__________________________________________
294
ayrıca danışa bilərdim, lakin bunu etmək istəmirəm, çünki
ümidvaram ki, biz, hər halda, ümumi mövqeyi
müəyyənləşdirəcəyik. Həm də ona görə danışmıram ki,
mövqelərdəki fərq barədə indi diskussiya açılmasını istəmirəm,
fərq isə, yəqin ki, var.
Eduard Şevardnadze: Mən dörd prezidentin bir araya
gələrək, bu çox kəskin problemləri müzakirə etməsi faktının
özünə böyük əhəmiyyət verirəm. Bu, birincisi.
İkincisi. Əlbəttə, biz narahatlıq və təşviş hissi keçirdiyimizi
bildirdik ki, vaxtilə qəbul edilmiş yaxşı qərarlardan, o cümlədən
hazırlanmasında və qəbul olunmasında əslində bütün
prezidentlərin, - mən Cənubi Qafqaz ölkələrinin prezidentlərini,
Şimali Qafqaz xalqlarının liderlərini nəzərdə tuturam, - iştirak
etdiyi Kislovodsk bəyannaməsinin potensialından istifadə
olunmamışdır. Eləcə də bir çox maraqlı fikirlər, tam konkret
təklif və araşdırmalar kağız üzərində qalmışdır.
Üçüncüsü. Ermənistan prezidenti Robert Koçaryanın
dedikləri barədə. Biz razıyıq ki, bu problemlərə daha sistemli
şəkildə yanaşmaq, yəni sistemli əsasda görüşmək və qəbul
edilmiş qərarların həyata keçirilməsinə çalışmaq lazımdır. Hesab
edirəm ki, dörd prezidentin burada, Moskvada görüşməsi üçün
Vladimir Vladimiroviç Putinin göstərdiyi təşəbbüs, şübhəsiz,
nəticəsiz qalmayacaqdır.
H e y d ə r Ə 1 i y e v: Məlumdur ki, Qafqaz Müstəqil
Dövlətlər Birliyində mürəkkəb bölgələrdən biridir. Cəsarətlə
deyə bilərəm ki, o, hətta dünya miqyasında mürəkkəb
bölgələrdən biridir. Qafqazda münaqişələr baş verir, 1988-ci
ildən bəri Dağlıq Qarabağ münaqişəsi - Ermənistanla
Azərbaycan arasında münaqişə gedir, Abxaziya münaqişəsi
gedir. Habelə Şimali Qafqazda da uzun illərdən bəri davam edən
münaqişə. Ona görə də bu bölgəyə çox böyük diqqət yetirilməli
idi. Mənim fikrim isə belədir ki, bunu Rusiya etməli idi, çünki
biz hamımız uzun müddət Rusiyanın tərkibində, Sovet İttifaqı-
__________________________________________
295
nın tərkibində olmuşuq, Rusiya, Moskva tərəfindən idarə
edilmişik, onların rəhbərliyi altında olmuşuq.
Amma çox təəssüf ki, indiyədək bu bölgəyə lazımi diqqət,
nəinki lazımi, həm də ümumən diqqət göstərilməmişdir. 1996-cı
ildəki Kislovodsk görüşümüz yaxşı görüş idi. Lakin o görüş, -
bu gün mən bunu deyə bilərəm, - bəlkə də epizodik xarakter
daşımışdır, halbuki onda biz yaxşı bəyannamə qəbul etmişdik.
Ancaq açığını deyəcəyəm, o vaxt həmin görüş başqa məqsədlər
də güdürdü. Odur ki, Rusiya tərəfindən bu münaqişələrə
indiyədək diqqət yetirilməməsi bizi, şübhəsiz, həmişə ağır
vəziyyətə salmışdır və salır. Təbii ki, Cənubi Qafqazda
təhlükəsizlik üçün şərait olmamasından, Şimali Qafqazda da
mürəkkəb problemlər olmasından Rusiyanın özü də çətinliklər
çəkir.
Vladimir Vladimiroviç Putinin təşəbbüs göstərməsini və
prezident vəzifəsini icra edən yeni bir şəxs kimi vəziyyətin
ondan ötrü mürəkkəb olmasına baxmayaraq, vaxt ayırmasını,
bizimlə görüşüb fikir mübadiləsi aparmasını artıq irəliyə doğru
əhəmiyyətli addım sayıram.
Həmkarlarımın dediyi kimi, biz məsələlər barəsində
həqiqətən fikir mübadiləsi apardıq, onları müzakirə etdik.
Əlbəttə, hər hansı qərarlardan danışmaq hələlik tezdir. Ancaq
bu, irəliyə doğru getməkdir və Qafqazda və Cənubi Qafqazda
təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına Rusiyanın
böyük maraq göstərdiyinə sübutdur.
Əlbəttə, Cənubi Qafqazda tam təhlükəsizliyi və əməkdaşlığı
təmin etmək üçün münaqişələri, xüsusən Ermənistanla
Azərbaycan arasındakı münaqişəni, habelə digər münaqişələri
aradan qaldırmaq lazımdır. Bunsuz təhlükəsizlikdən ciddi
şəkildə danışmaq mümkün deyil. Şimali Qafqazda münaqişənin
nizama salınmalı olmasına və bundan ötrü tədbirlər gorüldüyünə
gəldikdə isə, bu da bütün Qafqazda vəziyyətin tədriclə
sabitləşdirilməsi üçün mühüm addımdır. Bu görüşü
__________________________________________
296
çox faydalı hesab edirəm, onu gələcək qarşılıqlı fəal
tədbirlərimiz üçün başlanğıc sayıram və buna ümid
bəsləyəcəyəm.
Vladimir Putin: Azərbaycan prezidenti Heydər Əliyeviç
Əliyevin indi söylədiyi bu sözlərlə, zənnimcə razılaşmayan
olmaz ki, şübhəsiz, Qafqaz nəinki postsovet məkanında ən
mürəkkəb bölgələrdən biri, həm də ümumiyyətlə, dünyanın ən
mürəkkəb bölgələrindən biridir. Biz belə bir fikirlə razılaşdıq və
diskussiyamızın iştirakçılarından birinin dediyi kimi, regional
sahədə birgə işimiz hansısa yeni fikir ayrılıqları doğurmamalı,
bu prosesin iştirakçılarının dünyanın başqa ölkələri, başqa
dövlətləri ilə, o cümlədən də Qafqazın yaxnılığında yerləşən
ölkələrlə əməkdaşlığına hər hansı yeni əngəllər törətməməlidir.
Qətiyyən törətməməlidir. Burada biz məlum tələbi prinsip -
«ziyan vurma» prinsipi üzrə hərəkət edəcəyik. Bu, birincisi.
Diqqəti cəlb etmək istədiyim ikinci məsələ. İstisnasız olaraq
hamı razılaşdı ki, əgər biz diskussiyanı belə bir heyətdə davam
etdirsək, onda, şübhəsiz, hamılıqla qəbul olunmuş beynəlxalq
hüquq prinsipləri əsasında hərəkət edəcəyik, onların arasında ən
ümdə prinsiplərdən biri isə dövlətlərin ərazi bütövlüyünün
sözsüz tanınmasından ibarətdir. Ümidvaram ki, bölgədə baş
verən mürəkkəb prosesləri nəzərə alaraq, bu dediklərimi siz də
bizim başa düşdüyümüz kimi başa düşürsünüz.
Nəhayət, fəaliyyətimizin, şübhəsiz, yalnız bir son məqsədi
ola bilər - sabitlik, sülh və tərəqqi üçün şəraitin yaradılması.
Sual (Rusiya): Vladimir Vladimiroviç, siz MDB
ölkələrində rusdilli əhalinin vəziyyəti barədə Rusiyanın
mövqeyini dəqiqləşdirə bilərsinizmi?
Vladimir Putin: Mövqeyimiz çox sadə və açıqdır. Biz bunu
əsas götürürük ki, rus dilini öz ana dili sayan, Rusiyada yaşamaq
istəyən adamlara bundan ötrü hüquq və imkan verilməlidir.
MDB-nin bu gün yaşadıqları müstəqil
Dostları ilə paylaş: |