Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə94/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   90   91   92   93   94   95   96   97   ...   145

__________________________________________ 

321


 

icra hakimiyyəti başçıları, - mən onları buraya təsadüfi dəvət 

etməmişəm,- hər biri məsuliyyət daşıyır. Təəssüf ki, onlar 

məsuliyyəti hələ anlaya bilmirlər. Bakı böyük şəhərdir, hər bir 

şeyi təkcə Bakı  İcra Hakimiyyətinin başçısından tələb etmək 

olmaz. Əgər bu rayonlar olmasaydı, onda başqa məsələ. Bakı nə 

üçün rayonlara bölünüb? Çünki böyük şəhərdir. O, ayrı-ayrı 

rayonlara bolünüb - on bir rayondur. Hər rayonun icra 

hakimiyyətinin başçısı öz ərazisində  məsuliyyət daşıyır. Ona 

görə dediyim bu sözlər Azərbaycandakı bütün icra orqanlarına 

aiddir,  şəhər, rayon icra hakimiyyəti başçılarına aiddir -

Sumqayıtınkına da, Bakınınkına da, Bakının rayonlarına da, 

Gəncəninkinə də, başqasına da - hamısına. 

Bir tərəfdən, rejim yaratmaq lazımdır - qənaət rejimi. İkinci 

tərəfdən də, Nazirlər Kabineti əlavə tədbirlər görməlidir. Mazut 

məsələsinə; başqa məsələlərə,- burada dedilər, Fərhad Əliyev də 

hansısa fikirləri söylədi, başqaları da söylədilər, Natiq Əliyev də 

neft dəyişdirmək məsələsini söylədi,- bunların hamısına sabah 

baxın. Hansı mümkündür, əlverişlidir -təcili tədbirlər görün. 

Yenə deyirəm, tədbirlər çox sürətlə  həyata keçirilməlidir. 

Çünki bu tədbirlər bizə iki ay üçün lazımdır - yanvarın sonuna 

qədər, fevral-mart aylarında. Artıq apreldə bu qədər gərginlik 

olmayacaqdır. Ona görə beş gün tədbirin hazırlanmasına, beş 

gün onun, nə bilim, yoxlanmasına, beş gün təsdiq edilməsinə 

vaxt ayırsanız, onda vaxt gəlib keçəcək, sizin tədbirləriniz də 

lazım olmayacaqdır". 

Ən nəhayət, barter məsələsi. Mən dedim, - Nazirlər Kabineti 

və Baş nazir mənə bu barədə ayrıca izahat verməlidir. Ancaq bir 

daha hamınıza deyirəm: barter mənim fərmanımla qadağan 

olunub və bu gün bir də qadağan edirəm. Deyirəm ki, bundan 

sonra kim bu işlə məşğul olacaqsa, o, çox ciddi cəzalanacaqdır. 

  

 



 


__________________________________________ 

322


Sonra, deyirlər ki, qarşılıqlı hesablaşmadan çox sui-istifadə 

edirlər. Mən Nazirlər Kabinetinə tapşırıram ki, qarşılıqlı 

hesablaşma məsələsi ilə çox ciddi məşğul olsunlar. Çünki 

burada hər iki tərəf dövlət vəsaitini mənimsəyir. Hər iki tərəf. 

Ona görə də hər iki tərəf buna maraqlıdır. Amma bu, bizə, bizim 

dövlətimizə ziddir. Əgər onlar dövlətimizə, hökumətimizə, 

ölkəmizə  zərər vurmaq istəyirlərsə, biz bunun qarşısını 

almalıyıq. Bunu nazirlər kabineti etməlidir və bununla ciddi 

məşğul olmalıdır. 

Təəssüflər olsun ki, nazirliklərdə,  şirkətlərdə müxtəlif belə 

fırıldaqlar,- bu gün bu sözü əvvəl də demişəm,- mövcuddur. 

Mən tələb edirəm ki, bunlara son qoyulsun. Tələb edirəm və 

bilin ki, çox ciddi tədbirlər görəcəyik. 

Mən bu gün iki nəfər vəzifəli şəxsi azad etdim. Bundan hamı 

- burada oturanlar və oturmayanlar da özü üçün nəticə 

çıxarmalıdır. İnanıram ki, vətəndaşlarımız bizim bu müzakirənin 

verilişini dinləyərək hərə özü üçün nəticə çıxaracaqdır. İnanıram 

ki, vətəndaşlarımız qənaət məsələlərinə ciddi münasibət 

göstərəcəklər. Sizdən və bütün hakimiyyət orqanlarından, icra 

orqanlarından tələb edirəm ki, mənim verdiyim göstərişlər 

həyata keçirilsin. 

Sağ olun. 

  

 



__________________________________________ 

323


ÜMUMDÜNYA İQTİSADİ FORUMUNDA  

İŞTİRAK ETMƏK ÜÇÜN İSVEÇRƏNİN DAVOS  

ŞƏHƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

27 yanvar 2000-ci il 

 

S u a l: Cənab prezident, səfərinizin məqsədi haqqında 

məlumat verməyinizi xahiş edirik. 

C a v a b:  Səfərimin məqsədi Davos forumunda iştirak 

etməkdir. Bilirsiniz ki, bu, beynəlxalq forumdur, əsasən iqtisadi 

məsələlərə həsr olunur. Amma proqram almışıq, indi orada 90-

dan artıq məsələ qoyulur. Bu, təkcə iqtisadi forum deyil, çox 

qlobal dünya məsələlərinə həsr olunan forumdur. 

Mən bir dəfə, 1995-ci ildə bu forumda olmuşam. Hər il dəvət 

edilirəm, amma getməyə imkan, bəzən də ehtiyac olmayıbdır. 

Bu dəfə isə  mən foruma getmək barədə  qərar qəbul etmişəm, 

oraya gedirəm. Orada bölmələr var ki, Azərbaycan bilavəsitə 

iştirak etməlidir. Məsələn, Böyük İpək yolu haqqında, Xəzər 

hövzəsi, dənizi haqqında, enerji resursları haqqında bölmələrdə 

Azərbaycanın bilavəsita iştirakı lazımdır. Ancaq vaxta 

baxacağıq. Orada çoxlu başqa da maraqlı mövzular var. Yəqin 

ki, imkan dairəsində onlarda iştirak edəcəyəm. 

Davosda ikitərəfli görüşlər çox ola bilər. Çünki oraya çox 

dövlətlərin başçıları  gəlirlər. Artıq bir neçəsi ilə danışıqlarımız 

var ki, görüşəcəyik. Bir neçəsi ilə  də danışıqlar aparılır. Bu 

forum respublikamız üçün çox faydalıdır, mənfəətlidir və buna 

görə də oraya gedirəm. 

  

 



  


__________________________________________ 

324


S u a l: Cənab prezident, Siz Bakı - Ceyhan layihəsi ilə 

bağlı  sərmayələr cəlb olunması barədə danışıqlar 

aparacaqsınızmı? 

C a v a b: Bilirsiniz, bu sərmayəni biz cəlb etmirik, onu 

Türkiyə, konsorsium cəlb edir. Onlar da bunu artıq cəlb ediblər. 

Sərmayə  məsələsində problem yoxdur. Mən keçən dəfə 

Rusiyadan, Moskvadan gələndə dedim ki, bir-iki məsələ qalıb, 

onlar da həll olunacaqdır. 

S u a l: Cənab prezident, Klintonla görüş, yaxud da 

Koçaryanla görüşünüzdə onun iştirakı gözlənilirmi? 

C a v a b: Mən orada Koçaryanla mütləq görüşəcəyəm, biz 

bu barədə Moskvada danışmışıq. Klinton oraya gələcək, güman 

edirəm ki, onunla da görüş olacaqdır. Olbrayt orada olacaq, 

güman edirəm, onunla da görüş olacaqdır. Başqa dövlət başçıları 

ilə də görüşlər olacaqdır. 

S u a l: Dediniz ki, orada Xəzər hövzəsi ilə  əlaqədər 

danışıqlar olacaqdır. 

C a v a b: Danışıqlar yox, müzakirələr gedir, müxtəlif 

ekspertlər hərə öz fikrini deyir. Əlbəttə ki, orada bizim fikrimiz 

çox  əhəmiyyətlidir. Orada elə bir konkret sual yoxdur ki, buna 

cavab verəsən. Ümumi fikir mübadiləsi gedir. 



S u a l: Hazırda Azərbaycan Futbol Federasiyaları 

Assosiasiyasının FİFA-dan çıxmaq ehtimalı yaranıbdır. Bu, 

Azərbaycan idmanına necə təsir göstərə bilər? 

C a v a b: Bilirsən, mən idmanla o qədər məşğul olmuram. 

Amma hesab etmirəm ki, Azərbaycan FİFA-dan çıxacaqdır. 

Mən gələn kimi dedilər ki, səlahiyyətli regional futbol 

federasiyalarının hamısı toplaşıb və bizim çox yaxşı 

futbolçumuz, məşhur bir şəxs olan Ələkbər Məmmədovu sədr 

seçiblər: Hesab edirəm ki, bu, ən düz qərardır. Çünki, bilirsən, 

çəkməçi çəkmə tikməlidir, aşpaz aş bişirməlidir, dərzi paltar 

tikməlidir, başqaları da hərə öz işini görməlidir. Futbol elə 

şeydir ki, gərək burada futbol mütəxəssisi olsun. İndiyə  qədər 

Musayev özünü oraya təyin etmişdi. Doğrudur, deyirlər ki, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə