Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə70/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   66   67   68   69   70   71   72   73   ...   145

__________________________________________ 

239


vurulmuş iqtisadi, mənəvi zərbələrə baxmayaraq sülh 

yaranmalıdır.  Əgər Ermənistanla Azərbaycan arasında sülh 

yaranarsa, burada, Cənubi Qafqazda bütün sahələrdə əməkdaşlıq 

etmək və  həqiqətən, Cənubi Qafqaz ölkələrini sürətlə inkişaf 

etdirmək mümkün ola bilər. 

Siz bildirdiniz ki, müzakirələr zamanı, sülh yaranandan 

sonra, işğal olunmuş torpaqların bərpa edilməsi barəsində  də 

fikir mübadiləsi aparmısınız, Dünya Bankının və başqa maliyyə 

mərkəzlərinin imkanlarını  səfərbər etmək üçün lazımi tədbirlər 

görürsünüz. Bunlar onu göstərir ki, siz sülhün yaranmasına 

inanırsınız, bu məsələyə nikbin baxırsınız. Mən bunlara görə 

sizə təşəkkür edirəm. 

Səfir cənab Teylorun fikirləri ilə mən tam razıyam. Əgər sülh 

əldə olunarsa, işğal edilmiş torpaqlar azad olunarsa, orada bərpa 

işləri başlanarsa Cənubi Qafqazda çox səmərəli  əməkdaşlıq 

proqramı həyata keçirmək olar və təbiidir ki, bu proqramı yalnız 

və yalnız Amerika Birləşmiş Ştatlarının köməyi ilə, yardımı ilə, 

onun himayəsi altında həyata keçirmək mümkün olar. Biz dərk 

edirik ki, sülhün yaranması öz-özlüyündə Qafqazda, Cənubi 

Qafqazda təhlükəsizliyi təmin edə bilməz. Bunun üçün həm hər 

ölkənin daxilində  İctimai-siyasi sabitliyi təmin etmək, onu 

möhkəmləndirmək lazımdır, həm də  Cənubi Qafqazda 

təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər görmək 

lazımdır. Məhz bu baxımdan Amerika Birləşmiş  Ştatlarının 

təşəbbüsləri də çox qiymətlidir. 

Azərbaycan bir müstəqil dövlət kimi dünyanın bütün ölkələri 

ilə sülh, əməkdaşlıq və mehribanlıq  əlaqələri qurur. Bu 

baxımdan, bizi əhatə edən qonşularımızla sülh, geniş 

əməkdaşlıq, qarşılıqlı anlaşma prinsiplərini  əsas tuturuq və 

bütün qonşu ölkələrlə  əlaqələrimizi dostluq, mehribanlıq, 

əməkdaşlıq prinsipləri əsasında yaradırıq. 

Sizin müzakirə etdiyiniz mövzulardan biri də Bakı-Tbilisi-

Ceyhan neft kəmərinin indi artıq inşasına başlanması, Trans- 

  

 



 


__________________________________________ 

240


xəzər qaz kəməri haqqında lazımi tədbirlər görülməsidir. Səfir 

cənab Vulfun prezident cənab Klintonun dekabr ayının 6-da 

verdiyi bəyanat haqqında dediyi məlumat məni  şəxsən çox 

sevindirir.  Əgər Amerika Birləşmiş  Ştatlarının prezidenti Bill 

Klinton Bakı-Ceyhan neft kəmərinin yaranması haqqında 

müqavilənin imzalanmasını 1999-cu ildə özünün xarici 

siyasətində  ən uğurlu hadisə hesab edirsə, bu təbiidir ki, bizdə 

böyük iftixar hissi doğurur. 

İndi məlumdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsasını 

məhz müstəqil Azərbaycan dövləti qoymuşdur. Biz beş il 

bundan öncə - 1994-cü ilin sentyabr ayında, o vaxt hələ 

ölkəmizin daxilində tam sabitlik əldə edilmədiyi  bir şəraitdə, 

ölkəmiz ağır böhran içində olduğu bir şəraitdə  «Əsrin 

müqaviləsi»ni imzalamaqla Azərbaycan ilə  Qərb ölkələri, 

Amerika Birləşmiş  Ştatları arasında geniş perspektivləri olan 

əməkdaşlığın əsasını qoyduq. 

Məlumdur ki, Bakı-Ceyhan neft kəmərinin  əsasını qoyan, 

onun memarı olan Azərbaycan bu layihənin artıq real həyata 

keçirilməsi üçün hamıdan çox maraqlıdır. 

1998-ci ilin oktyabr ayında Ankarada bu barədə böyük bir 

bəyanatın  İmzalanması  və ondan sonra 1999-cu ilin noyabr 

ayının 18-də  İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəməri 

haqqında müqavilələrin imzalanması  və bu müqavilələrin 

imzalanmasında, eyni zamanda müqavilələrin həyata keçirilməsi 

üçün bəyanatın imzalanmasında Amerika Birləşmiş  Ştatlarının 

prezidenti cənab Bill Klintonun iştirakı  və onun o sənədə 

qoyduğu imzası beş il müddətində aparılan gərgin işə yekun 

vurdu. Biz Azərbaycan olaraq, Bakı-Tbilisi-Ceyhan neft 

kəmərinin tikilməsinə tezliklə başlanmasını istəyirik. 

Azərbaycan tərəfindən bu barədə heç bir problem yoxdur. 

Bu ayın 21-22-də Ankarada Türkiyənin, Gürcüstanın və 

Azərbaycanın nümayəndə heyətləri görüşəcəklər.  Əgər səfir 

Vulfun verdiyi bəyanatı nəzərə alsaq ki, Türkiyənin prezi- 

 



__________________________________________ 

241


denti hörmətli Süleyman Dəmirəl və Gürcüstanın prezidenti 

hörmətli Eduard Şevardnadze bildiriblər ki, məsələnin həll 

olunması üçün onların tərəfindən problem yoxdur, onda demək, 

indi hesab etmək olar ki, hər  şey başlanır. Xüsusən, prezident 

Şevardnadzenin bəyanatı, - hansı ki, səfir Vulf burada elan etdi, 

- bizim üçün çox əhəmiyyətlidir. 

Dediyim kimi, ayın 21-22-də Ankarada nümayəndə heyətləri 

görüşəcəklər. Arzu edərdim, ondan sonra yeni görüşlər olmasın, 

biz də əməli işə başlayaq. 

Siz bilirsiniz ki, dünən Aşqabadda Transxəzər qaz kəməri 

haqqında Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan 

nümayəndə heyətlərinin görüşü olubdur. Azərbaycanın Baş 

nazirinin müavini Şərifovun başçılıq etdiyi nümayəndə heyəti 

orada iştirak edibdir. Ümidvaram ki, bu sahədə də işlər bundan 

sonra uğurlu getməlidir. 

Mən sizin fikirlərinizlə tamamilə razıyam ki, həm Bakı-

Tbilisi-Ceyhan neft kəməri, həm də Transxəzər qaz kəməri 

böyük kommersiya xarakteri daşıyır, bizim ölkələrimizin 

iqtisadiyyatının inkişafı üçün çox böyük imkanlar açır. Eyni 

zamanda bu, bizim bölgədə, bizim ölkələrimizdə təhlükəsizliyin 

yaranması üçün çox vacib bir şərtdir. Biz beş il müddətində 

Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında sazişi  əldə 

etmək üçün çalışarkən məsələnin məhz bu tərəfini də  həmişə 

nəzərə almışıq və bəzən də üstün tutmuşuq. 

İstanbulda Bakı-Ceyhan neft kəməri haqqında saziş 

imzalanandan sonra müxtəlif ölkələrdə bu barədə müxtəlif rəylər 

bildirilir, mətbuatda müxtəlif məqalələr dərc edilir və bunların 

əksəriyyəti bizim gördüyümüz işlərin  əleyhinə olan 

istiqamətdədir. O məqalələrin müəllifləri çalışırlar sübut etsinlər 

ki, Xəzər dənizinin neft ehtiyatları deyilən qədər deyil Bakı-

Tbilisi-Ceyhan neft kəməri real deyil və o, həyata 

keçirilməyəcəkdir. Mən onların hamısına bu gün cavab verərək 

deyirəm: siz böyük səhv edirsiniz. Onlara cavab olaraq deyi- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə