Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə91/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   87   88   89   90   91   92   93   94   ...   145

__________________________________________ 

312


sək səviyyədə istifadə etmək üçün imkanları var, - onlar bu 

baxımdan, bu problem nöqteyi-nəzərindən, hər halda, 

başqalarına nisbətən qat-qat yaxşı səviyyədə yaşayırlar. İnsanlar 

buna öyrənəndə, alışanda bir balaca çətinliyə dözə bilmirlər. 

Amma başqa yerdə insanlar bir il, iki il o ağır vəziyyətə alışanda 

onlarda dözümlülük xüsusiyyətləri daha da artır. 

Vaxtilə, 70-ci illərdə biz respublikanın bütün ərazisini 

qazlaşdırdıq,  ən ucqar dağ  kəndlərinə qaz çəkdik.  İndi nəinki 

onlarda, bəzi rayon mərkəzlərində  də qaz olmayanda problem 

yaranır, narazılıq qalxır. Mən bəzən soruşuram - axı 1970-ci ilə 

qədər sizdə qaz yox idi, amma siz yaşayırdınız. Nə cür 

yaşayırdınız? 

Bizim qonşu Türkiyənin, dost ölkənin qaza olan ehtiyacı ildə 

40 milyard kubmetrdir. Amma o, ancaq bir-iki böyük şəhəri 

qazla təmin edə bilir, başqa yerlərdə yoxdur. 

İnsanlar yaxşı şəraitə öyrənirlər, ona görə istəyirlər ki, həmişə 

belə olsun. Azərbaycan prezidenti kimi, şəxsən mən istəyirəm 

ki, ondan da yaxşı  şərait olsun. Amma gərək bu, imkan 

çərçivəsində, imkan daxilində olsun. 

Beləliklə, nə  nəticə  çıxarmaq olar? Gərək hər bir vətəndaş 

respublikanın vəziyyətini dərk edə  və  çətinliklərə dözə bilsin, 

xırda bir məsələ olan kimi problem yaratmasın. Amma eyni 

zamanda, bu məsələlərə məsul olan şəxslər,- hansı ki, bu salona 

toplaşıblar,- buraxılan səhvlərə görə  məsuliyyət daşıyırlar. Bir 

də ona görə ki,- vergi müfəttişliyinin rəisi də burada dedi,-onlar 

nəinki imkanlarından səmərəli istifadə etmirlər, hətta maliyyə 

pozuntularına yol verir, alman az gəlirin bir hissəsini 

mənimsəyirlər. 

Demək, vəzifədə olan şəxs həm özü yaxşı  şəraitdə yaşayır, 

həm də qanunsuz olaraq cibini doldurur. Bunlar hamısı da bizim 

vətəndaşlarımızın həyatına mənfi təsir göstərir. Mən hesab 

edirəm ki, bizim üçün ən böyük bəla da budur. Əgər hər bir 

vəzifəli şəxs, hökumət üzvü, şirkət rəhbəri, icra haki- 

  



__________________________________________ 

313


miyyətinin başçısı, başqa dövlət adamı anlasa ki, 8 milyonluq 

əhalinin içərisində sayca az adamlara belə etibar olunub, 

səlahiyyətlər verilib, xalqına, millətinə, vətəninə xidmət etmək 

üçün ona şərait yaradılıbdır və o, birinci növbədə bunları 

etməlidir, öz şəxsi məqsədini güdməməlidir - onda biz, bax, bu 

imkanlarla vətəndaşlarımızı, təbiidir ki, daha da yaxşı yaşada 

bilərik. 

Ancaq təəssüflər olsun,- mən bunu demişəm və bu gün də 

deyirəm,- vəzifəli  şəxslərin vəzifədən sui-istifadə etməsi, 

Azərbaycanda korrupsiyanın mövcud olması  və  bəzi yerlərdə 

artması, dövlət vəsaitinin mənimsənilməsi var. Bunu da ancaq 

dövlət, hökumət işində məsul vəzifədə olan şəxslər edir. 

«Azərenerji»nin başçısını danışdırırsan, hər dəfə belə  təsvir 

edir ki, hər bir şey yaxşıdır. Müslüm İmanov təcrübəli adamdır, 

bu sistemdə çoxdan işləyir. Vaxtilə onu işdən 

kənarlaşdırmışdılar, mən onu bu vəzifəyə  təyin elədim. Ancaq 

Müslüm  İmanov bilməlidir ki, ona nə  qədər xəbərdarlıq etmək 

olar, nə  qədər danışmaq olar? Onun müavini var, çağırıblar, 

buradadırmı? Familiyan nədir? Novruzov, əyləş. Mənə dedilər 

ki, sən bütün alqı-satqı  məsələləri ilə  məşğul olursan, bu sahə 

səninkidir. Sənin oradakı  işlərin haqqında çox mənfi siqnallar 

gəlir. Baş nazir mənə bu barədə bir neçə  dəfə deyibdir. 

Elədirmi? Deyib ki, bu barədə Müslüm İmanova xəbərdarlıq 

olunubdur. Amma Müslüm İmanov deyir ki, mən onsuz nə 

işləyə bilərəm, nə yaşaya bilərəm. Ona görə  mən səni 

vəzifəndən azad edirəm. Müslüm İmanov yaşaya bilərsə, 

yaşasın, yaşaya bilməzsə, onu da azad edacəyəm. 

Bir belə siqnallar gəlir, - yoxlamaq, baxmaq lazımdır. 

Müslüm  İmanov bunları yoxlamaq əvəzinə, özü üçün nəticə 

çıxarmaq  əvəzinə yapışıb ki, mən onsuz yaşaya bilmərəm. Baş 

nazir ona bu barədə neçə dəfə deyibdir. Mən Müslüm İmanova 

xəbərdarlıq edirəm. 

«Azəriqaz».  İkinci dəfədir bizim müşavirələrdə danışır. Elə 

danışır, elə bil ki, dünyanı artıq fəth edibdir. Orada bir sədr 

  



__________________________________________ 

314


 

 

 



vardı, pis işləyirdi. Bu gün müşavirənin  əvvəlində dediyim 

həmin fırıldaqların təşkilatçılarından biri idi ki, guya 

Azərbaycanı  təchiz eləmək üçün Türkmənistandan qaz alıblar. 

Həddindən artıq vəsait ələ keçiriblər və biz o borclardan indi də 

çıxa bilmirik. Biz onu işdən kənarlaşdırdıq, neft şirkətindən bir 

neft idarəsinin rəisini oraya qoyduq. Familiyası, gərək ki, 

Vəlizadə idi. Bir müddət - bilmirəm, altı ay, yeddi ay, səkkiz ay 

işlədi. Nazirlər Kabineti mənə  məlumat verdi ki, bu, işləyə 

bilmir. Yaxşı, işləyə bilmir, azad elədim. Orada guya 

kabinetinin də təmirinə çox pul xərcləmişdi. 

O vaxtdan orada sədr yoxdur. Camalovu sədr vəzifəsini icra 

edən təyin ediblər. Birincisi, bizim hamımızın - həm Nazirlər 

Kabinetinin, həm Prezident Aparatının günahıdır ki, bəzi belə 

vacib sahələrdə boşluq yaranıbdır. İkincisi isə, Camalova imkan 

verilibdir ki, yaxşı  işləsin, bəlkə  də  sədr ola bilər. Ancaq mən 

onun yaxşı işini görmürəm. 

Vəzifələrə  təyinolunma məsələsini burada yenə demək 

istəyirəm. Mən bu gün bunu Mehdiyevə  də, Rasizadəyə  də 

dedim. Hərə götürür öz istədiyi kimi özünə müavin təyin edir. 

Bir nazir özünə müavin təyin edir, - heç xəbərimiz yoxdur, -

ikisini təyin edir, üçünü təyin edir. Belə  şey ola bilməz! Nazir 

dövlət başçısının fərmanı ilə  təyin olunmalıdır, müavinləri 

dövlət başçısının sərəncamı ilə  təyin edilməlidir. Qalanları biz 

veririk onların səlahiyyətinə. 

Amma Camalov özü sədr  əvəzi olaraq özünə  sədrin birinci 

müavinini təyin eləyir, sonra bir müavin təyin eləyir. Bu gün 

ondan soruşurlar, deyir ki, yox, onlar elə-belə... Necə  yəni, 

onları sən təyin eləmisən - sənin nə ixtiyarın var? Sən də bizim 

ümidlərimizi doğrutlmadın. Səni də  vəzifədən azad edirəm. 

Rasizadəyə, Mehdiyevə tapşırıram ki, «Azəriqaz»ın rəhbərliyini 

möhkəmləndirmək üçün beş gün müddətində  təkliflərini 

versinlər. 

Bakı şəhərində elektrik şəbəkəsində vəziyyət pis olaraq 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə