks komissiya təşkil edin və 

Azərbaycana göndərin, qoy o komissiya baxsın, görək bu 

düşərgələr haradadır, yaraqlılar haradadır? Putin bunun 

cavabında dedi ki, yox, bu yazılanlar yalnız informasiyadır, biz 

hesab edirik ki, Azərbaycanda belə  şeylər yoxdur. Bir sözlə, 

şəxsən mən bu məsələni çox kəskin 

  



__________________________________________ 

300


qoymuşdum,   buna   münasibət   də   belə   oldu   ki,   onlar 

qəzetlərdə yazılanla razı deyillər. 



S u a l: Rusiyanın Ermənistana silah verməsi məsələsinin 

araşdırılması üzrə yaradılmış üçtərəfli komissiyanın işi 

barədə danışıqlar oldumu? 

C a v a b: Yox, bu barədə danışıq olmadı. Çünki onun yeri 

deyildi.  İki ildir ki, bu danışıq gedir, bunlar hamısı keçmiş 

prezidentin, keçmiş  rəhbərliyin vaxtında olmuşdur.  İndi bu 

məsələni qaldırmaq mənasızdır. Gərək yeni prezident seçilsin, 

yeni bir hökumət yaransın. Ondan sonra, təbiidir ki, biz bu 

məsələni qaldıracağıq, bunu heç vaxt unutmayacağıq. 



S u a l: Cənab prezident, mümkünsə, üç Cənubi Qafqaz 

dövləti prezidentlərinin Putinlə görüşü barədə  məlumat 

verərdiniz. 

C a v a b: Yaxşı görüş oldu. Dörd prezidentin - həm Cənubi 

Qafqaz ölkələrinin prezidentlərinin, həm də Rusiyanın 

prezidenti səlahiyyətlərini həyata keçirən Putinin iştirakı ilə 

yaxşı görüş oldu. Hesab edirəm ki, biz yaxşı söhbət etdik və ola 

bilər, belə söhbətlər gələcəkdə də davam edəcəkdir. 

S u a l: Cənab prezident, viza rejiminin tətbiqi haqqında 

qərar barədə söhbət oldumu? 

C a v a b: Bilirsiniz, o barədə heç sual da verən, cavab verən 

də yoxdur. Ancaq mən ümumi ahval-ruhiyyədən belə hiss 

edirəm ki, bu, eləcə danışıqdır, tətbiq olunmayacaqdır. 

S u a l: Cənab prezident, Ermənistanda Koçaryanın 

istefasını  tələb edən bir sıra partiyalar var. Artıq belə 

məlumatlar daxil olur ki, Koçaryanın istefası gözlənilir. 

Əgər Koçaryan istefa verərsə, Ermənistan-Azərbaycan 

danışıqları yenidənmi başlanacaq? Bu onu göstərmirmi ki, 

danışıqları yenidən başlamaqla proses uzadılır? 

C a v a b: Qızım, o qədər uzun sual verirsən ki - belə olsa nə 

olar, elı olsa nə olar... Mən sənə çox qısa, kəsə cavab 

verəcəyəm. Koçaryanın istefa məsələsini kim qaldırır, niyə 

qaldırır - mən bunu bilmirəm. Bunu orada-burada yazırlar. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə