Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə82/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   78   79   80   81   82   83   84   85   ...   145

__________________________________________ 

282


Mən Leonid Daniloviçlə razıyam ki, bu gün söhbət yeni 

tərkibdə, Birlik Dövlətləri Başçıları  Şurasının yeni sədri 

Vladimir Vladimiroviç Putinin iştirakı ilə getdi. Demək olar, 

bütün prezidentlər öz fikrini söylədi. Biz MDB-nin daha 

dinamik birlik olması üçün, hamını qane edə biləcək təmas 

nöqtələrini tapmaq üçün azad ticarət zonası rejimi çərçivəsində 

imkanlar və  əlavə yollar axtarışı yönümündə  işi davam 

etdirəcəyik. 

Çox geniş  səpkili məsələlər müzakirə olundu. Onların 

bəziləri üzrə  işçi qruplar yaradılması barədə razılığa gəldik və 

düşünürəm ki, biz apreldə növbəti dəfə toplaşdıqdan və güman 

ki, tam bir sıra problemlərə, ilk növbədə iqtisadi problemlərə 

yanaşılmasının ümumi yollarını tapdıqdan sonra daha dəqiq 

cavab ala biləcəksiniz. Sağ olun. 



Nursultan Nazarbayev  (Qazaxıstan prezidenti): MDB-nin 

böhran keçirdiyini biz iki ildən də çox əvvəl Kişinyovda qeyd 

etmişdik. Onda biz heç bir qərar qəbul etmədik və bir sənəd - 

azad ticarət zonası yaradılması haqqında sənəd üzərində işləmək 

barədə razılığa gəldik. Bu iş  mənə tapşırılmışdı  və  mən Qərbi 

Avropa Birliyinin təcrübəsini öyrənərək, təklifimi prezidentlərin 

hamısına göndərdim. Lakin Kişinyov görüşündən bəri bu 

günədək heç bir əməli iş görülməyibdir. 

Təbii ki, sədrin dəyişdiyi bu görüşdə, - Boris Nikolayeviç 

İstefaya getdi və MDB-yə yeni sədr, Rusiya prezidentinin 

vəzifəsini icra edən  şəxs başçılıq etdi, - heç birimiz qlobal 

məsələlərin həll olunması  vəzifəsini qarşıya qoymamışdıq. 

Lakin görüşün qapalı hissəsində  əla diskussiya, sərbəst fikir 

mübadiləsi getməsini, hər kəsin MDB-dən nə gözlədiyini 

açıqlamasını müsbət hal sayıram. Onu da müsbət hal sayıram ki, 

biz hər halda, növbəti iclasımızadək bir neçə  məsələ üzrə  işçi 

qrupu yaratmaq tapşırığı verdik: 

 

  




__________________________________________ 

283


Birincisi, azad ticarət zonasının xarici sərhədlərini müəyyən 

etmək, bunsuz heç bir azad ticarət zonası olmayacaqdır. 

İkincisi, terrorizmə, narkobiznesə  və ekstremizmə qarşı 

mübarizə  mərkəzi yaradılması  məsələsi barədə. Bu məsələ  və 

bütün dövlətlərin Təhlükəsizlik  Şuraları  məşğul olacaqdır. 

Zənnimcə, bu, tamamilə konkret qərardır. 

Hesab edirəm ki, bu gün diqqəti üç məsələlər - iqtisadi 

inteqrasiya, təhlükəsizlik məsələləri və humanitar məsələlər 

üzərində  cəmləşdirmək lazımdır. Bax, dövlətlərimiz bu üç 

məsələdə strateji əməkdaşlıq edə bilərlər. 

Ümidvaram ki, bütün təkliflər, o cümlədən azad ticarət 

zonasına dair təkliflər sadə insanlara doğru atılan  ən sadə 

addımdır. Avrasiya ideyası  həmin ideyaları  qəbul edən 

dövlətlərlə 

gələcək danışıqlarımızda irəlilədiləcəkdir. 

İnteqrasiyanın bütün bu məsələləri barədə öz rəyi olan 

dövlətlərə isə biz hörmət və etimadla yanaşmalı, bir-birimizi 

başa düşməliyik. 



Aleksandr Lukaşenko (Belarus Respublikasının prezidenti): 

Hörmətli yoldaşlar, həmkarlarımın burada dediklərinə  nə isə 

əlavə etmək yəqin ki, çətindir. Mən ancaq problemi 

konkretləşdirib cavab verməyə çalışacağam. 

Bu gün biz siyasi cəhətdən mühüm məsələ olan kadr 

məsələsinə, təşkilati və iqtisadi məsələlərə baxdıq. Bu onu 

göstərir ki, gündəlik hərtərəfli hazırlanmışdı və müzakirə getdi. 

Burada kadr məsələsindən danışıldı. Biz Dövlət Başçıları 

Şurasının sədrini seçdik. Belarus tərəfi Vladimir Vladimiroviç 

Putinin bu vəzifəyə seçilməsini,  əvvəla, Rusiya Federasiyasına 

böyük etimad kimi, ikincisi isə, bu çox böyük dövlətə hazırda 

başçılıq edən insana etimad kimi qiymətləndirir. 

Terrorizmə, ekstremizmə qarşı müqavimət göstərilməsinə aid 

məsələ  və bu dəhşətli bəlalara qarşı mübarizə proqramının 

işlənib hazırlanması haqqında qəbul edilmiş  qərarlar mühüm 

siyasi məsələdir. 

  

 



__________________________________________ 

284


  

Biz həmçinin razılığa gəldik ki, Müstəqil Dövlətlər Birliyi 

Baş  Qərargahı - İcraiyyə Komitəsi strukturlarının yaradılması 

aprel-may aylarınadək başa çatdırılacaq və bu model əvvəlcə 

Dövlət Başçıları  Şurası  sədrinin - Vladimir Vladimiroviç 

Putinin, sonra isə ümumi iclasın müzakirəsinə veriləcəkdir. 

Dediyim kimi, bu, əsas təşkilati məsələdir. 

Çox mühüm olanı budur ki, bu gün azad ticarət zonası 

barədə, - ancaq təəssüflər olsun, növbəti dəfə, - fikir mübadiləsi 

aparıldı. Bilirsiniz ki, qəbul etdiyimiz axırıncı  sənədi yalnız üç 

dövlət hələ  də ratifikasiya etməmişdir. Bir dövlət isə onu 

ümumiyyətlə, imzalamamışdır. O yerdə ki, bu sənədi 

ratifikasiya etmişlər, o, həmin dövlətlərdə qanuna çevrilmişdir. 

Onu öz parlamentlərində ratifikasiya etməyənlərin hamısı 

bildirmişdir ki, bu sənədlər yaxın vaxtlarda ratifikasiya üçün 

təqdim olunacaqdır. Bu, Müstəqil Dövlətlər Birliyinin 

mövcudluğu  ərzində atılmış  ən iri addım olacaqdır və biz 

işimizin ən başlıca istiqamətini - iqtisadi inteqrasiya məsələlərini 

qanunvericilik yolu ilə təsdiqləyəcəyik. 

Ümumiyyətlə desək, bugünkü iclasın fərqləndirici 

xüsusiyyəti onun çox dinamik, çox demokratik və çox 

konstruktiv keçməsindən ibarətdir ki, bunu da mən  ən  əvvəl 

Dövlət Başçıları  Şurasının yeni seçilmiş  sədri ilə bağlayıram. 

Sağ olun. 



Heydər Əliyev: Hörmətli xanımlar və cənablar, MDB Dövlət 

Başçıları Şurasının bugünkü iclasını əlamətdar və hətta müəyyən 

dəracədə tarixi iclas hesab edirəm. Belə ki, MDB-nin əsası 

qoyulandan bəri ona Boris Nikolayeviç sədrlik edirdi, biz 

səmərəli işinə görə ona təşskkürümüzü bildirdik. Bu gün isə 

Dövlət Başçıları  Şurasının yeni sədrini - Rusiya Federasiyası 

prezidentinin vəzifəsini icra edən Vladimir Vladimiroviç Putini 

seçdik. Bununla da biz Rusiyaya və prezident vəzifəsini icra 

edən Vladimir Vladimiroviç Putinə yenidən inam və ümidlə 

etimad göstərdik ki, o, Rusiyanın prezidenti seçiləcəkdir.  Elə 

bugünkü görüşümüz də cəmiyyətin 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə