Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə83/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   79   80   81   82   83   84   85   86   ...   145

__________________________________________ 

285


  

demokratikləşdirilməsi, bazar iqtisadiyyatının inkişaf etdirilməsi 

və ölkələrimizin hamısında mövcud olan bütün nöqsanların 

aradan qaldırılması üçün Rusiyanın həyata keçirdiyi xəttin 

müəyyən dərəcədə dəstəklənməsi demikdir. Demokratikləşdirmə 

və bazar iqtisadiyyatı sahəsində Rusiyanın həmişə - keçmişdə 

də, bu gün də bizə nümunə olduğunu nəzərə alaraq ümid edirik 

ki, indi bu proseslər daha uğurla inkişaf edəcəkdir. 

Əvvəlki bütün iclaslarla müqayisədə, mən dövlət başçılarının 

indiki qapalı iclasından daha çox məmnunluq duydum. 

Həqiqətən, demokratiklik, sərbəst fikir mübadiləsi mühiti 

yaradılmışdı. O qədər də çox sənəd qəbul etməsək, müzakirə 

üçün hazırlanmış  bəzi sənədləri imzalamasaq və ya qabul 

etməsək də, həm MDB-nin fəaliyyəti ilə bağlı, həm də 

beynəlxalq xarakterli bir çox məsələlər barəsində olduqca 

səmərəli fikir mübadiləsi apardıq. Ümidvaram ki, bu görüşü 

dönüş nöqtəsi adlandırmaq olar, əlbəttə, bir şərtlə ki, MDB 

rəhbərliyindəki bu cür ruh, bu cür mövqe, bu cür demokratizm 

bundan sonra da davam və inkişaf etdirilsin. 

Əlbəttə, bu cür şəraiti bütün dövlət başçıları yaratmışdılar, 

çünki fəallıq çox idi. Bunun uçün şəraiti, imkanları isə yeni 

sədrimiz yaratmışdı, buna görə mən ona şəxsən minnətdaram. 



Vladimir Putin  (Rusiya Federasiyası prezidenti vəzifəsini 

icra edən): Sağ olun, Heydər Əliyeviç. 

Mətbuatın diqqətini buna cəlb etmək istəyirəm ki, bütün 

MDB ölkələri ilə  əməkdaşlıq Rusiya üçün mütləq öncül 

istiqamət olub, indi də belədir və  gələcəkdə  də belə olacaqdır! 

Mütləq öncül istiqamət! Biz bu münasibəti birlik çərçivəsində 

çoxtərəfli  əsasda da inkişaf etdirməyə hazırıq, bunu regional 

əsasda da etməyə hazırıq. Bunun səbəbi aydındır. Belə ki, 

keçmiş Sovet İttifaqı  məkanında milyonlarla rus yaşayır, 

milyonlarla adam rus dilini ana dili hesab edir, onlar rus 

mədəniyyəti ilə bağlıdırlar. Bu aydındır. 

  

 



__________________________________________ 

286


   

Bütün bunlarla yanaşı, - bu gün biz hətta qabaqcadan 

planlaşdırılmış diskussiya çərçivəsindən kənara çıxaraq bu 

barədə  də kifayət qədər  ətraflı danışdıq, - bildirdik ki, istehsal, 

təsərrüfat, iqtisadi əlaqələrimizi dəstəkləmək və inkişaf etdirmək 

lazımdır. Azad ticarət zonası üzrə diskussiya da məhz bu 

səbəbdən yarandı. O, birgə  işimizin planında nəzərdə 

tutulmamışdı. 

Mənə elə  gəlir ki, biz əməkdaşlığımızın bəzi prinsipial 

əsaslarının başa düşülməsində  həqiqətən irəliləmişik. Bildirdik 

ki, MDB yaradılarkən çoxları bu təşkilata keçmiş Sovet 

İttifaqının qalığı kimi, Sovet İttifaqından qalmış  təzahür kimi 

baxırdılar, guya bu təzahür ona görə meydana gəlmişdi ki, bir 

tərəfdən, dezinteqrasiya ilə bağlı  mənfi proseslər sarıdan 

narahatlıq vardı, ölkələrimizin xalqlarını arxayın etmək lazım 

idi, digər tərəfdən, bu prosesin bütün iştirakçıları  kəskin dönüş 

hərəkətlərinə  bəlkə  də hazır deyildilər. Bunu da açıq etiraf 

etmək lazımdır. 

Bu gün aydındır ki, postsovet məkanında azad, tamamilə 

müstəqil dövlətlər yaranmışdır və bu baxımdan Müstəqil 

Dövlətlər Birliyinin rolu da xeyli dərəcədə  dəyişir. O, vəhid 

dövlət çərçivəsində olduğumuz dövr ərzində yaxşı, ən yaxşı nə 

vardısa, onların hamısını qoruyub saxlamağa kömək edən 

mexanizmə çevrilməlidir. Belə imkanlar da var. Onlar əsasən 

bundan irəli gəlir ki, bu cür tələbat var və biz bu tələbatın 

ödənilməsi mexanizmləri haqqında danışdıq. 

Mən sizin diqqətinizi buna cəlb etmək istərdim ki, işin 

gedişində  təhlükəsizlik məsələlərinə xeyli fikir verildi. Bu da 

təsadüfi deyildir. Sovetlər  İttifaqı parçalandıqdan sonra bəzi 

mərkəzlərdə, - Özbəkistan prezidenti bu gün bu barədə kifayət 

qədər inandırıcı  şəkildə danışdı, - bəzi xarici mərkəzlərdə belə 

bir xülya yarandı ki, postsovet məkanında zəif yerlər  əmələ 

gəlmişdir və burada beynəlxalq terrorizmin və ekstremizmin ən 

müxtəlif formaları və növləri fəal inkişaf edə bilər. 

  



__________________________________________ 

287


Aydın başa düşülür ki, bizim buna haqqımız yoxdur və onlara 

heç bir imkan verməyəcəyik. Heç bir imkan. Bizim birgə 

səylərimiz fəal, qətiyyətli və  səmərəli olacaqdır. Birgə 

səylərimiz Qırğızıstana qarşı lap bu yaxınlarda müşahidə 

etdiyimiz sui-qəsdlə  əlaqədər indiyədək göstərilmiş  səylərə 

nisbətən daha səmərəli olacaqdır. Məhz buna görə elə 

danışıqların istisnasız olaraq bütün iştirakçıları terrorizmə  və 

ekstremizmə qarşı, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 

üzrə birgə dövlətlərarası  məqsədli proqram hazırlanmasının və 

bu proqram çərçivəsində vahid antiterror mərkəzi yaradılması 

imkanlarının nəzərdən keçirilməsinin zəruriliyi barədə 

Qazaxıstan prezidentinin hazrlanmış  qərarlar çərçivəsindən 

kənara çıxan təklifini dəstəklədilər. Biz bir sıra ölkələrin silahlı 

qüvvələrinin bu ilin yazında Özbəkistan və  Qırğızıstan 

ərazisində birgə  təlimlər keçirmək niyyətini bəyəndik. 

Təlimlərdə beş dövlətin silahlı qüvvələri iştirak edəcəklər. 

Sözümün sonunda bildirmək istərdim ki, Rusiya 

nümayəndəsinin MDB Dövlət Başçıları  Şurasının sədri 

seçilməsi  İnteqrasiya proseslərində Rusiyanın rolunun etirafı 

deməkdir. Odur ki, bu qərara görə bütün həmkarlarıma öz şəxsi 

minnətdarlığımı ifadə etmək istəyirəm. Mən bunu qapalı iclasda 

demişəm və  zənnimcə, mətbuat qarşısında da demək doğru 

olardı ki, birlik dövlətlərinin liderləri simasında biz böyük 

dövlət fəaliyyəti və ictimai fəaliyyət təcrübəsinə malik insanları 

görürük və onların məni sədr vəzifəsinə seçmək barədə 

Rusiyanın xeyrinə olan qərarı  şəxsən mənim üçün böyük 

şərəfdir. Onlara çox sağ olun deyirəm. 

Robert Koçaryan (Ermənistan prezidenti): Hörmətli dostlar, 

hamının dediyi kimi, bu iclasın xüsusiyyəti gündəliyin və 

reqlamentin çərçivəsindən çox-çox kənara çıxan açıq söhbət 

getməsindədir. Əlbəttə, hesab edirəm, buna Rusiya prezidentinin 

vəzifəsini icra edən Vladimir Putin istiqamət verdi. Zənnimcə, 

biz hamımız istərdik ki, hər bir iclasda mə- 

  

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə