Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə73/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   69   70   71   72   73   74   75   76   ...   145

__________________________________________ 

249


Burada bir fikir də deyildi ki, müdiriyyət yaratmaq lazımdır, 

oranın sahibi, rəhbəri olsun. Yəni orada bir təşkilat olmalıdır ki, 

daim oraya baxsın. Bunun mənasını bilirəm. Bakı  İcra 

Hakimiyyəti bunu edir. 



Rəfael   Allahverdiyev: Var, işləyir. 

Heydər Əliyev: Bəs bu deyir ki... Hər halda, baxın. Rəfael, o 

təkliflərə baxın və mənə verin. Mən bunları etməyə hazıram. 

Sonra, sən dedin ki, şəhid vəlideynlərinin bəzilərinin yaşayışı 

çətindir.  İkiniz birlikdə  mənə  məktub yazın. Başqa nə kimi 

məsələlər həll olunmalıdır, onları da yazın. 

Nəsib   Azər: Mən yazmışam. 

Heydər   Əliyev: O məktub haradadır? 

Nəsib Azər:  Ramiz müəllimə yazmışam, Fatma xanıma 

veribdir. 



Heydər  Əliyev:  Mən tapşırıram Seyidzadəyə, məktubu 

tapsın, Mənə versin. 



Nəsib   A z ə r: Bir az tələsik yazmışam... 

Heydər Əliyev: Nə yazmısan, yazmısan, əhəmiyyəti yoxdur. 

Onu tapıb mənə verin, mən  əmr verim, nə lazımdırsa edək. 

Burada heç bir problem olmayacaqdır. O cümlədən, maddi 

baxımdan çətin yaşayan adamlara əlavə kömək etməklə əlaqədər 

hamısını edəcəyəm. Bundan narahat olmayın. 

Bir sözlə, bütün şəhid ailələrinə bildirin ki, mən həyatımın 

sonuna qədər  şəhidlərin xatirəsini Azərbaycanda yaşadacağam. 

Ancaq mən indi elə iş qurmuşam ki, gələcək nəsillər daim bunu 

yaşadacaqlar. Bunu heç kəs unuda bilməz. 

Fərman Məmmədov:  Mən  şəhid atasıyam, Larisa 

Məmmədovanın atasıyam. Özüm də ikinci qrup əliləm, 20 

Yanvar hadisələri zamanı yaralanmışam. Biz Sizə inanırıq, 

dediyiniz işlərin hamısı görülür, biz də kömək edirik, çalışırıq, 

1994-cü ildə Sizin verdiyiniz qərar  əsasında  Şəhidlər 

xiyabanında “20 Yanvar Cəmiyyəti”nə yer verilibdir. Biz ora- 

  

 

 




__________________________________________ 

250


nın təmiri ilə  də  məşğul olmuşuq. Hazırda orada 20 Yanvarda 

şəhid və  əlil olanların balaları üçün pulsuz ingilis və fransız 

dilləri kursları açmışıq. 

Vaxtilə öz hesabına işləyə bilməyən təşkilatlara büdcədən 

dotasiya verirdilər. Düzdür, biz indi dövlət büdcəsindən bir 

manat da pul almırıq. Ancaq Sizdən xahiş edərdim ki, gələcəkdə 

«20 Yanvar Cəmiyyəti»nə maliyyə köməyi olunsun, biz o 

cəmiyyəti yaşadaq, sonrakı  nəsillərə çatdıra bilək. Siz 

respublikada sabitlik yaratmısınız. Biz də çalışmışıq ki, öz 

gücümüzlə  şəhid ailələrinə,  əlillərə lazımi kömək göstərək. 

Kompüter mərkəzimizdə üç kitab yığmışıq, düzdür, bunların 

maliyyə məsələsi hələ həll olunmayıbdır. Amma istərdik ki, bu 

kitablar işıq üzü görsün. Bunlar tarixi kitablardır. Sizin 

Moskvadakı  çıxışınız, 1994-cü ildə yanvar hadisələrinə 

verdiyiniz siyasi qiymət - hamısı orada əksini tapmışdır. Biz 

Sizin bütün tədbirlərinizdə iştirak etmişik. Biz həmişə hazırıq ki, 

Sizə kömək edək, Qarabağ torpaqlarımızı azad eləyin. Nə 

tapşırığınız olsa, “20 Yanvar Cəmiyyət”nin üzvləri,  şəhid 

ailələri buna hazırdır, Sizi dəstəkləyirlər. Həm Sizin köməyinizə 

ehtiyacımız var, həm də Sizə kömək etməyə hazırıq. Çox sağ 

olun. 

H e y d ə r Əliyev:  Siz də  təklifləriniz haqqında məktub 

yazın, verin Seyidzadəyə. O, mənə  təqdim edər, lazımi 

sərəncamlar verərəm. 

Dünən axşam biz matəm mərasimi keçirdik, bu gün Şəhidlər 

xiyabanında olduq. İndi sizinlə də görüşürəm. Problemlərinizin 

hamısını söylədiniz, həll edəcəyik. Ancaq mənim sizinlə 

bugünkü görüşümün məqsədi eyni zamanda şəxsi söhbət etmək, 

bir də ki, sizin cəmiyyətə bir az yardım etməkdən ibarətdir. Bakı 

Şəhər İcra Hakimiyyəti hərənizə - həm fonda, həm də cəmiyyətə 

- bir avtobus ayırıb ki, ondan istifadə edə biləsiniz. Buraya dəvət 

olunmuş iki şəhid atasının da yaşayış  vəziyyəti ağırdır. Bakı 

Şəhər icra Hakimiyyətinin 

  

 

 



 


__________________________________________ 

251


başçısı onlar üçün də  mənzillər tapıbdır. O mənzilləri sizə 

təqdim edirik. Beləliklə, əlimizdən gələni edirik. 

Rəfael Allahverdiyev mənə dedi ki, şəhid ailələrinin tam 

əksəriyyətinin mənzil problemi həll olunubdur. Deyəsən, beş 

nəfər qalıbdır. Mən göstəriş verdim ki, kim qalıbsa, hamısını 

həll eləsin. 

Mən bu gün sizinlə görüşməyimdən çox məmnunam. Bütün 

Yanvar  şəhidlərinin ailələrinə  mənim salamımı, hörmət-

ehtiramımı, məhəbbətimi, çox səmimi hissiyyatlarımı çatdırın. 

Bilin ki, mən həmişə sizinləyəm, sizin arxanızdayam. Bilirəm 

ki, siz də müstəqil Azərbaycan dövlətinin arxasındasınız, 

Azərbaycan prezidentinin arxasındasınız. 



Nəsib Azər: Bizim balalarımız müstəqillik yolunda şəhid 

olublar. Biz onlara necə xəyanət edə bilərik! Biz hansı şəraitdə 

də olsa, pis də yaşaya bilərik, ancaq müstəqilliyimizi 

qorumalıyıq. Mənim oğlumun məzarı oradadır, onun ruhuna 

xəyanət etsəm, gözümdən gələr. 

Heydər Əliyev: Bəli, belədir. Mən dünən dedim ki, şəhidlər 

üçün  ən böyük abidə Azərbaycanın dövlət müstəqilliyidir. 

Xatirinizdədir, ikincisi də onu dedim ki, mən  şəhidlərin ruhu 

qarşısında, xatirəsi qarşısında and içirəm ki, bizim 

müstəqilliyimiz yaşayacaq, inkişaf edəcək və  əbədi olacaqdır. 

Bu sözlər sadəcə sözlər deyildir. Mən dünən bütün ölkə 

qarşısında and içmişəm. 

İsmayıl Qasımov: Arzu edək ki, üçrəngli bayrağımız daim 

dalğalansın,  şəhidlərimizin ruhu şad olsun. Biz dünyamızı 

dəyişəndə onlara xoş xəbər aparaq ki, Xankəndi azad olunubdur. 

Mən bu arzu ilə yaşayıram. 



Heydər  Əliyev: İnşallah, ona da nail olacağıq. 

İsmayıl Qasımov:  Cənab prezident, Mən  şəhid atasıyam. 

Otuz il Nərimanov adına bağda çalışmışam. Orada xalq çox 

olur. İnandırıram ki, xalq Sizi hədsiz sevir. Deyirlər ki, ay Allah, 

mənim ömrümdən kəsib Heydər Əliyevin ömrü- 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə