Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə74/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   70   71   72   73   74   75   76   77   ...   145

__________________________________________ 

252


 

nə cala. Xalq Sizi çox istəyir. Mənim kürəkənim türkdür. Balaca 

nəvəm var, beş yaşındadır. Deyir, «Azərbaycan, Heydər baba

mən də  səni sevəcəyəm, Heydər baba». Deyir ki, məni apar 

Heydər babanın yanına. 

Cənab prezident, onu demək istəyirəm ki, xalq Sizi sevir. Siz 

rəhbərliyə qayıdanda xalqın üzü güldü. O vaxta qədər xalq belə 

deyildi. Siz gələndən sonra camaatın üzü güldü, mən bunun 

canlı  şahidiyəm. Ona görə demək istəyirəm ki, Allah Sizə 

cansağlığı versin. Allah-təaladan arzum budür ki, Sizin 

kölgənizi də bizim üstümüzdən əskik eləməsin. 

Heydər   Əliyev: Təşəkkür edirəm, çox sağ olun. 

Müzəffər Salahov: Hörmətli prezident, mən də  şəhid 

atasıyam. Sizə cansağlığı, uzun ömür arzulayıram. Mən çox 

danışmağı bacarmıram. 

Heydər   Əliyev: Çox sağ olun, təşəkkür edirəm

*

.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



  

                                                 

*

 

Azərbaycan prezidenti Heydər Əliyev görüşdə «20 Yanvar Fondu»nun sədri Nəsib Azərə 



və «20 Yanvar Cəmiyyəti»nin sədri Fərman Məmmədovə avtobusların açarlarını,  şəhid 

vəlideynləri  İsmayıl Qasımova və Müzəffər Salahova isə  mənzillərin orderlərini açarlarını 

təqdim etdi

 




__________________________________________ 

253


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI  

NÜMAYƏNDƏ HEYƏTİ

*

 İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı   



 

 

 

 



 

 

 



22 yanvar 2000-ci il 

 

 

 

Heydər   Əliyev: Hörmətli cənab Sestanoviç! 

Hörmətli cənab Kavano! 

Hörmətli cənab Eskudero! 

Hörmətli qonaqlar! 

Azərbaycana xoş  gəlmisiniz! Mən sizinlə yenidən 

görüşməkdən məmnunam və güman edirəm və buna inanıram 

ki, bizim bu göruşlərimiz qarşımızda duran çox mühüm 

məsələlərin həll olunmasına yardım edir. 

Son günlər burada, Azərbaycanda Amerika Birləşmiş 

Ştatlarının bir çox nümayəndələri ilə çox əhəmiyyətli və maraqlı 

görüşlər keçirildi. Amerika Birləşmiş 

Ştailarının 

Azərbaycandakı səfirliyində Xəzəryanı və bizim bölgə - Qafqaz 

bölgəsinin səfiriəri, nümayəndələri və  ətraf ölkələrdə olan 

Birləşmiş  Ştatların nümayəndəliklərinin, bəzi iş adamlarının 

iştirakı ilə çox əhəmiyyətli bir konfrans keçirilmişdir. Mənim 

üçün çox maraqlı oldu ki, konfransın bütün iştirakçıları ilə 

görüşdüm və  ətraflı söhbət etdim, onları dinlədim və öz 

fikirlərimi onlara çatdırdı. 

 

 

 



 

 

                                                 



*

Nümayəndə heyətinə ABŞ dövlət katibinin yeni müstəqillik qazanmış dövlətlər üzrə xüsusi 

müşaviri, geniş  səlahiyyətli səfir Stefen Sestanoviç və ATƏT-in Minsk qrupunun ABŞ 

tərəfindən həmsədri Kerri Kavano daxil idi. 

 



__________________________________________ 

254


Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında iqtisadi 

əməkdaşlığa aid müştərək komissiya barəsində burada sənəd 

imzalandı  və bunu Azarbaycan tərəfindən maliyyə naziri, 

Amerika Birləşmiş  Ştatları  tərəfindən isə  səfir cənab Teylor 

imzaladılar. Amerika Birləşmiş  Ştatlarının Ticarət Palatasının 

burada ofisinin açılması mərasimi oldu. Bu gün siz Azərbaycana 

təşrif gətirmisiniz. Beləliklə, axıra çatan bu həftə Azərbaycanda 

Amerika Birləşmiş Ştatları həftəsidir. 

Düzdür, bu günlər bizim üçün böyük matəm günləridir. Biz 

1990-cı il yanvar ayının 20-də Azərbaycan xalqına qarşı sovet 

sosialist hakimiyyəti, kommunist rejimi tərəfindən törədilmiş 

terrorun, təcavüzün, faciənin 10-cu ildonümünü qeyd etdik. 

İnsanlar bunu unutmayıb və heç vaxt unuda bilməz. Yanvar 

ayında keçirilən müxtəlif tədbirlər və o cümlədən yanvarın 19-

da bizim Respublika sarayındakı  mərasim, yanvarın 20-də 

Şəhidlər xiyabanına yüz minlərlə insanın axını  və onların 

hamısının gəlib öz münasibətlərini bildirməsi bir tərəfdən onu 

göstərir ki, xalqımız tarixinin bu faciəli, eyni zamanda 

qəhrəmanlıq səhifəsini unutmayıbdır.  İkinci tərəfdən də bu, 

bizim xalqımızın birliyini göstərir. Çünki çox böyük birlik, 

mütəşəkkillik nümayiş etdirildi. 

Mən bir daha sizi salamlayıram və sözü sizə verirəm. 



Stefen Sestanoviç: Cənab prezident, bizi salamladığınıza və 

qəbul etdlyinizə görə Sizə  təşəkkürümüzü bildiririk. Çoxsaylı 

nümayəndə heyətlərindən sonra axırıncı ziyarət etmək həmişə 

təhlükəli olubdur. Lakin mən fürsətdən istifadə edərək, buranı 

ziyarət edən bütün amerikalılara göstərdiyiniz qonaqpərvarliyə 

görə Sizə  təşəkkürümü bildirirəm və bu görüş üçün bir daha 

minnətdarlıq edirəm. 

1990-cı ilin hadisələrini Sizin xatırlamağınız bizim üçün də 

çox önəmlidir. Çünki bu, son on ildə hansı işlərin görüldüyünə 

bir daha nəzər salmağa adamı sövq edir. 1990-cı ilin yanvarı 

doğrudan da çox narahatedici bir dövr idi. O zaman bizim 

  

 



 


__________________________________________ 

255


baxışlarımız  əski rejimin çökməsinə yönəlmişdi. On il geriyə 

baxaraq və qarşıdan gələn on ili göz önünə  gətirərək biz 

dünyada yeni nizamın yaranmasında əldə edilmiş tərəqqinin nə 

qədər böyük və əhəmiyyətli olduğunu görməyə bilmərik. 

Əslində, bu həftə Azərbaycanı ziyarət edən çoxsaylı 

amerikalı qonaqların ziyarətini, həmçinin dünyanın bu yeni 

düzümündə Azərbaycanın oynadığı rolu olduğu kimi qəbul 

etmək lazımdır. Bu region dövlətlərində Amerika Birləşmiş 

Ştatlarının səfirlərinin olması faktının özü elə onu göstərir ki, bu 

dövlətlər artıq müstəqildirlər və onlar öz müstəqil həyatlarında 

sosial, iqtisadi, siyasi təsisatların qurulması ilə məşğuldurlar. 

Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında iqtisadi 

sahədə  əməkdaşlığı genişləndirmək üçün işçi qrupunun 

yaradılması ilə əlaqədər səfir Teylorun imzaladığı saziş, eləcə də 

cənab səfir Vulfun Bakı- Ceyhan ilə  əlaqədər burada keçirdiyi 

son danışıqlar bir daha onu göstərir ki, ölkələrimiz arasındakı 

iqtisadi münasibətləri genişləndirmək üçün hələ çox böyük, 

geniş imkanlar vardır. Ölkələrimiz arasında ikitərəfli 

münasibətlər günü-gündən inkişaf etməkdədir və regional 

məsələlərdə  əməkdaşlıq baxımından da imkanları  bərabər 

araşdırırıq. 

Siz prezident Klinton ilə  İstanbulda görüşərkən müzakirə 

etdiyiniz məsələlər ikitərəfli Amerika – Azərbaycan 

münasibətləri ilə  məhdudlaşmayıb, regional əməkdaşlıq 

sahələrini də əhatə etdi. Mən fürsətdən istifadə edərək prezident 

Klintonun salamlarını Sizə yetirirəm və Sizinlə görüşü zamanı 

onun söylədiyi sözləri bir daha xatırladıram. Prezident Klinton 

Sizə bildirdi ki, o, hakimiyyətdə olduğu dövrün qalan hissəsini 

də  və çox böyük miqdarda vaxtını da sərf etməyə hazırdır ki, 

sizin regionunuzda sülh əbədi bərqərar olsun. 

Hətta biz Sizin Azərbaycan xalqına Yeni il təbrikinizi 

eşidəndə özlüyümüzdə belə düşündük ki, prezident Klintonun o 

sözləri Sizə əsas verdi ki, belə əminliklə Azərbaycan xalqına 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə