Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə69/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   65   66   67   68   69   70   71   72   ...   145

__________________________________________ 

236


dıcıl siyasət aparması bizim tərəfimizdən bəyənilir. Hesab 

edirəm ki, bu, tam əsaslıdır. 

Bu, birinci növbədə bizim ölkələrimizin iqtisadi inkişafına, 

demokratiyanın, bazar iqtisadiyyatının inkişafına və 

təhlükəsizliyin təmin olunmasına çox boyük yardım göstərə 

bilər. Amerika Birləşmiş Ştatlarının bu siyasəti, əməli fəaliyyəti 

bəlkə  də haradasa təəccüb doğurur. Ancaq hesab edirəm ki, 

təəccüblənməyə  əsas yoxdur. Amerika Birləşmiş  Ştatları 

dünyanın iqtisadi cəhətdən inkişaf etmiş böyük ölkəsidlr. Bu, 

Amerika Birləşmiş Ştatlarının dünyanın hər yerində, o cümlədən 

yeni müstəqillik  əldə etmiş  gənc müstəqil ölkələrdə 

demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, bazar 

iqtisadiyyatının inkişaf etməsinə marağını göstərir və beləliklə 

də o, bizim ölkələrə əməli yardım edir. 

Bizim ölkələrdə bu prinsiplərin, planların həyata keçirilməsi, 

təbiidir ki, eyni zamanda ölkələrimizdə sabitliyin və 

təhlükəsizliyin bərqərar olmasından asılıdır. Ona görə də təbiidir 

ki, Amerika Birləşmiş  Ştatlarının bu siyasəti razılıq hissi 

doğurur. 

Bizim bölgədə, regionda olan ölkələrin hər birinin 

özünəməxsus xüsusiyyəti, problemləri vardır. Amma hamımız 

üçün aydındır ki, - biz Azərbaycanda bunu belə  dərk edirik, - 

bizim problemlərimizdə çox oxşarlıq vardır. Bu problemlər də, 

yəni bir-birinə  bənzər, oxşar problemlər də bu ölkələrin keçid 

dövrü ilə bağlıdır. Keçid dövründə isə  hər bir ölkədə 

demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, bazar 

İqtisadiyyatını inkişaf etdirmək və bunlarla əlaqədər başqa 

tədbirlər həyata keçirmək lazımdır. 

Mən bəyan edirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini 

əldə edəndən indiyə  qədər bu yolla gedir. Azərbaycanda 

demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur və o, inkişaf 

edir. Azərbaycan bazar iqtisadiyyatını  tətbiq etmək üçün 

çoxsaylı iqtisadi, sosial islahatlar həyata keçirir. Azərbaycan 

çox- 


  


__________________________________________ 

237


saylı siyasi islahatlar həyata keçirir. Təbiidir ki, bunlar hamısı 

kompleks şəklində bizim demokratiya yolu ilə getdiyimizi əyani 

şəkildə nümayiş etdirir. 

Bilirəm ki, bizim qonşu ölkələrimiz də öz müəyyən spesifik 

xüsusiyyətlərini nəzərə alaraq, hamısı bu yol ilə gedir. Ancaq 

təbiidir ki, bizim ölkələrimiz arasında bir-birindən fərqli 

problemlərimiz də vardır. Bu problemlərin içərisində, hesab 

edirəm,  əgər bütün başqa ölkələrlə müqayisə edilsə, 

Azərbaycanın  ən ağır və  çətin problemi vardır.  Bu  da  sizə 

məlum olan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan 

münaqişəsidir, bu münaqişənin nəticəsində Azərbaycanın  ərazi 

bütövlüyünün pozulması, Azərbaycan  ərazisinin 20 faizinin 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, işğal 

olunmuş torpaqlardan bir milyona qədər azərbaycanlının zorla 

öz evindən, yurdundan çıxarılması  və  işğal edilmiş torpaqların 

tamamilə viran olunması problemidir. Tam əsasla bu gün deyə 

bilərəm ki, heç bir ölkə - yəni burada səfirlərin təmsil 

olunduqları ölkələri nəzərdə tuturam - Belə  ağır və ölkə üçün, 

Azərbaycan üçün böyük zərbələr vurmuş problemlərlə 

rastlaşmır. 

Məlumdur ki, Azərbaycan bu qədər böyük itkilər verəndən 

sonra, böyük zərərlər çəkəndən sonra, buna baxmayaraq, 1994-

cü ilin may ayında Ermənistanla atəşkəs sazişini imzalayıbdır və 

beş ildən çoxdur ki, bu atəşkəs rejimini qoruyub saxlayırıq, belə 

bir rejimdə yaşayırıq. Ancaq atəşkəs məqsəd deyil, vəsitədir, 

tam sülh əldə etmək üçün vəsitədir, Azərbaycanın işğal olunmuş 

torpaqlarını azad etmək üçün vəsitədir, Azərbaycanın  ərazi 

bütövlüyünü bərpa etmək üçün vəsitədir və yerindən-yurdundan 

didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının 

öz evinə, yerinə qaytarılması üçün vəsitədir. 

Təəssüflər olsun ki, bu ötən illərdə aparılan danışıqlar, 

ATƏT-in Minsk qrupunun fəaliyyəti və xüsusən Minsk 

qrupunun başçıları Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, 

  



__________________________________________ 

238


Fransanın fəaliyyəti və başqa təşkilatlar vəsitəsilə aparılan 

danışıqlar gözlənilən nəticəni verməyibdir. 

Sizə məlumdur ki, məsələnin sülh yolu ilə həll edilməsi üçün 

son vaxtlar Ermənistan prezidenti cənab Koçaryanla mənim 

şəxsi görüşlərim və danışıqlarım olmuşdur. Biz bu danışıqlar 

zamanı belə fikrə  gəlmişik ki, - bu, şəxsən mənim fikrimdir, 

güman edirəm ki, prezident Koçaryan da belə fikirdədir - 

məsələni sülh yolu ilə həll etmək mümkündür. Bu barədə Minsk 

qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş  Ştatları, 

Fransa hökumətləri də məlumatlıdır. 

Məsələ çox mürəkkəbdir, onun həll olunması  çətindir. 12 

ildir ki, bu münaqişə davam edir. Buna görə  də bizim fikrimiz 

ondan ibarətdir ki, məsələnin həll edilməsi üçün hər iki tərəfdən 

kompromislər olunmalıdır. Bu, mənim fikrimdir. Bu, prezident 

Koçaryanın fikridir. İndi qarşımızda duran vəzifə bu 

kompromisləri müəyyən etmək və son nəticəyə  gəlməkdən 

ibarətdir. 

Mən bu gün sizin yanınızda bir daha bəyan edirəm ki, 

Azərbaycan hökuməti məsələnin sülh yolu ilə həll olunmasının 

tərəfdarıdır və bundan sonra da bu sahədə öz səylərini 

göstərəcəkdir. Biz tezliklə tam sülhün yaranmasını arzulayırıq. 

İşğal olunmuş torpaqların azad edilməsini və o torpaqlardan 

didərgin düşmüş insanların öz yerlərinə, yurdlarına qayıtmasını 

arzulayırıq. 

Mən çox məmnunam ki, cənab Eskuderonun burada bəyan 

etdiyi kimi, siz öz müzakirələrinizdə Dağlıq Qarabağ, 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunmasına xeyli vaxt ayırmısınız, fikir mübadiləsi aparmısınız 

və güman edirəm ki, sizin müzakirəniz də  məsələnin həllinə 

yardım edəcəkdir. 

Biz Qafqazda, xüsusən Cənubi Qafqazda tam sülh əldə 

olunmasını istəyirik və hesab edirik ki, bütün keçmiş illərdə olan 

münaqişələrə, itkilərə, tökülmüş qanlara, Azərbaycana 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə