Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə72/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   68   69   70   71   72   73   74   75   ...   145

__________________________________________ 

246


şəhid ailələrinin təzyiqi ilə saldırmışıq. Onu tikmirdilər, 

sökdürmək istəyirdilər.  İstərdim ki, Siz Şəhidlər xiyabanının 

geniş şəkildə, Baş plan əsasında qurulmasını davam etdirəsiniz. 

Mənə elə  gəlir ki, Şəhidlər xiyabanı Sizin adınızla Azərbaycan 

xalqının tarixinə  əbədi həkk olunacaqdır.  İstərdim ki, imkan 

tapıb Şəhidlər xiyabanının girişini də düzəldək və ora doğrudan 

da məbədgah olsun, xaricdən də ziyarətə gəlsinlər. 

İndi orada nə varsa, hamısı 1994-cü ildən etibarən, Siz 

gələndən sonra yaradılıbdır. Kompleksə  rəhbərliyin olması 

lazımdır. Şəhidlər xiyabanı müqəddəs yerdir. 

Şəhid ailələrinin nümayəndələri deyirlər ki, möhtərəm 

prezidentimiz sağlamlığını qorusun, o, bizə lazımdır. Mən isə 

deyirəm ki, sağlamlıqdan danışırsınız, amma o qədər müraciətlər 

edib, problemlərinizi bildirirsiniz, halbuki bunları  Rəfael 

müəllimlə, başqası ilə  həll edə bilərik. Elə  şeylər deyir, 

yazırsınız ki, adam xəcalət çəkir. Ora müqəddəs yerdir. Məni 

şaqqalasalar da, orada bunu demərəm. Çünki şəhidlərin ruhu, 

oğlumun ruhu məni bağışlamaz ki, orada nə isə tələb edim. Nə 

deyim, adamların hərəsinin səviyyəsi bir cürdür. 

Heydər   Əliyev: Eybi yoxdur, eybi yoxdur. 

Nəsib Azər:  Mən istərdim ki, Siz səhhətinizi qoruyasınız. 

Bizə çox qayğı göstərmisiniz. Siz 120 nəfər adama yenidən 

həyat verdiniz. Vaxtilə subyektiv münasibətlərə görə onlara 

«Azadlıq uğrunda mübariz» adı verməmişdilər. Siz 137 nəfərə 

«20 Yanvar şəhidi» fəxri adı vermisiniz. Bu, böyük işdir, şəhid 

ailələrində ruh yüksəkliyi yaratmışdır. Mən onların 

minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Hesab edirəm ki, 

qalan məsələləri özümüz həll edəcəyik. Rəfael müəllim bizə çox 

kömək edir. Bilmirəm. Sizə  məlumat veriblər, ya yox. Mənzil, 

maşın, telefon məsələlərində rayonlar da bizə çox kömək edir. 

Məsələn, son iki ayda 20-dək  şəhid və  əlil ailəsinin mənzilinə 

telefon çəkilibdir. Bunlar hamısı pulsuz, dövlət hesabınadır. 

Həm də onlar telefon haqqından 

  



__________________________________________ 

247


da tamamilə azaddırlar. Bu, dövlətin qayğısıdır, bəzən mənə 

deyirlər ki, dövlət nə edir? Deyirəm ki, nə etməlidir - işıq pulu, 

qaz pulu, su pulu ödənilmir. Dövlət daha nə etməlidir? 

Cənab prezident, bir xahişim var. Elə  şəhid vəlideynləri var 

ki, çox az pensiya alırlar. Doğrudur, bunların sayı get-gedə 

azalır, amma hələ var. Xahiş edərdim,  Əli müəllimə göstəriş 

verəsiniz ki, bu məsələ müzakirə olunsun, tənha yaşayan, 

xüsusən ağır vəziyyətdə olan şəhid vəlideynləri dolanmaq üçün 

lazımi səviyyədə pensiya ala bilsinlər. 

Heydər  Əliyev:  Təşəkkür edirəm. Birincisi, sizin dediyiniz 

söz və dünən matəm gecəsində  mənim dediyim söz eynidir. 

Yəni  Şəhidlər xiyabanı Azərbaycanın  ən müqəddəs yeridir. 

Oranın abadlaşmasına mənim sərf etdiyim səylər də məlumdur, 

bunların nəticəsində olubdur. Nəhayət, orada o abidənin 

yaradılması  mənim  şəxsi təşəbbüsümün və bu barədə bir neçə 

vaxt aparılmış işlərin nəticəsidir. 

İndi mən sizə deyə bilərəm, - göstəriş verdim ki, bu abidənin 

layihəsini gətirin. Bizim çox hörmətli memarlarımız, 

rəssamlarımız, heykəltəraşlarımız müxtəlif, doğrudan da orijinal 

layihələr gətirdilər. Amma mən heç birisini qəbul etmədim. 

Bunu indi sizə deyə bilərəm, Rəfael bunu yaxşı bilir. 

Mən özüm düşünürdüm ki, oradakı abidə gərək çox əzəmətli 

olsun,  şəhidlərin səmaya qalxmasını göstərsin.  İndi siz 

gördüyünüz o abidə, - bunu demək mənim üçün bəlkə  də o 

qədər yaxşı deyil, amma bilməlisiniz, - şəxsən mənim 

ideyamdır. Mənim ideyam əsasında memarlar onu işləyib 

hazırladılar. 

Bilirsiniz ki, o abidənin ucaldıldığı yer də yox idi. Çünki 

qəbirlər qurtarandan sonra o tərəf uçurum idi. Mən göstəriş 

verdim, oraya gətirib daş-torpaq tökdülər. Dedim ki, sonra bu, 

çökə bilər, möhkəmləndirin. Möhkəmləndirdilər və onun 

üzərində, hesab edirəm ki, çox gözəl bir abidə yaranıbdır. 

Təbiidir ki, onu Bakı İcra Hakimiyyətinin, Rəfael Allahver- 

  



__________________________________________ 

248


diyevin başçılığı ilə bizim memarlar, ustalar çox gözəl tikiblər. 

Mən bu gün ona yenə də diqqətlə baxırdım. Bizim Azarbaycan 

memarlığını  əks etdirən, eyni zamanda Azərbaycanın öz 

daşından, - mərmər, filan, bundan parıldayır, -yonulmuş 

abidədir. Onun yerini də elə seçdik ki, şəhərin hər tərəfindən 

görünür. Yəqin ki, axşam vaxtı, qaranlıq düşəndə bulvara 

çıxırsınız, oradan görürsünüz. Onun içərisində od yanır, amma 

elə bil ki, günbəzi də  hər tərəfdən yanır. Bəli, bunlar hamısı 

görünür. Bunlar sadə  iş deyil, mənim fikirlərimdir, bizim 

memarlarla birlikdə tapdığımız formadır. Hesab edirəm ki, çox 

yaxşı abidədir. 

Mən ölkələrin çoxunda, müxtəlif paytaxtlarda olmuşam. 

Haraya gedirəm, Belə yerlərə ziyarət proqramda həmişə olur. 

Mən istəyirdim elə edək ki, bu, həqiqətən Yanvar şəhidlərinə 

layiq olsun və başqalarından seçilsin. Biz də buna nail olduq. 

Mən Azərbaycanda çox abidələr yaratmışam, çox binalar 

tikmişəm, çox yollar salmışam, körpülər tikmişəm, su kəmərləri 

çəkdirmişəm və sair - bunları saymaqla qurtarmaq olmaz. 

Amma mənim üçün onun qədər əziz abidə yoxdur. Çünki onun 

daxili mənası böyükdür, tarixi əhəmiyyəti böyükdür və  əsrlər 

boyu da yaşayacaqdır. Mən dünən də dedim -təskinlik tapıram 

ki, insanlar həlak olub, şəhid olublar, amma biz onları yaşadırıq. 

Qəlbimizdə yaşadırıq və o abidədə,  Şahidlər xiyabanında, o 

«Əbədi məşəl»də yaşadırıq. 

Siz təklif edirsiniz ki, orada Baş plan düzəldib nə isə etmək 

lazımdır - mən indi bunu, sadəcə, təsəvvür etmirəm. Varsa, 

Rəfael Allahverdiyevə  təqdim edin, baxaq, həyata keçirək. Bir 

də oturun, nə lazımdırsa, fikirləşin. Mənim fikrim budur: oranı 

kompleks  şəklində daha da əzəmətli, daha da gözəl,  şəhidlərin 

xatirəsinə daha da layiq etmək üçün nə lazımdırsa, mən bunun 

hamısını  dəstəkləyirəm və hamısı haqqında da lazımi qərarlar 

qəbul edəcəyəm. Sən onları mənə təqdim et. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə