Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə85/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   81   82   83   84   85   86   87   88   ...   145

__________________________________________ 

291


də artdı və məsələ bu gün, nəhayət, həll olundu. İnformasiyalara 

nəzər yetirsək görərik ki, dünənədək belə bir fikir vardı ki, 

kimsə namizəddir, kimsə  əleyhinə  çıxacaqdır və sair. Lakin 

MDB-də kimin sədrlik edəcəyi barədə lap son vaxtadək 

müəyyən fikir olmamışdır. Mən Rusiya prezidentinin vəzifəsini 

icra edən Vladimir Vladimiroviç Putinin MDB-nin sədri 

vəzifəsinə yekdilliklə seçilməsindən mən xoşhal oldum və bunu 

nəzərə çarpdırmaq istəyirəm. Təkrar edirəm, xoşhal oldum. 

Başqa fikir söyləyənlər müəyyən dərəcədə məyus oldular, yaxud 

sabah məyus olacaqlar. 

Nə üçün bu fikirdəyəm? Mən bu mövzuda artıq çoxdan 

danışmışam,  bu, Özbəkistanın nöqteyi-nəzəridir, - və demişəm 

ki, MDB-nin mövcudluğu özlüyündə Rusiyanın MDB-də necə 

çıxış elməsindən və MDB-nin perspektivlərini, mənasını necə 

görməsindən, MDB-nin birləşdirici pilləsi, hətta deyərdim, bel 

sütunu olan Rusiyanın birliyin tərkibinə daxil olan ölkələrə 

münasibətindən çox asılıdır. Təkrar edirəm, MDB-nin 

mövcudluğunun, öz perspektivlərimizi müəyyənləşdirməyin 

dönüş  mərhələsində olduğumuz bir vaxtda Vladimir 

Vladimiroviç Putinin MDB Dövlət Başçıları  Şurasının sədri 

seçilməsi haqqında bugünkü qərarı, hətta deyərdim, ən prinsipial 

qərarı dönüş yaradan, həlledici və MDB-nin sabah da var 

olacağına böyük nikbinlik aşılayan qərar hesab edirəm.  Əks 

halda, - mən bunu dünən də, bir qədər əvvəl də demişəm, - əgər 

bu gün başqa bir qərar qəbul etsəydik, əminəm ki, onda MDB-

nin perspektivləri xəyali olardı. Çünki əminəm ki, başqa düzgün 

bir qərar mövcud deyildi. 

Buna görə  də demək istərdim ki, əlbəttə, biz bu gün çox 

məsələləri müzakirə etdik, lakin prinsipial məsələ məhz bundan 

ibarət idi ki, sabah MDB-yə kim rəhbərlik edəcək, birliyin 

perspektivlərini kim müəyyənləşdirəcək və Rusiya prezidentinin 

vəzifəsini icra edən Vladimir Putini bu vəzifəyə seç- 

  

 

 




__________________________________________ 

292


  

mək üçün biz bir-birimizi nə  dərəcədə başa düşəcək və  zəka 

nümayiş etdirəcəyik. 

Başa düşürəm, bəziləri deyə bilərlər ki, Vladimir 

Vladimiroviç Putinin bu vəzifəyə seçilməsini dəstəkləmək də 

MDB ölkələri rəhbərlərinin müəyyən dərəcədə xidmət 

göstərmək istəyi var. Bu kürsüdən istifadə edərək demək 

istərdim ki, bəli, burada iki fikir ola bilməz, biz Vladimir 

Vladimiroviç Putini MDB Dövlət Başçıları  Şurasının sədri 

vəzifəsinə  dəstəkləməklə Rusiya prezidenti vəzifəsində kimi 

görmək istədiyimiz barədə öz mülahizəmizi, buna, ola bilər, öz 

münasibətimizi ifadə edirik. 

Vurğulamaq istədiyim ikinci məsələ. MDB-nin, nəhayət, işə 

düşməsi üçün Rusiyanın növbəti dəfə bu mexanizmdən istifadə 

etmək imkanı yaranmışdır. Biz hamımız başa düşürük ki, MDB 

yaranması  məntiqi qərardır. Dünən Eduard Amvrosiyeviçin 

qeyd etdiyi kimi, MDB olmasaydı, onda biz Yuqoslaviya 

variantı ilə gedəcəkdik. Odur ki, MDB lazım idi. Lakin birliyə 

yeni nəfəs, yeni təkan vermək gərəkdir.  Əgər Rusiya MDB-yə 

arxalanmaq istəyirsə,  əgər Rusiyanın mənəfeləri həm də 

postsovet məkanında müəyyənləşirsə, onda bu imkandan istifadə 

etməlidir. Hesab edirəm ki, bu gün biz Vladimir Vladimiroviç 

Putini sədr vəzifəsinə seçməklə Rusiyaya MDB-ni 

möhkəmlətmək üçün bir daha imkan veririk ki, onun 

perspektivləri meydana gəlsin. 

Sözümü tamamlayaraq nə demək istərdim? Vladimir 

Vladimiroviç indi dedi ki, bəzi yerlərdə müəyyən qüvvələr 

peyda olmuşdur və onlar hansısa boşluqlar, zəif nöqtələr aşkara 

çıxarırlar ki, bunların vəsitəsilə nəinki MDB-ni dağıtsınlar, həm 

də bəzi coğrafi-siyasi məqsədlərini həyata keçirsinlər. Mən hətta 

deyərdim ki, yoluxucu ekspansiya prosesi gedir, bunu başqa cür 

adlandırmaq olmaz, çünki ekstremizm, beynəlxalq terrorizm və 

bunlarla bağlı olanlar artıq MDB ərazisinə soxulur. Əgər biz 

buna birlikdə müqavimət göstər- 

  



__________________________________________ 

293


məsək, onu lazımınca dəf etməsək, sabah artıq gec olacaqdır. 

Bununla əlaqədər mən bu gün qəbul edilmiş qərarı və Vladimir 

Vladimiroviç Putinin verdiyi bəyanatı tamamilə  dəstəkləyirəm 

ki, qoy ümid bəsləməsinlər. Mən Putinin bu bəyanatında özüm 

üçün ciddi bir dəstək görürəm. Bilmək istəsəniz, bu, məndə 

nikbinlik doğurur ki, Rusiyanın simasında biz elə bir qüvvəyə 

arxalana bilərik ki, bu qüvvə postsovet məkanında terrorizmin, 

ekstremizmin ekspansiyası prosesi baş verdiyi bir vaxtda 

müəyyən mərkəzlərdə hazırlanan bütün bu coğrafi-siyasi 

planları, bəslənilən ümidləri bizimlə birlikdə  dəf edəcəkdir. 

Sözümü bununla bitirmək istərdim. 

S u a l: Mənim sualım dörd prezidentədir. Bü gün dörd 

dövlətin - Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstanın 

dövlət başçılarının görüşü keçirilmişdir. Bu görüşün 

yekunları barədə danışa, habelə belə bir suala cavab verə 

bilərsinizmi ki, regional təhlükəsizlik modeli necə, hansı 

prinsiplər əsasında və hansi formatda olmalıdır? 

Robert Koçaryan: Biz həqiqətən belə formatda görüşdük və 

bu, bir vaxtlar keçirilən, təəssüf ki, ənənəyə çevrilməyən 

Kislovodsk görüşünün bir növ davamı oldu. 

Deməliyəm ki, bu gün biz hansısa müəyyən qərarlar qəbul 

etmədik. Amma, zənnimcə, başlıca bir qərar qəbul olundu -belə 

bir ümumi razılığa gəlindi ki, bu məsləhətləşmələri davam 

etdirmək lazımdır, regional təhlükəsizlik üzrə  vəziyyəti necə 

təsəvvür etdiyimizi müəyyənləşdirməyə çalışmaq, bölgənin 

bütün ölkələri üçün, xüsusən həmin məsələni müzakirə etmiş 

dörd ölkə üçün məqbul olan regional təhlükəsizlik formulunu 

tapmaq gərəkdir. 

İkincisi. Biz bütün bu məsələləri, sadəcə olaraq, 

konkretləşdirmək və bu görüşlərimizi müəyyən sistemli işə 

çevirməyə çalışmaq barədə razılığa gəldik. Bu işin məntiqi 

sonluğu isə, görünür, regional təhlükəsizlik sistemi 

yaradılmasından ibarət olmalıdır.      Mən   Ermənistanın   bu   

məsələdə   mövqeyindən 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə