Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə102/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   98   99   100   101   102   103   104   105   ...   145

__________________________________________ 

354


 

 

böyük nailiyyətlər  əldə olunmuşdur. Mən Sizi Mozambikdə 



görmək arzusundayam. 

Heydər  Əliyev:  Mən Sizə beynəlxalq təşkilatlarda 

Azərbaycanın haqq işinə verdiyiniz dəstəyə görə 

minnətdarlığımı bildirirəm. Sizi Azərbaycana rəsmi səfərə dəvət 

edirəm. 


Ç i s s a n o: Dəvətinizi məmnuniyyətlə qəbul edirəm, cənab 

prezident. 

  



__________________________________________ 

355


GÖRKƏMLİ İCTİMAİ XADİM,  

MƏŞHUR MALİYYƏÇİ VƏ XEYRİYYƏÇİ  

CORC SOROS İLƏ GÖRÜŞDƏKİ  

SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

  

Heydər  Əliyev:  Cənab Soros, xoş gördük Sizi. Sizinlə 

görüşməyimdən şad olduğumu bildirirəm. 

Corc Soros: Sizinlə, cənab prezident, şəxsi tanışlığımdan 

məmnunluq duyuram. Mən Soros fondunun Azərbaycandakı 

fəaliyyətindən razı olsam da, bu fəaliyyətin daha da 

intensivləşməsinə çalışacağam. 



Heydər  Əliyev:  Mən fondun ölkəmizdə gördüyü işləri 

yüksək dəyərləndirirəm. Bununla belə, Azərbaycan ilə Soros 

fondu arasında  əməkdaşlığın daha da genişlənməsinə ehtiyac 

hiss edilir. 

Mən Sizi, cənab Sorosu Azərbaycana dəvət edirəm. 

Corc Soros:  Təşəkkür edirəm, cənab prezident. Dəvətinizi 

məmnuniyyətlə  qəbul edirəm. Vaxt tapıb bu dəvətdən mütləq 

istifadə edəcəyəm. 

 

 



 

  



__________________________________________ 

356


NORVEÇİN BAŞ NAZİRİ  

KİYEL MAQNE BONDEVİK İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Bondevik: Cənab prezident, Sizinlə yenidən görüşməyimdən 

şərəf duyduğumu bildirirəm. Bakıya səfərim zamanı Sizinlə 

apardığım danışıqları həmişə məmnunluqla xatırlayıram. 

Mən ötən ilin noyabrında  İstanbulun məşhur «Çırağan» 

sarayında Bakı-Ceyhan  əsas ixrac boru kəməri barədə sazişin 

imzalanması  mərasimində  iştirak etdim və bu sənədə imza 

atdım. Bu tarixi əhəmiyyətli hadisə Norveçdə  də böyük rəğbət 

doğurdu. 

«Statoyl»  şirkəti Bakı-Ceyhan  əsas ixrac boru kəməri üzrə 

yaradılmış konsorsiumun ən fəal üzvlərindən biridir. Bakıda 

çoxdan fəaliyyət göstərən bu şirkətə diqqət və qayğıya görə sizə 

bir daha minnətdarlığımı bildirirəm. 

Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf 

etməsindən məmnun qaldım. Sizin rəhbərliyiniz ilə 

Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu 

sahəsində görülən işlər Norveçdə  də böyük maraq doğurur. 

Norveç  şirkətləri Azərbaycanda öz, işlərini genişləndirmək və 

ölkənizə daha çox investisiya qoymaq niyətindədir. 

Heydər Əliyev: Cənab Baş nazir! Səmimi sözlərə görə Sizə 

təşəkkür edirəm. Norveçlə bütün sahələrdə  əlaqələrin 

möhkəmləndirilməsinə Azərbaycan da xüsusi əhəmiyyət verir. 

  

 



 

 



__________________________________________ 

357


     Mən Azərbaycanda «Neft fondu» yaradılması haqqında 

fərman imzaladım. Qabaqcıl neft dövlətlərindən biri olan 

Norveçin bu sahədə təcrübəsini öyrənmək üçün respublikamızın 

xüsusi bir nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur. 

Nümayəndə heyətimiz Norveçdə yaranmış «Neft fondu» 

haqqında dəyərli məlumatlar gətirmişdir. Sözsüz, həmin 

qabaqcıl təcrübə ölkəmiz üçün faydalı olacaqdır. 

Mənim məşhur alim və səyyah Tur Heyerdal ilə şəxsi dostluq 

əlaqələrim var. Azərbaycan və Norveç xalqları arasında 

münasibətlər qədim tarixə malikdir. 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılması üçün Minsk qrupu çərçivəsində  və birbaşa 

danışıqlar aparılır. Ölkəmizin haqq işini beynəlxalq təşkilatlarda 

dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığımı 

bildirirəm. 

 

 



  


__________________________________________ 

358


ABŞ-ın «ŞEVRON» ŞİRKƏTİNİN  

PREZİDENTİ RİÇARD MATSKE İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Riçard Matske: Salam. Hörmətli prezident! Sizinlə yeni 

görüşümdən çox məmnunam. Ötən ilin noyabrında  İstanbulda 

Bakı-Ceyhan  əsas ixrac neft boru kəməri barədə sazişin 

imzalanması münasibətilə Sizi ürəkdən təbrik edirəm. «Şevron» 

şirkəti Azərbaycanda fəaliyyətini davam etdirir. «Abşeron» 

yatağında tezliklə yeni quyu qazacaqdır. Həmin yataqdan çox 

böyük miqdarda qaz gözlənilir.  Əminəm ki, Azərbaycan yaxın 

zamanlarda həm də qaz ixrac edən  ən böyük ölkələrdən birinə 

çevriləcəkdir. Azərbaycan qazının ixrac olunması üçün Türkiyə 

hökuməti ilə danışıqlar aparırıq. 

«Şevron»  şirkəti Azərbaycandakı  fəaliyyətinə çox böyük 

əhəmiyyət verir və ölkəmizin "uzunmüddətli tərəfdaşı kimi 

Bakı-Ceyhan və Transxəzər boru kəmərlərinin reallaşması üçün 

əlindən gələni etməyə hazırdır. 

Mən Sizin Davos İqtisadi Forumunun «Qafqazın və Mərkəzi 

Asiyanın perspektivləri:  İpək yolu və ya böyük oyun» 

mövzusunda keçirilmiş sessiyasında çıxışınızı və suallara ətraflı 

cavablarınızı diqqətlə dinlədim. 

Cənab prezident, Sizin öz fikirlərinizi həmişə açıq və 

qətiyyətlə bildirməyiniz məndə xüsusi rəğbət doğurur. 

Heydər  Əliyev:  Mən Sizin verdiyiniz məlumatlardan çox 

razıyam. Ötən ilin noyabrında İstanbulda Amerika pre- 

  

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə