Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə77/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   73   74   75   76   77   78   79   80   ...   145

__________________________________________ 

263


RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

VƏZİFƏSİNİ İCRA EDƏN VLADİMİR PUTİN  

İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Moskva, Kreml  

 

24 yanvar 2000-ci il 

 

Vladimir Putin: Hörmətli Heydər Əliyeviç, xoş  gəlmisiniz. 

Mən hələ  də Kiyevdə keçirdiyiniz görüşü məmnunluqla 

xatırlayıram. 



Heydər  Əliyev:  Səmimi sözlərə görə Sizə  təşəkkürümü 

bildirirəm. Kiyevdə keçirdiyimiz görüşdən, orada apardığımız 

danışıqlardan mən də çox məmnun qaldım. 

Müstəqil Dövlətlər Birliyinin perspektivləri məni çox 

düşündürür.  İnanıram ki, biz birgə  fəaliyyətimiz nəticəsində 

bütün çətinliklərin öhdəsindən gələcəyik. 



Vladimir Putin:  Əminəm ki, növbəti sammit səmərəli, 

demokratik şəraitdə, fikir azadlığı ruhunda keçəcək, MDB üzvü 

olan ölkələrin qarşılıqlı surətdə faydalı  əlaqələrinin daha da 

genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir. 

Biz Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə - 

iqtisadiyyat, mədəniyyət, elm sahəsində  əməkdaşlığın daha da 

möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əlimizdən 

gələni əsirgəməyəcəyik. 



Heydər  Əliyev: Ölkəmiz üçün ən ağrılı problem olan 

Ermənistan-Azarbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən 

bəri davam edir. Bu münaqişə  nəticəsində Azərbaycan 

torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox 

vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda 

ağır şəraitdə yaşayır. 

  

 



__________________________________________ 

264


Ermənistan prezidenti Robert Koçaryanla son dövrdə 

keçirdiyi birbaşa görüşlər keçirilir, ATƏT-in Minsk qrupu 

çərçivəsində danışıqlar aparılır. Bu münaqişənin sülh yolu ilə 

həll edilməsi sahəsində  səylərin artırılmasının vacib olduğunu 

bildirirəm. 

Vladimir Putin: Prezident Robert Koçaryanla aparılan 

birbaşa danışıqlar Rusiya Federasiyası  tərəfindən dəstəklənir. 

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

sülh yolu ilə tezliklə  həll edilməsi sahəsində  səylərimizi 

artırmağa hazırıq və Rusiya münaqişənin həllində lazımi 

nəticənin əldə olunmasına çalışacaqdır, 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in 

Minsk qrupu çərçivəsində görülən işlər həqiqətən çox vacibdir. 

Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş  Ştatları, 

Fransa kimi, Rusiya da bu münaqişənin həlli prosesində daha 

fəal mövqe tutacaqdır. 

Mən ölkələrimiz arasındakı  ənənəvi dostluq və mehriban 

qonşuluq münasibətlərindən razıyam. Rusiya Federasiyası 

Azərbaycan Respublikasına bundan sonra da hər cür dəstək 

verməyə hazırdır. Sizin zəngin təcrübənizin öyrənilməsinə 

həmişə ehtiyac duyulur. 



Heydər  Əliyev: Rusiyanın bir sıra kütləvi informasiya 

vəsitələrində Azərbaycana qarşı  əsassız, tamamilə yalan 

məlumatlı kampaniya başlanıb. Mən bəyan edirəm ki, bizim 

ölkəmizdən heç bir silah göndərilmir, respublikamızda yaraqlılar 

hazırlanmır. 

Ölkəmizin bərabər hüquqlu vətəndaşları olan rusdilli əhaliyə 

hər cür diqqət və qayğı göstərilir, rusların respublikamızdan 

köçüb getməsi halları yoxdur. 



Vladimir Putin: Azərbaycan Respublikasında Sizin 

rəhbərliyiniz ilə görülən işləri bir daha yüksək dəyərləndirirəm. 

Sizin mövqeyinizə görə minnətdarlığımı bildirir, rusdilli əhaliyə 

göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm. Rusiyada da 

azərbaycanlılara daim qayğı göstəriləcək, lazımi  şərait 

yaradılacaqdır. 




__________________________________________ 

265


  

MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ CƏNAB PETRU LUÇİNSKİYƏ 

 

Hörmətli Petru Kirilloviç! 



Sizi  əlamətdar yubiley - anadan olmağınızın 60 illiyi 

münasibətilə ürəkdən təbrik edirəm. 

Siz qardaş Moldovə xalqına mürəkkəb tarixi dövrdə başçılıq 

etmisiniz. Çox mühüm siyasi və iqtisadi qərarların qəbul 

olunmasında sizin tutduğunuz möhkəm və  qətiyyətli mövqe 

sayəsində Moldovə Respublikası bu gün keçid dövrünün 

çətinliklərini müvəffəqiyyətlə aradan qaldırır. Müstəqillik və 

demokratiya yolu ilə inamla irəliləyir. 

İnanıram ki, sizin dərindən düşünülmüş  və uzaqgörən 

siyasətiniz suveren Moldovənın hərtərəfli inkişafı  və 

çiçəklənməsi işinə bundan sonra da xidmət edəcəkdir. 

Azərbaycan və Moldova xalqlarını  sıx dostluq və qarşılıqlı 

anlaşma telləri bağlayır.  Əminəm ki, ölkələrimiz arasındakı 

ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri bölgədə sülh, sabitlik 

və tərəqqi naminə möhkəmlənəcək və genişlənəcəkdir. 

Qarşılıqlı hörmət, etimad və mehribanlıq hisslərinə əsaslanan 

şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə 

uğurlar arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 24 yanvar 2000-ci il 



  

 



__________________________________________ 

266


GÜRCÜSTAN PREZİDENTİ EDUARD  

ŞEVARDNADZE İLƏ GÖRÜŞDƏN  

SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

Moskva, 



Azərbaycan Prezidentinin iqamətgahı 

 

24 yanvar 2000-ci il 

 

Heydər  Əliyev jurnalistlərin suallarına cavab verməzdən 

əvvəl bəyan etdi: 

Bu gün Gürcüstan prezidenti Eduard Şevardnadze və  mən 

bizim aramızda yaranmış dostluq ənənəsinə uyğun olaraq 

görüşdük. Biz harada oluruq-olaq,- suallar olsa da, olmasa da,- 

hökmən görüşürük, fikir mübadiləsi aparırıq. Bu ənənə yaşayır 

və bizə - Gürcüstana və Azərbaycana, Eduard Amvrosiyeviçə və 

mənə kömək edir. Odur ki, biz bu ənənəyə sadiq qalaraq 

görüşdük. Gürcüstanda, Azərbaycanda olan vəziyyətdən, 

dostluq, qardaşlıq münasibətlərimizin inkişafı sahəsində gələcək 

addımlardan danışdıq. Ölkələrimiz arasında problemlər yoxdur, 

məsələlər yoxdur. Bu, çox yaxşıdır. Allah eləsin ki, bütün 

ölkələr arasında Gürcüstanla Azərbaycan arasındakı kimi belə 

münasibətlər olsun. 



S u a l: Dağlıq Qarabağ  və Abxaziya məsələlərinin hələ 

nizama salınmadığını nəzərə alsaq, siz qarşıdakı sammitdən 

nə gözləyirsiniz? 

Heydər  Əliyev:  Şübhəsiz ki, Müstəqil Dövlətlər Birliyinin 

üzvləri arasında  ən çox bizdə - Gürcüstanda və Azərbaycanda 

həmişə böyük ümüdlər və ən mürəkkəb vəziy- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə