Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə84/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   80   81   82   83   84   85   86   87   ...   145

__________________________________________ 

288


sələlərin bütün spektri üzrə  vəziyyəti çox sərbəst müzakirə 

etməyə imkanımız olsun. Bu, bizə bir-birimizi daha yaxşı başa 

düşməyə, bir-birimizin narahatlığını anlamağa imkan verir. Bu, 

birincisi. 

MDB-nin gələcəyi barədə. Belə düşünürəm ki, bugünkü 

çıxışın xarakterinin özü və müzakirə olunmuş mövzular 

əməkdaşlığımızın hansı istiqamətlərdə daha səmərəli ola 

biləcəyini göstərir. Söhbət  ən  əvvəl təhlükəsizlik, terrorizmə 

müqavimət məsələlərindən, tam bir sıra digər məsələlərdən 

getdi.  İqtisadi  əməkdaşlığın, iqtisadi inteqrasiyanın daha fəal 

getməsi üçün, zənnimcə, bütün ölkələrin iqtisadi islahatlarında, 

iqtisadi siyasətində mövqelərin müəyyən qədər 

uyğunlaşdırılması  gərəkdir ki, iqtisadiyyatlarımız bir-biri ilə 

bağlana bilsin. Bu halda MDB-nin ümumi məkanında 

hökumətlər-arası münasibətlərdə müəyyən  şərait yaradılaraq, 

inteqrasiya prosesləri avtopilot rejimində gedərdi. Əks halda biz 

hər bir qərarı hansısa güc tədbirləri vasitəsilə irəlilətməli olarıq. 

Zənnimcə, bu məsələni ciddi surətdə müzakirə etmək lazımdır 

ki, iqtisadi əlaqələrimiz MDB iqtisadi inteqrasiya vəsitəsilə  də 

əsaslı  şəkildə möhkəmlənsin. Bu gün əmtəə dövriyyəsinə dair 

göstəricilər bunun tamamilə əksinə olduğuna dəlalət edir. Bütün 

səylərimizə baxmayaraq, hələlik iqtisadi dezinteqrasiya gedir. 

Növbəti iclasımızda ümumi diqqətin məhz bunun üzərində 

cəmləşdirilməsini istərdim. 



Eduard  Şeverdnadze  (Gürcüstan prezidenti) : Xanımlar və 

cənablar, həmkarlarım sualmıza  ətraflı cavab verdilər. Rusiya 

üçün və müstəqil dövlətlər üçün gördüyü bütün işlərə görə Boris 

Nikolayeviç Yeltsinə dərin hörmət bəslədiyimizi bir daha təsdiq 

etmək istəyirəm. 

Həmçinin nəzərə çarpdırmaq istəyirəm ki, biz Vladimir 

Vladimiroviç Putini MDB Dövlət Başçıları Şurasının sədri kimi 

yüksək vəzifəyə namizəd göstərənda və hamılıqla təsdiq edəndə 

yekdil rəydə olduq. Onun bu ilk görüşü, ilk iclası necə 

  

 



      


__________________________________________ 

289


inamla, səriştə ilə keçirdiyini görmək və müşahidə etmək, 

zənnimcə, bizim hamımıza çox xoş təsir bağışladı. 

Diqqəti cəlb etmək istədiyim ikinci bir məsələ barəsində. 

Bizim hamımızda ehtiyac yaranmışdır ki, qapalı iclaslar deyilən 

belə iclaslarda vaxtı çatmış problemlərə daha çox diqqət yetirək, 

ciddi reqlamentlə kifayətlənməyərək dörd-beş saat, nə  qədər 

lazımdırsa vaxt sərf edək ki, aramızda problemlər yığılıb 

qalmasın. 

Beynəlxalq terrorizmə, ölkələrimizdə hələ də qarşılaşdığımız 

terrorizmə, mütəşəkkil cinayətkarlığa, tacavüzkar separatizmə, 

təcavüzkar millətçiliyə bütün həmkarlarımın, bütün 

prezidentlərin kəskin, daha məsuliyyətli münasibətini də 

vurğulamaq istərdim. Təəssüf ki, bu hallar kifayət qədər dərin 

kök atmışdır və  hər birimiz, hamımız onlara qarşı  əlbir, daha 

kəskin mübarizə aparmağa hazırıq. 

Terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə 

ölkələrimizin hüquq-mühafizə orqanları, güc strukturları 

arasında  əməkdaşlığın vacibliyini nəzərə çarpdırmaq istəyirəm. 

Deməliyəm ki, bu baxımdan Rusiyanın Daxili İşlər Nazirliyi çox 

yaxşı nümunə göstərir. Mən bunu ona görə demirəm ki, nazir 

buradadır. Biz həqiqətən yəqin etmişik ki, cinayətkarlara qarşı 

görülən birgə tədbirlər nə dərəcədə səmərəlidir. 

Daha bir məsələ barəsində. Qəbul etdiyimiz qərarların, yaxşı 

qərarların yerinə yetirilməməsi praktikamızda prinsipcə qeyri- 

məqbuldur. Bu, azad ticarət sahəsində  də, iqtisadi inteqrasiya 

sahəsində  də, bir çox digər sahələrdə  də belədir. Zənnimcə 

bugünkü gündən sonra, xüsusən apreldə keçiriləcək növbəti 

görüşdən sonra biz prinşipcə bütün məsələlərdən çox ətraflı  və 

konkret şəkildə danışacağıq. 

Daha bir məsələ. Regional təhlükəsizlik məsələsi ciddi 

şəkildə müzakirə edildi və bu barədə  də tamamilə konkret 

mülahizələr söylənildi. Sağ olun. 

  



__________________________________________ 

290


Əsgər Akayev (Qırğızıstan prezidenti). Hörmətli xanımlar və 

cənablar, 2000-ci ildə MDB çərçivəsində ölkələrimiz arasında 

daha səmərəli  əməkdaşlığın uğurlu olacağına məndə  də 

nikbinlik və əminlik hissi var. Sağ olun. 



İmaməli Rəhmənov  (Tacikistan prezidenti): Hörmətli 

xanımlar və cənablar, nə isə əlavə etmək çətindir, çünki hörmətli 

həmkarlarım bugünkü görüşün və  qəbul olunmuş  qərarların 

mahiyyətini izah etdilər. Mən yalnız Vladimir Vladimiroviç 

Putini sədr vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik 

etmək və  qəbul etdiyimiz qərarların həyata keçirilməsində ona 

uğurlar arzulamaq istəyirəm. Sağ olun. 

İslam Kərimov (Özbəkistan prezidenti): Kütləvi informasiya 

vəsitələrinin hörmətli nümayəndələri, hörmətli dostlar, ilk öncə 

bildirmək istərdim ki, MDB-nin mövcudluğu  ərzində  dəfələrlə 

elə  vəziyyətlər, Mən deyərdim, ekstremal vəziyyətlər 

yaranmışdı ki, əvvəlcədən, xüsusən, kütləvi informasiya 

vasitələrində belə mülahizələr və fikirlər söylənilirdi ki, MDB 

dağılmaq üzrədir, can üstədir, MDB əslində amorf və azsəmərəli 

təşkilatdır, guya vəziyyət elədir ki, MDB sabah öz varlığına son 

qoyacaqdır. 

Deməliyəm ki, MDB-nin iclasının yanvarda keçirilmə vaxtı 

Boris Nikolayeviç Yeltsin MDB Dövlət Başçıları Şurasının sədri 

və Rusiya prezidenti olarkən təyin edilmişdi. Buna görə  də ilk 

öncə qeyd etmək istərdim ki, MDB-nin növbəti zirvə görüşünün 

keçirilmə tarixi qabaqcadan müəyyənləşdirilmişdi. Lakin 

dekabrın 31-də Boris Nikolayeviç. Yeltsin istefa verən kimi və 

Vladimir Vladimiroviç Putin Rusiya prezidenti vəzifəsinin 

icraçısı  təyin olunan kimi MDB-nin perspektivləri barədə, 

MDB-nin sabah fəaliyyət göstərib-göstərməyəcəyi barədə yenə 

də müəyyən fikirlər, mülahizələr söylənməyə başladı. Bu 

faktdır. Bütün bunlar sabah MDB-yə kimin rəhbərlik edəcəyi ilə 

və ya MDB-də  sədrlik edəcəyi ilə bağlı idi. Bu diskussiya üç 

həftə ərzində davam etdi, getdikcə 

  

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə