Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə98/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   94   95   96   97   98   99   100   101   ...   145

__________________________________________ 

335


S u a l: Azərbaycan və Ermənistan burada, Davosda hər 

hansı ikitərəfli danışıqlar aparacaqlarmı? 

Heydər  Əliyev:  Bəli, biz burada ikitərəfli danışıqlar 

aparmağı  nəzərdə tuturuq. Ermənistan prezidentinin və 

Azərbaycan prezidentinin görüş vaxtı artıq müəyyən edilmişdir. 

 

 



  


__________________________________________ 

336


İSVEÇRƏ KONFEDERASİYASININ  

PREZİDENTİ ADOLF OQİ İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

28 yanvar 2000-ci il 

 

Adolf  Oqi:  Cənab prezident, xoş  gəlmisirnz. Sizinlə 

görüşdən çox məmnunam. Dünya İqtisadi Forumunda iştirak 

etmək üçün İsveçrəyə  gəldiyinizə görə Sizə minnətdarlıq 

edirəm. 

Heydər  Əliyev: Qonaqpərvərliyə görə, cənab Oqi, Sizə 

təşəkkür edirəm.  Əmin olduğumu bildirirəm ki, Davos İqtisadi 

Forumu iştirakçı ölkələr, o cümlədən Azərbaycan ilə  İsveçrə 

arasında  əməkdaşlığın daha da möhkəmlənməsinə kömək 

göstərəcəkdir. 

Adolf Oqi: Müstəqil Azərbaycan Respublikasında, cənab 

prezident, Sizin rəhbərliyiniz ilə  həyata keçirilən siyasi və 

İqtisadi islahatları yüksək dəyərləndirirəm. Mən ölkənizdə 

gedən prosesləri maraqla izləyirəm. 



Heydər  Əliyev: Hüquqi, demokratik, dünyəvi dövlət quran 

müstəqil Azərbaycan Respublikasının çətinlikləri çoxdur, 

ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsidir. 12 ildən bəri davam edən bu münaqişə 

nəticəsində Azərbaycan torpaqlarının 20 faizi , o cümlədən 

Dağlıq Qarabağ  və onun ətrafında olan rayonlar Ermənistan 

hərbi hissələri tərəfindən işğal edilmişdir. Bu münaqişə zamanı 

bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla 

qovulmuş, 7 ildən bəri çadırlarda ağır şəraitdə yaşayırlar. 

  



__________________________________________ 

337


Ermənistan-Azərbaycan müharibəsində 1994-cü ildən atəşkəs 

rejimi davam edir. Bu münaqişənin sülh yolu ilə  həlli üçün 

yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. 

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları 

İsveçrənin sədrliyi ilə 1996-cı ildə Lissabonda zirvə görüşü 

keçirdi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə 

aradan qaldırılması uçün orada prinsiplər qəbul olundu. ATƏT-

in o vaxtkı icraçı  sədri.  İsveçrə nümayəndəsi Flavya Kottinin 

verdiyi bəyanat çox mühümdür. Həmin bəyanat Lissabon 

sammitində iştirak edən 53 ölkənin dövlət və hökumət başçıları 

tərəfindən qəbul olundu, təkcə Ermənistan bu sənədi 

imzalamadı. 

ATƏT-in Lissabon zirvə görüşündə bu tarixi əhəmiyyətli 

sənədin qəbul olunmasına görə  İsveçrə hökumətinə  və xalqına 

öz dərin minnətdarlığımı bildirirəm. 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunması üçün Minsk qrupu çərçivəsində  və birbaşa danışıqlar 

aparılır, ATƏT-in  İstanbul sammitində da bu barədə müəyyən 

müzakirələr gedir. Ölkəmiz bu təcavüz nəticəsində çox ağır 

problemlərlə üzləşsə  də biz münaqişənin tezliklə sülh yolu ilə 

aradan qaldırılmasını istəyirik. 

Biz ölkələrimiz arasında bir çox sahələrdə  əlaqələri 

genişləndiririk.  İsveçrənin Ey-Bi-Bi şirkətinin respublikamızda 

gördüyü işlərdən çox razıyam. 

Onu da deyim ki, İsveçrə şirkətlərinin Dağlıq Qarabağda saat 

istehsal etmək, zərgərlik işləri görmək, bank təsis etmək cəhdləri 

yolverilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə 

İsveçrə XİN-ə nota göndərmişdir. 



Adolf Oqi:  Mən bizim ölkəmizin  şirkətlərinin bu 

hərəkətindən çox təəssüflənirəm.  İsveçrə dövləti bu barədə 

lazımi tədbirlər görəcəkdir. 

  



__________________________________________ 

338


ATƏT-in MİNSK QRUPUNUN ABŞ-dan OLAN  

HƏMŞƏDRİ GERRİ KAVANO İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

28 yanvar 2000-ci il 

 

Gerri Kavano: Hörmətli cənab prezident! Xoş gördük. 

Sizinlə görüşümdən məmnunam. Əmin olduğumu bildirirəm ki, 

Sizin Davosda keçirdiyiniz görüşlər, apardığınız danışıqlar 

Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında 

mühüm rol oynayacaqdır. 

Mən Dünya İqtisadi Forumunda «Qafqazın və  Mərkəzi 

Asiyanın perspektivləri:  İpək yolu və ya böyük oyun» 

mövzusunda keçirilən sessiyanın işini diqqətlə izləyirəm. Sizin 

çıxışınızı 

və suallara verdiyiniz cavabları yüksək 

qiymətləndirirəm. 



Heydər  Əliyev:  Təşəkkür edirəm, cənab Kavano. Mən 

burada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll 

edilməsi üçün birbaşa danışıqlar apardım. Bu münaqişənin 

tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun və 

həmsədrlərdən biri olan Amerika Birləşmiş Ştatlarının bu sahədə 

səylərini artırmalarına ehtiyac duyulur. 



Gerri Kavano:  Cənab prezident. Sizi əmin edirəm ki, 

prezident Robert Koçaryanla apardığınız danışıqlar Amerika 

Birləşmiş  Ştatları  tərəfindən dəstəklənir. Sizin dediyiniz kimi, 

Minsk qrupunda Amerika öz fəaliyyətini gücləndirməyə 

hazırdır. 

  



__________________________________________ 

339


İSVEÇRƏ KONFEDERASİYASININ  

FEDERAL MALİYYƏ NAZİRİ  

KASPER VİLLİNGER İLƏ GÖRÜŞDƏ 

SÖHBƏT 

 

Davos 

 

28 yanvar 2000-ci il 

 

Heydər Əliyev: Hörmətli cənab Villinger!  

Mən İsveçrəyə işgüzar səfərə gəlməyimdən çox məmnunam. 

Bura çox gözəl yerdir. Mən sizin ölkənin prezidenti ilə  də 

görüşmüşəm. Mən beş il bundan əvvəl buraya gəlmişdim. Bir 

daha deməliyəm ki, sizin ölkəniz doğrudan da gözəldir və 

burada çox işlər görülübdür. Mən burada çoxlu görüşlər 

keçirirəm. Danışıqlar aparıram. 



Kasper Villinger:  Cənab prezident, bir daha bildirirəm ki, 

Sizi burada görməyimdən çox məmnunam. Xatırlayıram ki, 

Azərbaycana səfərim zamanı da Sizinlə görüşmək  şərəfi mənə 

nəsib olmuşdu. Mən o vaxt Sizinlə keçirdiyim çox maraqlı 

müzakirələri heç vaxt unutmuram. Siz 1995-ci ildə Davosda 

olarkən təəssüf ki, Sizinlə görüşə bilməmişdim. O vaxt mən 

İsveçrə Konfederasiyasının prezidenti idim. Ölkəmizdə bu 

vəzifədə olan adam hər il dəyişir. 



Heydər Əliyev: İsveçrə Konfederasiyasında belə bir sistemin 

mövcudluğundan məlumatım var. Təəssüf ki, siz prezident 

olanda sizinlə görüşməmişəm. Amma indi maliyyə naziri ilə də 

görüşmək mənim üçün xoşdur. 



Kasper Villinger:  Səmimi sözlərinizə görə minnətdarlığımı 

bildirirəm. Yəqin ki, mən iki ildən sonra yenidən 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə