Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə80/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   76   77   78   79   80   81   82   83   ...   145

__________________________________________ 

274


tələrində Azərbaycanın ünvanına irəli sürülən bir çox 

ittihamlrın necə qiymətləndirirsiniz? 

C a v a b: Mən buna inanmiram. Mən belə başa düşürəm ki, - 

Azərbaycan rəhbərliyi ilə bizim aramızda  şəxsi  əlaqələr də 

genişdir, - terrorçuları  dəstəkləmək bir ölkə, respublika olaraq 

Azərbaycanın dövlət mənəfelərinın xeyrinə deyildir. 

Azərbaycan dünyəvi dövlətdir. İslam Azərbaycanda əsas dindir, 

amma bu, - təməlçi, xüsusən də  vəhhabi yönlü islam deyildir. 

İslam dindir, biz hamımız ona hörmətlə yanaşırıq, çünki 

xristianlıqda buddizmdə olan dəyərlər Quranda da əksini 

tapmışdır, onlar əsasən uyğun gəlirlər. Bu, ümumbəşəri 

mənəviyyatdır - xeyirxahlıq,  əməksevarlik, məhəbbət, inam, 

ümid mənəviyyatıdır. Bu baxımdan Azərbaycanın hansısa 

radikal islam təriqətlərini, islam məzhəblərini dəstəkləməkdə 

heç bir marağı yoxdur. Üstəlik, elə islam ölkələri var ki, dövlətin 

dünyəvi xarakteri onların inkişafını  təmin edir. Siz kimin 

haqqında danışdığımı bilirsiniz. 

S u a l: Necə bilirsiniz, bu cür ittihamlar Rusiyanın rəsmi 

mövqeyidir? Axı xüsusi xidmət idarələrinə, hansısa 

hərbçilərə istinad edirlər? 

C a v a b: Bilirsinizmi, dövlətin rəsmi mövqeyini ölkənin 

rəhbərləri rəsmi bəyanatlarda elan edirlər. Mən isə Allaha şükür, 

hələlik belə  şey eşitməmişətn. Hər cür söz-söhbətə isə fikir 

vermirəm. Yaxşı, siz inanırsınızmı ki, Teytumu mən 

öldürmüşəm? 

M ü x b i r: Xeyr. Necə bilirsiniz, dövlətlərimiz hansı 

qarşılıqlı addımlar atmalıdır? 

C a v a b: Zənnimcə, rəhbərlərin şəxsi əlaqə və ünsiyyətləri 

çox mühüm məsələdir. Özü də etimad rejimi elə  nəinki rəsmi 

səpgidə, həm də  şəxsi  əlaqələr vəsitəsilə olduqca əsaslı  şəkildə 

yaradılır, dövləti məsələlərin həyata keçirilməsinə kömək edir. 

Əgər problemlərdən danışsaq, onda şəxsiyyətlərdən asılı 

olmayaraq, sülh problemi - Azərbaycan ilə Ermənistan ara- 

  

 

 




__________________________________________ 

275


sında barışıq deyil, müvafiq qərarlara  əsaslanan sülh problemi 

var. Bu problemi həll etmək lazımdır. Gürcü -Abxaz münaqişəsi 

problemini, Çeçenistan problemini də həll etmək gərəkdir. Bax, 

əgər bütün bu problemlər  əsaslı surətdə  həll edilərsə, onda 

Şimali Qafqazda əmin-amanlıq olacaqdır. Ona görə də rəhbərlər 

arasında xoş insani münasibətlər  şəraitində  məhz bu 

problemlərlə məşğul olmaq lazımdır. 

S u a l: Deyirlər ki, Qarabağ münaqişəsinin və digər 

münaqişələrin həllinin açan Rusiyanın  əlindədir. Rusiya bu 

məsələləri həll etmək istəmir, yoxsa həll edə bilmir? 

C a v a b: Yox, düşünmürəm ki, Rusiya bu məsələləri həll 

etmək istəmir. Azərbaycanla dostluq Rusiyanın strateji 

mənafelərinə uyğundur. Azərbaycanla dostluq Rusiyanın cənub 

respublikalarının əmin-amanlığı və inkişaf etməsi deməkdir. Elə 

götürək Dağıstanı. Orada bir çox ümumi məsələlər var ki, onlar 

indi heç cür həll edilmir, lakin onları  hər hansı  məqamları 

gücləndirmədən, yalnız qarşılıqlı  fəaliyyət rejimində  və  əmin-

amanlıq  şəraitində  həll etmək lazımdır. Azərbaycanla 

əməkdaşlıq, strateji tərəfdaşlıq Rusiya üçün prinsipial 

əhəmiyyətə malikdir. Bu, dövlətin strategiyası olmalıdır. 

Zənnimcə, Ermənistanla da həmçinin. Biz ən müxtəlif 

məsələlərimizin həlli yollarını axtarıb tapmalıyıq. Odur ki, 

Azərbaycan ilə Ermənistan arasında sülh probleminin həlli 

Rusiya üçün elə bir problemdir ki, Rusiya onunla məşğul 

olmalıdır. Əgər uzun sürən bu münaqişənin həlli ilə bir başqası 

məşğul olsa, bu məsələ müsbət həll edilərsə, onda Rusiya Şimali 

Qafqazda öz nüfuzunu kəskin  şəkildə  zəiflədəcək,  Şimali 

Qafqazda çox şey itirəcəkdir. 

 

  

 




__________________________________________ 

276


ERMƏNİSTAN RESPUBLİKASININ  

PREZİDENTİ ROBERT KOÇARYAN İLƏ  

TƏKBƏTƏK GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Moskva, Kreml  

 

24 yanvar 2000-ci il 

 

Heydər  Əliyev: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həlli hər iki ölkə xalqları üçün günün ən vacib və 

mühüm məsələsidir. Lakin münaqişənin dincliklə, sülh yolu ilə 

həlli əsas şərt olmalıdır. 

Robert Koçaryan: Biz də münaqişənin sülh yolu ilə həllini 

istəyirik. Lakin bu zaman hər iki tərəfin istəkləri nəzərə 

alınmalıdır. 

Heydər Əliyev: Əlbəttə, biz torpaqlarımızın, oradan didərgin 

düşmüş bir milyon qaçqının dinə-obasına qaytarılmasını 

istəyirik. Lakin bütün bu məsələlərin həlli  əldə edilənədək 

atəşkəs rejimi mütləq saxlanılmalıdır. 



Robert Koçaryan: Biz atəşkəs rejiminin saxlanılmasının 

vacibliyini dərk edirik və buna əməl edəcəyik. 



Heydər  Əliyev: ATƏT və onun Minsk qrupu həmsədrləri 

Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunması sahəsində  fəaliyyət göstərirlər. Bu fəaliyyət sonra da 

davam etdirilməlidir. Sözsüz ki, münaqişənin sülh yolu ilə 

aradan qaldırılması üçün hər iki tərəfin milli mənəfelər naminə 

konstruktiv mövqe tutması və qarşılıqlı kompromislərə getməsi 

lazımdır. 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə