Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə75/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   71   72   73   74   75   76   77   78   ...   145

__________________________________________ 

256


2000-ci ilin Dağlıq Qarabağ probleminin həlli ili olacağına 

inamınızı bildirdiniz. Şübhəsiz ki, bu sahədə tərəqqi əldə etmək 

üçün Amerika Birləşmiş Şlatları heç də tək səy göstərmir. 

Səfir Kavano ATƏT-in Minsk qrupunda bizim 

həmsədrimizdir. Yəqin məlumatınız vardır ki, Minsk qrupu 

Dağlıq Qarabağ münaqişəsinin dinc vəsitələrlə  tənzimlənməsi 

üçün yeni təklif üzərində çalışır. Keçən həftə mən cənab Kavano 

ilə bərabər Birləşmiş Millətlər Təşkilatında, Dünya Bankında və 

digər təsisatlarda yüksək səviyyədə görüşlər keçirmişik ki, bu 

münaqişənin tənzimlənməsinə nail olarıqsa, onların bu işin 

həyata keçirilməsinə hansı vəsitələrlə yardımçı ola biləcəklərini 

araşdıraq. Biz bu görüşlər zamanı  həmin qurumların 

rəhbərlərindən tam aydınlıqla belə bir məlumat almışıq ki, onlar 

bu bərpa işləri üçün və ümumiyyətlə, bu tənzimləmənin həyata 

keçirilməsinə  dəstək vermək üçün lazım olan resursların 

miqyasını aydın surətdə dərk edirlər. Öz növbəmizdə isə bəyan 

edirik ki, biz onlarla bərabər çalışaraq Sizə kömək etməyə 

hazırlığımızı bildiririk ki, bu münaqişə tezliklə  həll olunarsa, 

onun nəticələrinin aradan qaldırılması işində Sizə yardımçı olaq. 

İcazə verin bir daha bildlrim ki, son həftə  ərzində Sizin 

çoxsaylı Amerika nümayandə heyətlərini, amerikalıları  qəbul 

etməyiniz, o cümlədən bugünkü görüşümüz və ölkələrimiz 

arasındakı ikitərəfli münasibətlərin indiki durumu onu deməyə 

əsas verir ki, son on ildə çox böyük nailiyyətlər əldə olunubdur 

və bütün bu görüşlər də  həmin o əldə edilmiş  tərəqqinin 

əlamətləridir. 

Mən çıxışımı, sözlərimi Sizə bir vəd verməklə bitirmək 

istəyirəm. Söz verirəm ki, gələn həftə Sizi bizdən ziyarət edən 

olmayacaqdır. Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə 

bir daha təşəkkürümüzü bildiririk. 



Heydər  Əliyev:  Mən gələn həftə burada olmayacağam. 

Cənab Sestanoviç, sözlərinizə, fikirlərinizə görə sizə tə- 

  

 

 



 


__________________________________________ 

257


şəkkür edirəm. Prezident cənab Bill Klintonun mənə 

çatdırdığınız salamları mənim üçün çox əzizdir, əhəmiyyətlidir. 

Xahiş edirəm, mənim salamımı, səmimi dostluq münasibətimi 

və xoş arzularımı prezident Bill Klintona çatdırasınız. 

Bilirsiniz ki, 1994-cü ildən indiyə qədər prezident cənab Bill 

Klintonla bizim bir çox görüşlərimiz olubdur. Ancaq 1999-cu 

ilin aprel ayında Vaşinqtonda, Ağ evdə görüşümüz zamanı o, 

mənə dedi ki, mən prezidentlik səlahiyyətim sona çatana qədər 

Dağlıq Qarabağ, Ermənistan - Azərbaycan münaqişəsini mütləq 

həll edəcəyəm. Həmin sözləri noyabr ayının 19-da İstanbuldakı 

görüşümüzdə də dedi və siz də o görüşdə iştirak edirdiniz. Mən 

çox məmnunam ki, prezident Bill Klinton dediyi bu sözün 

üzərində durur. Bu, bizə ümid verir ki, həqiqətən, 2000-ci ildə 

bu münaqişəni sülh yolu ilə  həll etməyə biz nail ola 

biləməcəyik. 

Siz tamamilə doğru buyurdunuz ki, məhz bu fikirlərə 

əsaslanaraq mən Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını 

yeni il münasibətilə təbrik edərkən bəyan etdim ki, 2000-ci ildə 

münaqişə sülh yolu ilə  həll olunacaq və yerindən, yurdundan 

didərgin düşmüş, ağır vəziyyətdə çadırlarda yaşayan 

soydaşlarımız öz evlərinə qayıdacaqlar. 

Sizə deyə bilərəm ki, mənim bu sözlərim bizim ictimaiyyətin 

tam əksəriyyətində böyük ruh yüksəkliyi əmələ gətiribdir, böyük 

inam, böyük ümid əmələ gətiribdir. Bəziləri isə buna inanmırlar, 

hətta məni tənqid edirlər ki, mən  əsassız olaraq belə  bəyanat 

verirəm. Ancaq mən inanıram və güman edirəm ki, sizin, bizim, 

Minsk qrupunun - hamınızın birlikdə səyləri nəticəsində 2000-ci 

ildə bu məsələni həll edə bilərik. 

Mən səfir Kavanonun Minsk qrupu çərçivəsində apardığı 

işləri də yüksək qiymətləndirirəm. Ümumiyyətlə, Amerika 

Birləşmiş Ştatlarının son aylarda həm Minsk qrupu çərçivəsində, 

həm də bizimlə ikitərəfli danışıqlarda və başqa tərəflərlə  də 

danışıqlarda   bu məsələnin həll olunması üçün ciddi 

  

 



 

 



__________________________________________ 

258


səylər göstərməsini biz müşahidə edirik və bunları çox yüksək 

qiymətləndiririk. 

Təbiidir, Minsk qrupu həmsədrlərinin yeni təklifi gərək elə 

təklif olsun ki, o, danışıqlar prosesini sürətləndirsin və yenidən 

bu prosesi soyutmasın. Mən bunu xüsusi qeyd edirəm ona görə 

ki, keçmiş zamanlarda bəzən Minsk qrupunun təklifləri bizim 

sülh prosesinə yardım etmək  əvəzinə onu geriyə salmış 

olmuşdur. Amma eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə 

Azərbaycan arasında bu məsələ ilə  əlaqədər ikitərəfii aparılan 

danışıqlar bizim üçün çox əhəmiyyətlidir və daha da 

əhəmiyyətlidir. 

Amerika Birləşmiş  Ştatları hökumətinin, o cümlədən  şəxsən 

sizin, canab Sestanoviç, cənab Kavanonun və başqa  şəxslərin 

son vaxtlarda - yəqin ki, bu, təxminən bir-iki aydır - artıq işğal 

olunmuş torpaqların azad ediləndən sonra bərpa olunması ilə 

əlaqədər atdığınız praktiki addımlar çox dəyərlidir. Münaqişənin 

həll edilməsi üçün Minsk qrupu yaranandan indiyə qədər yeddi 

il müddətində çox görüşlər, çox danışıqlar olubdur. Amma 

işğaldan azad edilmiş yerlərin bərpa olunması haqqında heç vaxt 

heç təklif də irəli sürülməyibdir. Ancaq indi sizin tərəfinizdən 

bu barədə  əməli işlər gorülür. Bu, bizdə böyük təşəkkür hissi 

doğurur və bir də onu göstərir ki, siz də inanırsınız, bilirsiniz və 

əsasınız var ki, işğal olunmuş torpaqlar tezliklə azad ediləcək, 

ona görə  də orada bərpa işləri üçün lazımi hazırlıqlar görmək 

zəruridir. 

Biz dərk edirik ki, işğal edilmiş torpaqların bərpa olunması 

üçün - bərpa da deyəndə orada hər  şey yenidən yaranmalıdır. 

Çünki bilirsiniz, keçən dəfə  cənab Kavano Ağdam rayonunda 

olmuşdu, orada o rayonlar tamamilə viran olub - onların bərpa 

edilməsi üçün həddindən çox iş görmək lazım olacaqdır. 

Bu işdə  də Amerika Birləşmiş  Ştatları hökumətinin, Dünya 

Bankının və beynəlxalq maliyyə  mərkəzlərinin  şübhəsiz ki, 

böyük yardımları olmalıdır. Əgər onlar olmasa heç bir şey 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə